Hamının sevimlisi – MEHRİBAN ƏLİYEVA

14:16 26-08-2021 | icon 31 | Siyasət
Hamının sevimlisi – MEHRİBAN ƏLİYEVA

Mehriban Əliyevanın danılmaz diqqət və qayğısından danışdılar

 

Bu gün Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, xalqımızın mehribanı, sevimlisi 1-ci xanım Mehriban Əliyevanın doğum günüdür. Bu gün onunla birlikdə xalqın milli-mənəvi dəyərlərinin, ümidlərinin doğduğu bir gün kimi dəyərləndirilir. Mehriban Əliyevanın həyat tarixçəsinə diqqət çəkərkən dövlətdə, cəmiyyətə əks etdirdiyi ziyalılığı, mədəniyyəti, alicənablığı sevgi və mehribanlığı fəaliyyətinin bütün sferalarında özünün parlaqlığı ilə bərq vurur və yüksək dəyərləndirilir.

 

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın birbaşa himayəsi ilə Azərbaycanda muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində böyük işlər görülüb. Azərbaycan muğamının UNESCO-nun bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil olunması da bilavasitə bu fəaliyyətin nəticəsidir.

 

Bu istiqamətdə ölkənin ictimai-siyasi-mədəni sferasının müəyyən kəsimi 1-ci xanımdan danışarkən onun fəaliyyətinin bütün istiqamətlərinə xüsusilə diqqət çəkib.

 

 

 

 

“O zamandan bizim muğamımızın yeni inkişaf dövrü başlayıb”

 

Xalq artisti, muğam ifaçısı Mənsum İbrahimov Fondun ötən illərdə milli mədəniyyətin təbliği sahəsində həyata keçirdiyi uğurlu layihələrdən danışıb.

 

O, bildirib ki, bu gün Azərbaycan muğamının dünyada tanınmasında, muğamımızın inkişaf eləməsində Mehriban xanım Əliyevanın çox böyük diqqət və qayğısı var:

 

“Onun diqqəti sayəsində bu gün Muğamımız bütün dünyada maraqla qəbul olunur və sevilir. Heydər Əliyev Fondu yaranandan bizim muğamımızın yeni inkişaf dövrü başlayıb. 2005-ci ildən başlayaraq Heydər Əliyev Fondu tərəfindən Muğam Televiziya müsabiqələrinə start verilib. Bu günə qədər 7 Muğam Televiziya müsabiqəsi keçirilib ki, onun nəticəsində  10-la gənc muğam ifaçısı sənətə gəlib. Artıq onlardan bir çoxunun fəxri adları var. Onlar Operada, ana televiziyamızda çalışır, ustadlarla bərabər Azərbaycan Muğamını bütün dünyada  təbliğ eliyirlər. Heydər Əliyev Fondunun təşəbbüsü ilə 6 beynəlxalq Muğam Festivalı keçirilib. Bundan başqa “Qarabağ Xanəndələri” Muğam toplusu çap olunub. UNESCO xətti ilə hazırlanmış bu alboma belə bir adın seçilməsi Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olduğunu bütün dünyaya nümayiş etdirmək istəyindən irəli gəlmişdir.

