"Bu problemlərin həlli praktikası dünyada mövcud deyil"

10:27 30-08-2021 | icon 34 | Cəmiyyət
"Bu problemlərin həlli praktikası dünyada mövcud deyil"

Dinarə Məmmədova: "Müəyyən məsələləri inzibati yolla həll etmək olar"

 

Bütün dünyada istifadə olunan sosial şəbəkələr müsbət tərəfləri ilə yanaşı, cəmiyyətə mənfi təsirlərini də göstərməkdədir. "Sosial şəbəkədə tanış olduğu yeniyetməni zorladı", "Qətlə yetirdi", "Sosial şəbəkə ailəni dağıtdı" və s. kimi xoşagəlməz xəbərləri izləyirik və ya kimlərinsə sosial şəbəkələrdən istifadə edərək müxtəlif radikal çağırışlar etməsinin şahidi oluruq. Sosial şəbəkələrə qadağaların qoyulması isə dünya ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır, sosial şəbəkələrin qadağan edilməsi insan azadlıqlarının boğulması kimi qiymətləndirilir.

 

Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) sədrinin müşaviri Dinarə Məmmədova deyib ki, sosial şəbəkələrin yaratdığı problemlərin həlli praktikası dünyada mövcud deyil:

 

"Bir neçə ölkədə sosial şəbəkələr qadağan olunub. Amma mən hesab edirəm ki, bu çıxış yolu deyil. Məsələn, müəyyən məsələləri inzibati yolla həll etmək olar. Qeyri-qanuni çağırış edənlərə cinayət işinin açılması, cərimə edilməsi və sair kimi qanuni addımlar tətbiq etmək".

 

Dinarə Məmmədova bildirib ki, bu məsələdə valideyn məsuliyyəti də vacibdir:

 

"Mütləq valideyn nəzarəti olmalıdır. Bu məsələdə hər kəs öz üzərinə düşən məsuliyyəti anlamalıdır".

 

ALDP rəsmisi hesab edir ki, sosial şəbəkələr ailə və cəmiyyət üzvlərini də bir-birindən ayırır və virtual bir dünyada yaşamağa sövq edir:

 

"Sosial şəbəkələrə aludə olan insanlar günlərlə öz yaxınları ilə ünsiyyət qurmurlar, danışmırlar. Bu da çox ciddi bir məsələdir və insanın mənəvi-əxlaqi deqradasiyasına gətirə biləcək bir haldır".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədri Gülər Əhmədovadan üzür istədi - FOTO

Doğru yolun sahibi və yolçusu

İmam-cümənin təqlid etdiyi müctəhidin müqəllidləri

Təhsil Nazirliyindən hökumətə MÜRACİƏT

"Diplomların tanınması başqa formata keçəcək”

Nazirlər Kabineti təhsillə bağlı yeni qərar verəcək

ALDP-dən BƏYANAT

"Qərb Rusiyada uğur qazanmayacaq"

Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı”na namizədliyi təqdim edilib

Vətən müharibəsi şəhidinin doğum günüdür

"Mənim anam təkbaşına böyük bir cəmiyyətdir"

Deputatdan SƏRT TƏNQİD

"Bunu etməsək, ölümlər artacaq"

Koronavirusla bağlı ən qorxulu proqnoz gerçəkləşdi

Qırıcılarımız İstanbul səmasında şou göstərəcək