"Hamı gözləyir ki, dövlət bu işləri görmək üçün pul verməlidir"

12:22 27-08-2021 | icon 125 | Siyasət
"Hamı gözləyir ki, dövlət bu işləri görmək üçün pul verməlidir"

Fuad Əliyev: "Xaricdəki milyaderlərimiz Azərbaycan üçün nə ediblər?"

 

"Biz informasiya müharibəsində illər boyu ermənilərə uduzurduq. Ermənilərin milli idealoqiyası bir neçə əsr bundan qabaq formalaşıb. Onlar bir millət olaraq, öz uydurma tarixinə inanaraq, bu təbliğat işində çox fəal olublar. Biz nə etməliyik? 30 ilə yaxındır ki, müstəqillik qazanmışıq. Dövlət tərəfindən yaradılan Diasporlarla iş üzrə Dövlət Komitəsi bir iş görə bilməyib. Bir neçə il bundan qabaq təyin olunan yeni rəhbərliyin də fəaliyyəti görsənmir".

 

Versus.Az xəbər verir ki, bunu Xaricdə Azərbaycan həqiqətlərinin necə qorunması və təbliğat işlərinin necə qurması ilə bağlı açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

 

Partiya sədri vurğulayıb ki, bu yaxınlarda diaspora təşkilatlarının nümayəndələrini yığaraq Şuşaya səfər ediblər. Onun sözlərinə görə, bu yaxşıdır, amma məntiqsizdir, çünki bunu özümüz üçün edirik:

 

"Biz işimizi Azərbaycandan kənarda qurmalıyıq. Misal üçün Rusiyada yaşayan iki milyondan çox azərbaycanlını deyim, hansı təsir gücünə malikdilər? Və yaxud orada olan bizim iş adamları. Forbes jurnalında olan 4-5-i bizim milyonçularımızdandır. Onlar nə iş görüblər? Misal üçün yazırlar ki, bu il Vahid Ələkbərov 100 million itirib və yaxud 100 millon qazanıb. Allah var eləsin. İndi Şükür Allaha ki, bizim ordumuz Qarabağı azad etdi. Amma mən indi soruşuram - Azərbaycan üçün o Vahid Ələkbərov və digər milyaderlər nə ediblər? Onlar Qarabağ məsələsində Rusiya siyasi elitasına nə təsir ediblər? Dövlət Dumasına və yaxud regional parlamentlərə bir deputat seçilmək üçün köməklik ediblər? Başqa ölkələrdə də eynilə. Avropada, ABŞ-da. Düzdür, Fransada erməni diaspor təşkilatlar çox güclüdür, amma Fransada bizim iş adamlarımız da az deyil? Niyə fəal deyirlər?"

 

Fuad Əliyev bəzilərinin bu işləri görmək üçün dövlətdən maliyyə dəstəyi istəməsini də tənqid edib. Onun sözlərinə görə, hamı gözləyir ki, dövlət bu işləri görmək üçün pul verməlidir:

 

"Niyə verməlidir? Düzdür, dövlət sənə istiqamət verir, amma əgər sən azərbaycanlısansa, bu işdə heç bu da lazım deyil. Sən özün qabağa düşüb təbliğat işlərini görməlisən".

 

Rusiyada fəaliyyət göstərən diaspor təşkilatlarının və səfirliyin işlərini də tənqid edən ALDP sədri ermənilərin "Novo-naxçivanskiy armənskiy monastır"-ın  tikintisinə etiraz bildirmədiyini vurğulayıb:

 

ABŞ vaxtı ilə fəaliyyət göstərən Azərbaycan-Amerika Asosiyasiyanın rəhbəri Anar Məmmədovun konqresmenlər üçün naharlara xərclədiyi milyonların boş yerə getdiyini bildirdi. Mən Vaşinqtonda olarkan həmin konqresmənlərlə görüşmüşəm. Onlardan soruşanda ki, Anar sizdən Qarabağ məsələsində, 907 maddənin ləğvində bir köməklik, bir dəstəyinizi istəyibmi, əvəzində mən mənfi cavab almışam. Deyiblər ki, o, öz biznesinin genişlənməsini və ona dəstək verməyimizi xahiş edirdi". /Baku News TV-nın "TET-A-TET"/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əgər bunları bir özü, bir papkası olan partiyalar qane edirsə, getsinlər…”

“Qarabağda anti-terror əməliyyatlarına başlayacaqsa…”

“Milli maraqlarımızı qorumalı və xarici təpkilərə qarşı çıxmalıyıq”

YAP-dan qovuldu

“Nəzarətimizdə olmayan yolların istifadəsinin də yollarını tapacağıq”

Deputat Romada Qarabağla bağlı Azərbaycanın mövqeyindən danışıb

“Ermənistanla haqq-hesabı yenidən çürütmək lazım gələcək”

Alqış Musayev yenidən baş redaktor oldu

YAP-ın bir sıra rayon təşkilatlarına təyin edilən YENİ SƏDRLƏR

Ramiz Göyüşovdan müsahibə alan jurnalist SAXLANILIB

Türkdilli ölkələr arasında anlaşma memorandumu imzalanıb

Sayt rəhbəri həbs edildi

Hacıbala Abutalıbov və Tağı Əhmədovun YENİ İŞ YERİ

Əsgərin ölümü ilə bağlı baş çavuş həbs edildi

“Fizioterapiya ilə müalicə hər zaman effektlidir”