Kreml İrəvana mesaj verdi

13:24 31-08-2021 | icon 47 | Dünya
Kreml İrəvana mesaj verdi

Putin nəyə görə Paşinyanı iki gün telefonda gözlətdi?

 

Ermənistanla İran arasında yolun bağlanmasından dərhal sonra baş nazir Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinə ardıcıl zənglər etdiyi ortaya çıxıb.

 

Ancaq erməni liderin bu çırpınışları nəticəsiz qalıb. Rusiya Prezidenti Vladimir Putin iki gün ərzində onun zənglərinə cavab verməyib.

 

Ermənistanın “Past” qəzetinin ortaya qoyduğu fakt növbəti dəfə kapitulyant Ermənistanın düşdüyü aciz vəziyyəti üzə çıxarıb.

 

Sirr deyil ki, 44 günlük müharibə Ermənistanın ordusunun darmadağın olması ilə nəticələndi, erməni dövlətinə ağır zərbə vuruldu. Cəbhədə qəhrəmanlıq göstərən Müzəffər Azərbaycan ordusu ilə yanaşı, bir qələbə də diplomatiya müstəvisində qazanıldı. Azərbaycan hər iki müstəvidə parlaq qələbə qazanmaqla regionda söz sahibi olduğunu İrəvana göstərdi. Odur ki, aciz Ermənistanın hər dəfə yalvarışlarla Rusiyaya müraciət etməsi normal haldır. Çünki artıq Azərbaycanla bir masa arxasında İrəvan heç bir şəkildə bərabərhüquqlu çıxış edə bilməz. Bu baxımdan Nikol Paşinyanın sərhəddəki vəziyyətlə bağlı Rusiyaya və Prezident Vladimir Putinə yalvarması bir növ etiraf xarakteri daşıyır, yəni “masada bizə yer yoxdur, Rusiyaya yalvarmaq son çarədir”.

 

Vladimir Putinin Nikola məhəl qoymaması və zəngləri cavablandırmaması isə məhz Rusiyanın etirafı sayılmalıdır. Bununla Rusiya Ermənistana açıq şəkildə bəyan edir ki, Azərbaycanla günbəgün inkişaf edən münasibətlər fonunda aciz və səfil Ermənistan heç bir əhəmiyyət kəsb etmir. Kreml Ermənistana görə, Bakıyla münasibətlərini korlamaq niyyətində deyil.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əgər bunları bir özü, bir papkası olan partiyalar qane edirsə, getsinlər…”

“Qarabağda anti-terror əməliyyatlarına başlayacaqsa…”

Partiya sədri Gülər Əhmədovadan üzür istədi - FOTO

Deputat Ruaiyaya SƏSLƏNDİ

“Fizioterapiya ilə müalicə hər zaman effektlidir”

“İran müsəlmanları qətlə yetirən cinayətkarlara dəstək verib”

Ramin Bayramlı vəzifəsindən azad edildi

Kiber TƏHLÜKƏ

“Jurnalistlər əziyyət çəkir, sosial şəbəkələr qazanır”

Qənirə Paşayevanın “Addım-addım Özbəkistan”-ı rezonans doğurub

Ramin Bayramlı istefa verdi

İki rayona yeni icra başçısı təyin edildi

Koronavirusun simptomları DƏYİŞDİ

Bu savaş baş verərsə...

Nazirlik əməkdaşı koronavirusdan vəfat etdi