Amir Çiçək: “Qarabağ qurultayının İqdırda keçiriməsi çox önəmlidir”

11:15 27-08-2021 | icon 30 | Qarabağ
Amir Çiçək: “Qarabağ qurultayının İqdırda keçiriməsi çox önəmlidir”

Versus.az xəbər verir ki, İqdırda Beynəlxalq Qarabağ qurultayı keçirilib. Qurultay iştirakçıları sırasında vilayətin keçmiş və hazırki valiləri də iştirak edirdilər. Yüksək səviyyədə təhlükəsizlik tədbirlərinin də həyata keçirildiyi tədbirdə çıxış edən keçmiş vali Amir Çiçək çıxışını Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” kəlamı ilə başladı. “Qardaş Azərbaycandakı dövlət böyüyümüz Heydər Əliyev isə “Biz iki dövlət, bir millətik”, deyir. Bundan gözəl nə ola bilər?”, deyə, sabiq vali əlavə etdi.

 

Amir Çiçək Türkiyə və Azərbaycanın əlaqələrinin daha da yüksəldilməsinin vacibliyindən bəhs etdi:

“Ən önəmisi ictimai təşkilatlar, mətbuatın birgə fəaliyyətidir. Böyükelçim (Hulusi Kılıç-E.P.) və Ziya Zakir bəy məndən “qurutaya gələrsinizmi” soruşanda “sevə-sevə gələrəm”, dedim. Gözəl bir yerdə qurultay keçirirsiniz. Qəbul edəcəyiniz qərarların imperialist güclərin qərarlarına, oyunlarına da əngəl olacağına inanıram. Həmişə bir yerdə olduq, bundan sonra da birliyimizi qorumalıyıq. Amma bir yerdə iqtisadi gücümüzü də artırmalıyıq. Hər kəs işini görəcək. O zaman imperialist güclər bu coğrafiyada bir şey edə bilməz!”

 

Amir Çiçək qeyd etdi ki, Beynəlxalq Qarabağ qurultayında səslənən mesajların Azərbaycan və Türkiyə üçün önəmi çox böyükdür:

“Qurultayın İqdırda keçiriməsi də çox önəmlidir. Ən önəmlisi də burdakı qərarların dünya ölkələrindəki təmsilçiləriniz tərəfindən yayılmasıdır, bu işlərin yüksək səviyyədə görüləcəyinə inanıram”.

Çıxışının sonunda sabiq vali Azərbaycan və Türkiyə şəhidlərinə rəhmət dilədi, qazilərə şükranlığını ifadə etdi.

 

İqdır valisi Hüseyn Engin Sarıibrahim tribunadan hər kəsi səmimi salamladı, qurultayın təşkilatçılarına ünvanlı sonsuz sayğılarını ifadə etdi. H.E.Sarıibrahim Birinci və İkinci Qarabağ şəhidlərinə rəhmət dilədi, qazilərə can sağlığı arzuladı.

“Can Azərbaycanı bu zəfərə görə təbrik edirəm”, deyən vali bildirdi ki, Azərbaycavnın müstəqil siyasət yürütməsini istməyən xarici qüvvələr hər zaman əngəl olmağa çalışırlar: “Qazandığımız Qarabağ zəfərini iqtisadi zəfərlə, siyasi, sosial uğurlara daşıya bilməsək, uğurlarımız yarımçıq qalacaq. Ümid edirik ki, bu qurultayda dilə gətirilən fikirlər bizi önümüzdəki gözəl yüz illərə daşıyacaq. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”(Yeni Müsavat)

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əgər bunları bir özü, bir papkası olan partiyalar qane edirsə, getsinlər…”

“Qarabağda anti-terror əməliyyatlarına başlayacaqsa…”

Partiya sədri Gülər Əhmədovadan üzür istədi - FOTO

Deputat Ruaiyaya SƏSLƏNDİ

“Fizioterapiya ilə müalicə hər zaman effektlidir”

“İran müsəlmanları qətlə yetirən cinayətkarlara dəstək verib”

Ramin Bayramlı vəzifəsindən azad edildi

Kiber TƏHLÜKƏ

“Jurnalistlər əziyyət çəkir, sosial şəbəkələr qazanır”

Qənirə Paşayevanın “Addım-addım Özbəkistan”-ı rezonans doğurub

Ramin Bayramlı istefa verdi

İki rayona yeni icra başçısı təyin edildi

Koronavirusun simptomları DƏYİŞDİ

Bu savaş baş verərsə...

Nazirlik əməkdaşı koronavirusdan vəfat etdi