"Onlar da qısa zamanda haqq yoluna gələcəklər"

16:50 27-08-2021 | icon 45 | Siyasət
"Onlar da qısa zamanda haqq yoluna gələcəklər"

Naqif Həmzəyev: “Qələbəmizə müəyyən kölgə salmaq istəyirlər”

 

“Azərbaycan Prezidenti İlham Əliyev sosial qayğıya ehtiyacı olan vətəndaşlarımızı həmişə xüsusi nəzarətdə saxlayır və şəhid, qazi ailələrinin sosial təminatının yaxşılaşdırılması üçün dövlətin gücünü səfər edir. Bugünə qədər həm Birinci Qarabağ, həm də İkinci Qarabağ müharibəsi zamanı şəhid olmuş qəhrəman zabit və əsgərlərimizin ailələrinin, həmçinin qazilərin mənzil şəraitinin yaxşılaşdırılması üçün, həmin müharibədə qəhrəmanlıqla döyüşmüş və qazi adı qazanmış müharibə veteranlarının avtomobillərlə təmin olunması üçün bir çox sosial layihələr həyata keçirilib”.

 

Bunu Versus.az-a Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

 

Onun sözlərinə görə, şəhid ailələri və qazilərin sosial problemlərinin üçün layihələr bu gün də uğurla həyata keçirilir.

 

N.Həmzəyev bildirib ki, 44 gün ərzində Azərbaycanın rəşadətli ordusu Ali Baş Komandanın rəhbərliyi altında çox ləyaqətli və ədalətli müharibə aparıb:

 

“Biz işğal altında olan torpaqlarımızdan işğalçı erməni terrorçularını qovduq və onları rüsvayçı məğlubiyyətə uğratdıq. Bütün bunlara baxmayaraq, müharibənin qızğın vaxtında cənab Prezident deyirdi ki, Ermənistanın siyasi rəhbərliyi işğal etdiyi əraziləri tərk etmək üçün tarix deyəcəyi təqdirdə döyüşləri dayandıracağıq və belə də oldu. Azərbaycan daha çox itki verməmək, şəhidlərin sayının artmaması və qış fəsli yaxınlaşdığı üçün erməniləri kapitulyasiya aktını imzalamağa məcbur etdi və böyük ərazi olan rayonları - Kəlbəcər, Laçın və Ağdam bir güllə atılmadan, düşmən tərəfindən boşaldıldı. Hazırda həmin ərazilərdə də quruculuq, abadlıq işləri gedir. Təəssüflər olsun ki, vaxtilə 1-2 kilometr irəliləyə biləcəyimizi xəyal edə bilməyən, həmişə lazımsız fikirlər səsləndirən və Azərbaycan iqtidarını “Qarabağda döyüşləri niyə başlatmır?”, “Niyə torpaqları işğaldan azad etmirsiniz?”, - deyə ədalətsiz və haqsız fikirlərlə qınayan qüvvələr bugün yenidən naşükürlük edirlər. Onlar bu qələbəyə müəyyən kölgə salmaq istəyir və ermənilərin havadarlarının səsləndirdiyi fikirləri təkrarlayırlar.

Prezident dünən şəhid ailələri və qazilərlə görüşündə bir daha səsləndirdi ki, biz yalnız 7 rayonu yox, ümumiyyətlə ərazilərimizi erməni işğalından azad etmişik. Biz ermənilərdən fərqli olaraq hərbi cinayət, soyqırım törətməmişik. Erməni əsilli vətəndaşları, dinc əhalini bu ərazilərdən qovub çıxarmamışıq. Biz yeddi rayonla yanaşı Şuşa, Hadrut və Xocavəndin 60 faizdən çox ərazisini döyüşərək işğaldan azad etmişik. Digər ərazilər isə üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq ermənilər tərəfindən boşaldılıb”.