Eyni zamanda Azərbaycanda Muğamın Avropada, Qərb ölkələrində təbliği  ilə bağlı çox böyük işlər görülmüşdür. Ali Baş Komandamızın rəhbərliyi ilə bizim müzəffər ordumuz 44 gnlük ərzində Qarabağda bir tarix yazdılar. Qələbəmizdən 6 ay sonra  Heydər Əliyev Fondu tərəfindən Şuşamızda möhtəşəm “Xarıbülbül” Fesrivalı keçirildi. Mən özüm də orda iştirak elədim. Elə bir möhtəşəm festival keçirildi ki, bütün dünya onu izlədi. Bununla da dünyaya bir mesaj verildi ki, torpağın sahbləri qayıdıb, artıq Şuşamızda, Qarabağımızda Azərbaycan muğamı səslənir. Bu bütün xalqımızın, muğam ifaçılarının arzusunu yerinə yetdi. 2008-ci ildə Bakımızda Beynəlxalq Muğam Mərkəzi inşa olundu. Ondan sonra Ağcəbədidə, Ağdamda, Füzulidə və nəhayət Sumqayıtda. Ölkəmizdə 5 Muğam Mərkəzi fəaliyyət göstərir. İnşallah düşünürəm ki, tezliklə bizim azad olunmuş bölgələrimizdə Muğam Mərkəzləri, teatr  binaları inşa olunacaq. Əlbəttə ki, biz də orda böyük tədbirlər keçirəcəyik. Eyni zamanda blirik ki, Qarabağımz azad olunandan sonra Şuşamızda bütün o tarixi abidlərin bərpası da Heydər Əliyev fondu tərəfindən həyata keçirilir. Bu gün Mehriban xanım xalqımız tərəfindən çox sevilir. O, ölkəmizin başçısı cənab İlham Əliyevlə qoşa qanad kimi bütün sahələrdə  yüksək səviyyədə xidmət göstərirlər.

26 avqust Beynəlxalq Muğam günüdür. Həm də bizim əzizimiz, dəyərlimiz, ölkəmizin birinci xanımı, 1-ci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür. Mən fürsətdən istifadə edib bütün ustadalarımzın adından, muğam ifaçıaları, öz adımdan dəyərli Mehriban xanımı təbrik edirəm, ona ailə səadəti arzulayıram. Qoy hər zaman canı sağ olsun. İnşallah bundan sonra Heydər Əliyev Fondu tərəfindən Qarabağımızda yeni-yeni festivallar keçirəcəyik. Bu gün həm də Muğam İfaçılarını təbrik edirəm”.

 

Mehriban xanım Heydər Əliyev Fondunun Prezidenti kimi xeyirxah və humanist insani dəyərlərə tapınaraq ümummilli liderin zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılması və təbliği istiqamətində ardıcıl işlər aparır. Yaradılarkən çoxlarının yalnız xeyriyyəçilik yönümündə fəaliyyət göstərəcəyini zənn etdiyi fond zaman baxımından qısa müddətdə reallaşdırdığı çoxşaxəli layihələrin miqyası ilə gözlənildiyindən xeyli böyük amalları uğurla gerçəkləşdirir.

 

 

 

 

 

“Onun Heydər Əliyev fondunun Prezidenti kimi həyata keçirdiyi xeyriyyəçilik missiyası həm də bir örnəkdir”

 

Milli Məclisin deputatı Elşad Mirbəşir ilk növbədə qeyd etdi ki, Heydər Əliyev Fondunun yaradılması Heydər Əliyev irsinin qorunub saxlanılması təbliğ edilməsinədn ibarət olub.

 

O, bildirib ki, Heydər Əliyev Fondunun yaradılması ilə Azərbaycanda həm də xeyriyyəçilik institunun əsası qoyulub:

