COVID-19 zamanı dad və iybilməni necə bərpa edək? - ALİMDƏN AÇIQLAMA

10:57 27-08-2021 | icon 24 | Sağlamlıq
COVID-19 zamanı dad və iybilməni necə bərpa edək? - ALİMDƏN AÇIQLAMA

Koronavirusa yoluxmanın əsas simptomlarından olan iy və dadbilmənin kəskin itməsinin qısa zamanda bərpası istiqamətində yeni elmi tədqiqatlar aparılıb.

 

Versus.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universitetinin tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

 

O bildirib ki, SARS-CoV-2 virusunun dünyada yayıldığı ilk aylarda bu virusa yoluxmanın əsas əlamətlərindən biri kimi iy və dadbilmənin kəskin şəkildə itməsi ilə bağlı elmi informasiyalar hər kəsə məlumdur:

 

"Hələ virusun yayıldığı ilk günlərdə bunun koronavirusa xas olan bir simptomlar olduğu bəllidir. Bugünlərdə iy və dadbilmənin kəskin itməsi zamanı onların qısa vaxt ərzində bərpası istiqamətində dərman preparatlarının daha effektiv təsiri araşdırılıb. Bundan başqa, xəstəliyin gedişində bu simptomların hər hansı proqnostik əhəmiyyətinin olub-olmadığı da aşkarlanıb".

 

Azərbaycanlı alimin sözlərinə görə, son elmi tədqiqatla sübut edilib ki, qoxu və dadbilmənin itməsinin qısa zamanda bərpasına istifadə olunan yerli steroid spreylər və mazlar (məlhəm) ciddi şəkildə kömək edir. Belə ki, tədqiqatda "Fluticason" burun spreyinin 5 günlük tətbiqi qoxu bilmənin bərpasına və "Triamcinolon" mazının 5 günlük yerli istifadəsi isə dadbilmənin bərpasını tezləşdirir:

"Bundan başqa, Braziliyada aparılan digər tədqiqatla sübut edilir ki, qoxubilmənin kəskin şəkildə anidən itməsi kliniki gedişata təsir edəcək proqnostik faktor kimi nəzərə alınmalıdır".

 

Versus.az

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əgər bunları bir özü, bir papkası olan partiyalar qane edirsə, getsinlər…”

“Qarabağda anti-terror əməliyyatlarına başlayacaqsa…”

Partiya sədri Gülər Əhmədovadan üzür istədi - FOTO

Deputat Ruaiyaya SƏSLƏNDİ

“Fizioterapiya ilə müalicə hər zaman effektlidir”

“İran müsəlmanları qətlə yetirən cinayətkarlara dəstək verib”

Ramin Bayramlı vəzifəsindən azad edildi

Kiber TƏHLÜKƏ

“Jurnalistlər əziyyət çəkir, sosial şəbəkələr qazanır”

Qənirə Paşayevanın “Addım-addım Özbəkistan”-ı rezonans doğurub

İki rayona yeni icra başçısı təyin edildi

Ramin Bayramlı istefa verdi

Koronavirusun simptomları DƏYİŞDİ

Bu savaş baş verərsə...

Nazirlik əməkdaşı koronavirusdan vəfat etdi