"Yaxşı olardı ki, burda partiya nümayəndələri də iştirak edəydi"

10:07 26-08-2021 | icon 82 | Siyasət
"Yaxşı olardı ki, burda partiya nümayəndələri də iştirak edəydi"

Dinarə Məmmədova: "Onların da iştirakı İctimai Şuraların işində fayda verər”

 

Son zamanlar  ictimai nəzarət və İctimai Şuraların yaradılması ilə əlaqədar məsələ və mövzulara marağın artması, müzakirələr açılması cəmiyyətdə çox müsbət hal kimi qəbul olunur.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) sədrinin müşaviri Dinarə Məmmədova bildirib.

 

Onun sözlərinə görə, məqsəd ictimai iştirakçılığı genişləndirməyə, ictimai nəzarəti gücləndirməyə nail olmaqdır:

 

“Bu həm dövlət qurumlarının fəaliyyətinin yaxşılaşdırılmasına, həm də vətəndaş cəmiyyətinin inkişafına  xidmət edəcək. Təbii ki, bu, ictimaiyyət tərəfindən maraqla və diqqətlə qarşılanır. Mətbuatda ayrı-ayrı dövlət orqanlarında yaradılmış İctimai Şuraların keyfiyyətindən, seçki proseduru və s. ilə bağlı müxtəlif təzadlı fikirlər var, müəyyən inamsızlıqlar sezilir. Bir, iki hal istisna olmaqla, üzvlərin seçilməsi prosesi şəfaff keçib. Kim seçilmək üçün namizədliyini irəli sürübsə, onu qeydiyyata alıblar. Buna görə də İctimai Şuralara inamım artır. Düşünürəm ki, bu proses uğurla yekunlaşacaq”.

 

Dinarə Məmmədovanın sözlərinə görə, belə adamlar var ki, bir neçə İctimai Şurada adları var. Siyasətçi xanım bunu neqativ hal kimi qiymətləndirir:

 

“Yaxşı olardı ki, yaradılan İctimai Şuralarda siyasi partiyaların nümayəndələri də iştrak etsinlər. Partiya nümayəndələri cəmiyyətin üzvləridir. Onların da iştirakı İctimai Şuraların işində fayda verər”.

 

Dinarə Məmmədova ALDP sədri Fuad Əliyevin Prezidentin yanında İctimai Şuranın yaradılmasının təklifini bir daha səsləndirdi:

“ALDP sədri Fuad Əliyev nazirliklər və dövlət təşkilatların yanında İctimai Şuraların yaradılmasını müsbət qiymətləndirərək, Prezidentin yanında İctimai Şuranın yaradılmasını Administrasiya nümayəndəsilə görüşdə təklif kimi səsləndirib. Biz hesab edirik ki, Prezidentin yanında İctimai Şuranın yaradılması və siyasi partiyaların, QHT, Mətbuat və ziyaların iştrakı, cəmiyyətdə olan problemləri prezidentə birbaşa çatdıraraq, həmin problemlərin həllində böyük fayda verə bilər”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Prezidentin çıxışındakı ÖNƏMLİ MESAJ

Nizami Gəncəvinin "Xəmsə"si işıq şousunun vasitəsi ilə CANLANDI

Azərbaycan tərəfindən xülasə SƏNƏD

Kral ailəsinin üzvləri eynicinsli nikaha girə biləcək

“Bu dövlət mütləq dəyişəcək”

Ən çox kitab oxuyan ÖLKƏLƏR

"...Ölümlərin sayı son bir ilin ən aşağı səviyyəsinə düşüb"

Evdə “Wi-Fi”ın sürətini artırmağın ÜSULU

Velosipedçilərdən ibarət TOY KARVANI

“Bu, İrana dvident gətirə bilərdi”

Ənənəvi tədris DAYANDIRILDI

Sərnişinlərin NƏZƏRİNƏ

Vətəndaşların pulunu mənimsəyən makler SAXLANILIB

Qanunsuz erməni silahlı dəstələrinə məxsus PUA ələ keçirildi

Xalq artistinin qızına HÖKM OXUNDU