“Heydər Əliyev Fonduna rəhbərlik edən Mehriban xanım Əliyeva müxtəlif istiqamətlərdə çox mühüm xeyriyyəçilik layihələrini həyata keçirdi. Azərbaycanda elə bir ailə yoxdur ki, bundan faydalanmasın. Bu baxımdan Mehriban xanım Əliyevanın Heydər Əliyev fondunun Prezidenti kimi  Azərbaycanda həyata keçirdiyi xeyriyyəçilik missiyası həm də bir örnəkdir. Diqqət yetirsək görərik ki, Azərbaycanda vətəndaşların əksər hallarda son ümid yeri Heydər Əliyev Fondu olub. Ona müraciət edənlər hər zaman çağırış və istəklərinə müsbət reaksiya görüblər. Bu da təbii ki, Fondun işinin uğurlu təşkilinin, vətəndaşlara həssas yanaşmasının göstəricisidir.  Ayrıca xüsusi vurğulamaq lazımdır ki, Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu həm də milli maraqlarımızın etibarlı qorunması istiqamətində çox böyük töhvələr vermişdir və verməkdədir. Məsələn, Azərbaycan Mədəniyyətinin dünyada tanıdılması, təbliğ edilməsi, mədəni dəyərləimizin qorunması istiqamətində atılan addımlar qeyd etdiklərimizi sübut edir. Heydər Əliyev Fondu bununla yanaşı dünya mədəni irsinin qorunması istiqamətində də çox böyük töhvələr vermişdir. Saysız-hesabsız nümunələr mövcuddur ki,  Heydər Əliyev fondunun dünya xalqlarının mədəni irsinin qorunması istiqamətində fəaliyyətini göstərsin. Bildiyimiz kimi Mehriban xanım Əliyevanın həm də UNESKO-nun xoşməramlı səfiri kimi dünyada mədəniyyət, elm, təhsil sahəsində əlaqələrin  qurulmasında, inkişaf elətdirilməsində çox böyük rolu olmuşdur. Məsələn, nəzərə almaq lazımdır ki, müasir dövrümüzdə elm, təhsil, mədəniyət sahəsində xaqlar arasında inteqrasiyaya nail olmaq, təmasların genişləndirilməsinə nail olmaq həm də onların arasında möhkəm dostluğun əsasını qoyur. Gələcək münaqişələrin qarşısını alır. Əgər xalqlar, millətlər arasında sülh təmasları olarsa, o zaman xalqlar arasında yarana biləcək ziddiyyətlər də qarşılıqlı anlaşma, danışıqlar yolu ilə aradan qalxmış olar. Həmçinin qeyd etmək istəyirəm ki, Mehriban xanım Əliyevanın fəaliyyəti həm də dünyada barışın, sülhün əsas elementlərini təşkil edir. Bu da bütövlükdə xalqların təhlükəsizliyinə xidmət edir. Ümumiyyətlə, Mehriban xanım Əliyevanın həm xeyriyyəçilik missiyası, həm xalqımızın və dünya xalqlarının mədəni irsinin qorunması istiqamətində fəaliyyəti, həm də bütövlükdə humanitar xarakterli çoxvektorlu fəaliyyəti çox böyük təsirə malikdir, çox müsbət nəticələrə xidmət edir və bəşəri dəyərlərin missiyasının qorunmasını da öz üzərində daşımış olur”.

 

E.Mirbəşir bildirib ki, Fondun fəaliyyətində Ermənistanın təcavüzkarlıq siyasətinin ifşası, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, habelə işğal nəticəsində tarixi torpaqlarından didərgin düşmüş məcburi köçkünlərin hüquqlarının beynəlxalq miqyasda qorunması məsələləri fondun fəaliyyətində xüsusi yer tutur. “Heydər Əliyev Fondunun ən uğurlu layihələrindən hesab edilən “Qarabağ həqiqətləri” silsiləsi buna bariz nümunədir”.

 

E.Mirbəşir bildirib ki, artıq tarixə qovuşmuş münaqişə vəziyətində Azərbaycanın ədalətli mövqeyinin intensiv olaraq dünaya ictimaiyətinin diqqətinə çatdırılması istiqamətində Heydər Əliyev Fondunun misilsiz xidmtləri olmuşdur:

 

