O, Polşadakı qəhrəmanlığından danışdı

11:46 27-08-2021 | icon 27 | İdman
O, Polşadakı qəhrəmanlığından danışdı

"Öz-özümə dedim ki, bu matçda qol vuracağam"

 

“Hələ Praqadakı matçdan sonra demişdim ki, bizi Varşavada daha da çətin matç gözləyir və həqiqətən də belə oldu. Gözəl şeylər nə qədər gözəl olsa da, onları əldə etmək bir o qədər çətindir. Azarkeşlərimizi və bütün Varşavanı təbrik edirik. İndi qrup mərhələsində çıxışımızı gözləyirik”.

 

Versus.Az xəbər verir ki, bunu millimizin və Polşanın “Leqiya” klubunun futbolçusu Mahir Emreli deyib.

 

Mahir dünən UEFA Avropa Liqasının pley-off mərhələsində Çexiya çempionu “Slaviya” üzərində 2:1 hesablı qələbədə əsas pay sahibi olub. O, 59 və 70-ci dəqiqələrdə iki qol vuraraq məğlub durumda olan komandasına qələbə qazandırıb. Bu qələbə sayəsində Polşa çempionu “Leqiya” Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə edib.

 

Varşava klubunun TV əməkdaşı Mahirə avrokuboklarda beşinci qolunu vurduğunu bu formada xatırladıb: “Leqiya”ya gələndə əksəriyyət sizin az qol vuracağını deyirdi. Amma siz artıq avrokuboklarda qollar vurmaqla onları səhv çıxarırsınız”. Futbolçumuzun cavabı belə olub:

 

“Nə deyim, insanlar istədiklərini deyə bilər. Polşa çempionatında qol vuracağımı söyləmişdim, amma avrokuboklarda yox. Mənim üçün ən önəmlisi UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmağımızdır. Qolları kim vurmasının önəmi yoxdur. Bu həqiqətən belədir. Əsas diqqətim komanda üçün çalışmaq idi. Bu hamımızın uğurudur”.

 

Hesabda geri düşdüyümüz üçün fasilədə bizə çətin idi. Əvvəlcə sakitləşməyə çalışırdım. Dedik ki, qol vurmağa cəmi 45 dəqiqə vaxtımız var. İkinci hissə başlamazdan əvvəl öz-özümə dedim: bu matçda qol vuracağam. Niyə bilmirəm, ancaq hiss etdim, özümə güvənməyə qərar verdim və bu alındı.

 

İlk qoldan sonra öz-özümə düşündüm ki, indi dayanmamalıyıq. Rəqibə təzyiq etməliydik. Bütün komanda bunun üçün inanılmaz dərəcədə çalışdı və ikinci qolu vurmağı bacardıq. Meydandan çıxanda başım qarışdı. Bizə təzyiq etdilər və bunu meydançanın kənarından görmək daha çətindir”, – deyə Mahir qeyd edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əgər bunları bir özü, bir papkası olan partiyalar qane edirsə, getsinlər…”

“Qarabağda anti-terror əməliyyatlarına başlayacaqsa…”

“Milli maraqlarımızı qorumalı və xarici təpkilərə qarşı çıxmalıyıq”

YAP-dan qovuldu

“Nəzarətimizdə olmayan yolların istifadəsinin də yollarını tapacağıq”

Deputat Romada Qarabağla bağlı Azərbaycanın mövqeyindən danışıb

“Ermənistanla haqq-hesabı yenidən çürütmək lazım gələcək”

Alqış Musayev yenidən baş redaktor oldu

YAP-ın bir sıra rayon təşkilatlarına təyin edilən YENİ SƏDRLƏR

Ramiz Göyüşovdan müsahibə alan jurnalist SAXLANILIB

Türkdilli ölkələr arasında anlaşma memorandumu imzalanıb

Sayt rəhbəri həbs edildi

Hacıbala Abutalıbov və Tağı Əhmədovun YENİ İŞ YERİ

Əsgərin ölümü ilə bağlı baş çavuş həbs edildi

“Fizioterapiya ilə müalicə hər zaman effektlidir”