Partiya sədri Vitse-Prezidenti təbrik etdi

16:32 26-08-2021 | icon 204 | Siyasət
Partiya sədri Vitse-Prezidenti təbrik etdi

Hafiz Hacıyev: “Bu tablo düşmənə gözdağıdır”

 

Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də bütün dünyada yüksək ehtiram sahibi olmuş ölkəmizin birinci xanımı Mehriban Əliyeva bəşər tarixinin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan belə görkəmli şəxsiyyətlərdəndir. Bu gün bu şəxsiyyətin doğum günüdür.

 

Versus.Az xəbər verir ki, sosial şəbəkələrdə Mehriban xanım Əliyevanın ad günü ilə bağlı təbriklər paylaşılır, hər kəs – istər ictimai-siyasi, istər adi vətəndaşlar ürək sözlərini bölüşürlər.

 

Bu təbriklər arasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevin də ürək sözləri var. Partiya sədri özünün və MMP-çilərin adından Birinci Vitse-Prezidenti təbrik edib. Təbrikdə deyilir:

 

“Humanizm, xeyirxahlıq və nəcib əməllər bəşər durduqca yaşayır. Bu ali mənəvi keyfiyyətlərin sahibləri, şərəfli missiyanın daşıyıcıları öz varlıqları ilə xalqına daim başucalığı, şan-şöhrət gətirir, onun sevimlisinə çevrilirlər. Ölkəmizin birinci xanımı Mehriban Əliyeva da belə insanlardandır. Xalqımız Mehriban xanımın qədrini biliri, şəhid ailələrimiz və qazilərimiz daim onun qayğısından razılıq edir.

Mən cənab Prezidentlə Mehriban xanımı övladları ilə birlikdə işğaldan azad edilən torpaqlarımızda hər görəndə qürur hissi keçirirəm. Bu tablo düşmənə göz dağıdır.

 

Bu yüksək keyfiyyətli insanın bu gün ad günüdür. Bu münasibətlə partiyamızın üzvləri adından və şəxsən öz adımdan Mehriban xanım Əliyevanı təbrik edirəm, ona cansağlığı, uzun ömür arzulayıram.

Tanrı dövlətimizi qorusun”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əgər bunları bir özü, bir papkası olan partiyalar qane edirsə, getsinlər…”

“Qarabağda anti-terror əməliyyatlarına başlayacaqsa…”

“Milli maraqlarımızı qorumalı və xarici təpkilərə qarşı çıxmalıyıq”

YAP-dan qovuldu

“Nəzarətimizdə olmayan yolların istifadəsinin də yollarını tapacağıq”

Deputat Romada Qarabağla bağlı Azərbaycanın mövqeyindən danışıb

“Ermənistanla haqq-hesabı yenidən çürütmək lazım gələcək”

Alqış Musayev yenidən baş redaktor oldu

YAP-ın bir sıra rayon təşkilatlarına təyin edilən YENİ SƏDRLƏR

Ramiz Göyüşovdan müsahibə alan jurnalist SAXLANILIB

Türkdilli ölkələr arasında anlaşma memorandumu imzalanıb

Sayt rəhbəri həbs edildi

Hacıbala Abutalıbov və Tağı Əhmədovun YENİ İŞ YERİ

Əsgərin ölümü ilə bağlı baş çavuş həbs edildi

“Fizioterapiya ilə müalicə hər zaman effektlidir”