“Fond tərəfindən bir neçə sayt yaradılıb və o saytlarda Azərbaycan həqiqətləri müxtəlif dillərdə dünyaya çatdırılır, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı dünya xalqlarında, dövlətlərində aydın təsəvvür formalaşdırılırdı. Ayrıca Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən 2008-ci ildən “Xocalıya Ədalət” kampaniyasına start verilmişdi. Ermənistanın Xocalıda törətmiş olduğu soyqırımla bağlı dünya məlumatlndırıldı. Bunun sayəsində dünyanın 12 ölkəsi Xocalını soyqırım kimi tanıyıb. Bu da müəyyən qədər ciddi göstəricidir. Ermənistanın xalqımıza qarşı törətmiş oldğu cinayətlər haqqında, Ermənistanın törətmiş olduğu işğal haqqında, dinc əhaliyə qarşı intensiv hərbi təxribatlar haqqında informasiyaların dünya ictimayətinə çatdırılmasında Heydər Əliyev fondunun çox böyük təsirli rolu olmuşdur”.

 

E.Mirbəşir bildirib ki, məhz “Xarıbül” Festivalı Fondun təşəbbüslərindən biridir. Bu da özündə olduqca vacib mesajlar daşıyırdı:

 

“Festival Azərbaycan cəmiyyətinin nə dərəcədə multikultural olduğunu dünyaya nümayiş etdirdi. Bu çox vacib siyasi mesajlar anlamına gəlməlidir. Ermənilər iddia edirdilər ki, onların Azərbaycanda hansısa hüquqları tapdanır. Biz “Xarıbülbül” festivalını Şuşada təşkil etməklə dünyaya göstərdik ki, Azərbaycanda müxtəlif xalqların nümayəndələri dinc yanaşı özünün inkişaf etdirilməsinə malik olmaqla mövcuddurlar. Və “Xarıbülbül” festivalı göstərdi ki, Azərbaycan cəmiyyəti özünün multikultural dəyərləri ilə dünyaya örnəkdir. Bir sözlə, ermənilərin Azərbaycanda hüquqlarının pozulmasına dair ermənilərin iddialarına “Xarıbülbül” festivalı ilə öldürücü növbəti zərbəni vurmuş olduq. Orda biz növbəti dəfə öz torpağmıza necə sahib olduğumuzu, bu torpaqda hansı missiyaları yerinə yetirəcəyimizi də göstərdik. Azərbaycan suverenliyini bütün əraziləri boyunca suverenliyini tam bərpa etdikdən sonra regionda əməkdaşlıq, təhlükəsizliyin təmin olunması, sülh şəraiti üçün unikal imkanlar formalaşdıra bilən ölkədir, xalqdır. Heydər Əliyev Fondu fəaliyyətində həm də ümumbəşəri dəyərləri uca tutmaqla beynəlxalq miqyaslı qeyri-hökumət təşkilatına çevrilmişdir”.

 

 

 

 

 

 

“Məhz millət vəkili olduğu zamanlarda böyük amnistiyaların təklifi ilə çıxış edib”

 

Bu istiqamətdə danışan hüquq müdafiəçisi Səidə Qocamanlı və Novella Cəfəroğlu öncə Mehriban xanım Əliyevanı ürəkdən təbrik edib, ona cansağlığı, ailə səadəti və gördüyü böyük işlərdə daha yüksək pillələrə qalxmasını arzu elədilər.

 

Səidə Qocamanlı bildirdi ki, Mehriban xanım ölkənin birinci xanımı kimi ölkənin bütün sahələrində gördüyü işlərlə bütün xalqın sevgisini qazanıb. Onun fikrincə, Mehriban xanımın Azərbaycan ailələrinə, bütövlükdə insanlara göstərdiyi diqqət elə insan haqlarının qorunmasıdır:

 