 

Deputat qeyd edib ki, digər ərazilərdə vaxtilə Azərbaycan vətəndaşı olmuş, hazırda isə separatçıların təsirinə düşərək yolunu azmış erməni əsilli insanlar yaşayır:

 

“Düşünürük ki, onlar da qısa zamanda haqq yoluna gələcəklər. Onlar anlayacaq ki, orada yerləşən sülhməramlı qüvvələr müvəqqətidir, onların tək ümid qapısı Azərbaycan dövlətidir. Qısa zamanda haqq yoluna gələrək Azərbaycan vətəndaşlığını qəbul edəcək, Azərbaycan qanunları ilə yaşamağa razılaşacaqlar. Çünki başqa çıxış yolu yoxdur. Onsuz da Ermənistanda vəziyyət günü-gündən ağırlaşır, orada xaosdur. Ağır məğlubiyyətdən sonra onların yaxın 10 il ərzində dirçəlib, ayağa qalxmaları sual altındadır. Tək yolları Azərbaycan və Türkiyə ilə əlaqələrini yaxşılaşdırmaq və regionda sülhə töhfə verməkdir”.

 

N.Həmzəyev vurğulayıb ki, Prezident İ. Əliyev çox ağıllı, uzaqgörən, öz işini mükəmməl bilən, diplomatiya sirlərinə yiyələnmiş bir liderdir:

 

“Cənab Prezident nəyi, nə vaxt, necə edəcəyini hamıdan yaxşı bilir. Biz bir daha əmin olduq ki, Azərbaycan həqiqətən ədalətli və ləyaqətli müharibə aparıb. Müharibədə şəhid olmuş 3 minə yaxın şəhid ailəsinin mənzillə təmin olunması ilə bağlı cənab Prezident xüsusi Sərəncam imzalayıb. Onların sosial qayğılarının təmin edilməsi üçün dövlət öz gücünü səfərbər edib. Həmçinin müharibə qazilərinin mənzil şəraitinin yaxşılaşdırılması və avtomobillə təminatı yenə də davam etdirilir. Ümumilikdə 2021-2025-ci illərdə 10 minə yaxın şəhid ailəsi mənzillə təmin ediləcək. Burada Birinci vitse-prezident Mehriban xanımın da fəaliyyətini xüsusilə qiymətləndirmək lazımdır. O, məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəlir. Məhz sosial təminat işlərində cənab Prezidentin siyasətinin uğurla həyata keçirilməsinə o da dəstəyini verir. Heydər Əliyev Fondu həm şəhid, qazi ailələrinə, həm də müxtəlif sosial qrupu təmsil edən və səhhətlərində problem olan insanların müalicəsi üçün lazımi dəstək göstərir. Azərbaycanda müalicəsi çətin olan qazilərin Türkiyədə müalicəsi üçün Fond nə lazımdırsa edir. Bu fəaliyyətinə görə Mehriban xanıma da dərin təşəkkürümüzü bildiririk. Başqa sözlə, Prezident İlham Əliyev dediyi, verdiyi bütün sözlərin arxasındadır və biz əminliklə deyə bilərik ki, Azərbaycan işğaldan azad olunmuş əraziləri - Qarabağ və Şərqi Zəngəzuru cənnət-məkana çevirəcək. Bizim keçmiş məcburi köçkünlərimiz dədə-baba yurdlarına qayıdacaqlar. Azərbaycan iqtisadi inkişafı üçün həmin ərazilərin iqtisadi potensialından layiqincə istifadə edə biləcək”.

 

PƏRİ
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Prezidentin çıxışındakı ÖNƏMLİ MESAJ

Nizami Gəncəvinin "Xəmsə"si işıq şousunun vasitəsi ilə CANLANDI

Azərbaycan tərəfindən xülasə SƏNƏD

Kral ailəsinin üzvləri eynicinsli nikaha girə biləcək

Ən çox kitab oxuyan ÖLKƏLƏR

“Bu dövlət mütləq dəyişəcək”

"...Ölümlərin sayı son bir ilin ən aşağı səviyyəsinə düşüb"

Evdə “Wi-Fi”ın sürətini artırmağın ÜSULU

Velosipedçilərdən ibarət TOY KARVANI

“Bu, İrana dvident gətirə bilərdi”

Ənənəvi tədris DAYANDIRILDI

Sərnişinlərin NƏZƏRİNƏ

Vətəndaşların pulunu mənimsəyən makler SAXLANILIB

Qanunsuz erməni silahlı dəstələrinə məxsus PUA ələ keçirildi

Dörd gün ardıcıl qeyri-iş günü olacaq