Şəhid ailələri və qazilər üçün VAKANSİYALAR

15:16 31-08-2021 | icon 71 | Cəmiyyət
Şəhid ailələri və qazilər üçün VAKANSİYALAR

Bu ilin iyun ayında “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında başladılan “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı artıq 455-ə çatıb.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, marafona qoşulmaqla şəhidlərimizin ailə üzvlərinin, Vətən müharibəsində yaralanmış qazilərimizin məşğulluğuna dəstəyini ifadə edən həmin işəgötürənlərin 234-ü dövlət, 221-i özəl müəssisələrdir.

 

Onlar tərəfindən marafona 2 044 vakansiya təqdim edilib.

 

Bu vakansiyalar üzrə işlə təmin olunanların sayı da 566-a çatıb ki, onlardan 460-ı qazi, 106-sı şəhid ailəsi üzvüdür.

Hazırda vakansiyalar üzrə işlərə göndərişlərin verilməsi prosesi davam edir.

 

Marafona qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları linkə daxil olmaqla qeyd edə bilərlər.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədri Gülər Əhmədovadan üzür istədi - FOTO

Doğru yolun sahibi və yolçusu

İmam-cümənin təqlid etdiyi müctəhidin müqəllidləri

Təhsil Nazirliyindən hökumətə MÜRACİƏT

"Diplomların tanınması başqa formata keçəcək”

Nazirlər Kabineti təhsillə bağlı yeni qərar verəcək

ALDP-dən BƏYANAT

"Qərb Rusiyada uğur qazanmayacaq"

Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı”na namizədliyi təqdim edilib

Vətən müharibəsi şəhidinin doğum günüdür

"Mənim anam təkbaşına böyük bir cəmiyyətdir"

Deputatdan SƏRT TƏNQİD

"Bunu etməsək, ölümlər artacaq"

Koronavirusla bağlı ən qorxulu proqnoz gerçəkləşdi

Qırıcılarımız İstanbul səmasında şou göstərəcək