“Mehriban xanım, insan hüquqları sahəsində çox böyük işlər görüb. Gəlin unutmayaq ki, o bir anadır, bir həyat yoldaşıdır. O, hər bir ailənin, hər bir uşağın problemi ona çox yaxındır.  Mehriban xanım bunların hamısını ürəyinə çox yaxın buraxır və həll olunmasında da əlindən gələn köməkləri, yardımları edir. Mehriban xanım məhz millət vəkili olduğu zamanlarda böyük amnistiyaların təklifi ilə çıxış edib və böyük əfv, amnistiyalar imzalanıb. Məhz 1-ci xanımın təşəbbüsü ilə bizim əyalətlərdə, Bakının özündə nə qədər məktəblər, xəstəxanalar, reablitasiya mərkəzləri açılıb. Nə qədər qadınlara, uşaqlara yardımlar olunubdur. Yəni bu insan başdan ayağa böyük bir humanizmin daşıyıcısıdır. Ona görə də Mehriban xanımın gördüyü işlərin hamısı onun həyat tarixinə yazılıb. Biz 44 günlük müharibədən sonra qazandığımız qələbədə bir ana kimi onun necə böyük rolunun da olduğunun şahidi olduq. Şuşada “Xarıbülbül” festivalının keçirilməsi, idarəçiliyi altında işləyən Fondun bizim azad olunmuş rayonlarımzda gördüyü işlər əlbəttə ki, hamısı onun imzası ilə olub. Mən arzu edərdim ki, bu imza, bu ad hələ çox uzun illər yaşasın, onun gördüyü işlər özünün töhvəsini vətənə, dövlətə millətə versin”.

 

 

 

 

 

“Mehriban xanım Əliyevaya müraciət edənlər köməksiz qalmayıb”

 

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Mehriban xanımın fəaliyyətini misilsiz hesab etdi.

 

O, hesab edir ki, Mehriban xanım Əliyevanın İnsan haqlarının qorunması təkcə əvf və amnistiyaların verilməsi təşəbbüsü bitmir. Hansı ki, son əfv təşəbbüsündən sonra 1000-dən çox insan azadlığa çıxdı. İstərdim ki, növbəti əfvlər olsun. İnsanlar həbsxanalardan çıxarılsın, ailələrdə sevinc olsun:

 

“Düzdür, verilən əfv və amnistiyalarda minlərlə insan  öz ailələrinə qovuşdu. İnsan haqlarının qorunması hər bir insana edilən qayğı və diqqətlə də ölçülür. Bu gün Mehriban xanımın birbaşa qayğısı ilə Vətən uğrunda savaşıb yaralanan qazilərimizin müalicəsi ilə bağlı çox işlər görülür. Bir çox qazilərimiz müalicə üçün Türkiyə və digər xarici ölkələr göndərilir. Şəhid ailələri dövlətin böyük diqqəti ilə əhatə olunur. Azərbaycanda hər bir insanın hüquqlarının qorunması istiqamətində böyük işlər gedir. Mehriban xanım Əliyevaya müraciət edən heç bir kəs köməksiz qalmayıb. Uşaq evləri, sağlamlığı məhdud insanların reablitasiyası, eləcə də yeni məktəblərin açılması, bütün bunlar insan haqqının qorunmasıdır və Mehriban xanımın bu sahədə gördüyü işləri hər kəs görür, bilir. Təbrik edirəm, uzun ömür arzulayıram. Çox gözəl ki, Azərbaycanda belə xanımımız var”.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədri Gülər Əhmədovadan üzür istədi - FOTO

Doğru yolun sahibi və yolçusu

İmam-cümənin təqlid etdiyi müctəhidin müqəllidləri

"Diplomların tanınması başqa formata keçəcək”

Nazirlər Kabineti təhsillə bağlı yeni qərar verəcək

ALDP-dən BƏYANAT

"Qərb Rusiyada uğur qazanmayacaq"

Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı”na namizədliyi təqdim edilib

"Mənim anam təkbaşına böyük bir cəmiyyətdir"

Deputatdan SƏRT TƏNQİD

"Bunu etməsək, ölümlər artacaq"

Koronavirusla bağlı ən qorxulu proqnoz gerçəkləşdi

Qırıcılarımız İstanbul səmasında şou göstərəcək

Azərbaycan qırıcılarından İstanbul səmasında ŞOU - VİDEO

15 məktəbə yeni direktor təyin olundu