"Ermənistan 4000-ə yaxın azərbaycanlı ilə bağlı məlumat verməkdən yayınır"

20:00 30-08-2021 | icon 336 | Siyasət
"Ermənistan 4000-ə yaxın azərbaycanlı ilə bağlı məlumat verməkdən yayınır"

Elman Nəsirov: "Bütün bunlar gələcəkdə beynəlxalq məhkəmələrin əsas predmetindən biri olacaq"

 

44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan dövləti beynəlxalq hüquq və humanizm prinsiplərini əsas götürərək istər erməni hərbi, mülki əsrlərini, istərsə də ölkəmizə qarşı müharibədə iştiarak edərkən hərb meydanında öldürülən erməniləri təhvil verdi. Bu faktlar dünyanın gözü qarşısında baş verdi. Lakin Ermənistan hələ də 1-ci Qarabağ savaşında Azərbaycan tərəfindən itkin düşmüş əsgərlərimizi, əsir və girovları nəinki qaytarmır, heç onların ölüsü, dirisi barədə heç bir məlumat vermir.

 

Ermənistan nəyə iddialıdır və niyə 4000-ə yaxın azərbaycanlının taleyi barədə heç bir məlumat vermir?

 

Versus.az xəbər verir ki, bu barədə açıqlama verən Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Azərbaycan dövləti müharibə başa çatdıqdan sonra da öz üzərinə götürdüyü öhdəlikləri ləyaqətlə yerinə yetirib. Onun sözlərinə görə, Azərbaycan 19 noyabr və 11 yanvar sənədlərində əksini tapan bəndlər üzrə müddəların yerinə yetirilməsi üzrə bu gün də ardıcıl addımlar atır.

 

E.Nəsirov qeyd edib ki, Ermənistanın bu cür qeyri-konstruktiv mövqeyi fonunda Azərbaycan müharibədən sonra sahədə qalmış 1600 erməni əsgərlərinin cəsədlərini geri qaytarıb. Amma indiyə qədər Ermənistan tərəfi Azərbaycana 1-ci Qarabağ müharibəsində taleyi bizə bəlli olmayan 4000-ə yaxın əsir və girovun, əsgərin nə ölüsünü, nə də dirisini qaytarmayıb.

 

E.Nəsirov bütün bunlara rəğmən Ermənistanın utanmazcasına “Hamının hamıya” prinsipindən bəhs edərək beynəlxalq ictimai fikri çaşdırmasını önə çəkib. Bildirib ki, ermənilər hələ də öz məkirli niyyətlərindən əl çəkmirlər:

 

“Guya Ermənistan sülhpərvər dövlətdir, əsir və girovlara münasibətdə humanist mövqedən çıxış edir. Hanı sənin humanist mövqen, hanı Azərbaycanın I Qarabağ müharibəsində itkin düşən 4000 əsgəri və əsir düşən insanımız?! Niyə Ermənistan onların taleyi barədə məlumat vermir. Onların dirisi, cəsədləri hardadır?! Bütün bunlar hamısı onu göstərir ki, Ermənistan mahiyyət etibarilə terrorçu, faşist dövlətdir. Beynəlxalq ictimaiyyət də məhz bunu qəbul etməlidir”.

 

E.Nəsirov bildirib ki, Azərbaycan məsələnin beynəlxalq müstəvidə araşdırılması istiqamətində ardıcıl işlər görməkdədir. Onun sözlərinə görə, bu gün Ermənistanın Azərbaycana vurduğu maddi ziayanın ödənilməsi ilə bağlı bir çox qurumlarla iş gedir:

 

“Dəymiş maddi və mənəvi ziyana görə konkret kompensasiyanın ödənilməsi nəzərdə tutula bilər. Bunlar bizim gələcəkdə Ermənistana qarşı qaldırdığımız məsələlərin əsas bəndlərindən biridir. O məsələlərdən biri də 4000 nəfər Azərbaycan əsgərinə, girovuna qarşı törədilmiş cinayət əməli ilə bağlıdır. Ermənistan bu barədə məlumat verməkdən məqsədyönlü şəkildə yayınır. Bütün bunlar gələcəkdə beynəlxalq məhkəmələrin əsas predmetindən biri olacaq. Buna şübhə yoxdur. Yaxşı olardı ki, Ermənistan beynəlxalq məhkəmələrə düşmədən bu təzminatı ödəsin. Eyni zamanda 4000 nəfərin taleyi ilə bağlı məlumat versin”.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əgər bunları bir özü, bir papkası olan partiyalar qane edirsə, getsinlər…”

“Qarabağda anti-terror əməliyyatlarına başlayacaqsa…”

“Milli maraqlarımızı qorumalı və xarici təpkilərə qarşı çıxmalıyıq”

YAP-dan qovuldu

“Nəzarətimizdə olmayan yolların istifadəsinin də yollarını tapacağıq”

Deputat Romada Qarabağla bağlı Azərbaycanın mövqeyindən danışıb

“Ermənistanla haqq-hesabı yenidən çürütmək lazım gələcək”

Alqış Musayev yenidən baş redaktor oldu

YAP-ın bir sıra rayon təşkilatlarına təyin edilən YENİ SƏDRLƏR

Ramiz Göyüşovdan müsahibə alan jurnalist SAXLANILIB

Türkdilli ölkələr arasında anlaşma memorandumu imzalanıb

Sayt rəhbəri həbs edildi

Hacıbala Abutalıbov və Tağı Əhmədovun YENİ İŞ YERİ

Əsgərin ölümü ilə bağlı baş çavuş həbs edildi

“Fizioterapiya ilə müalicə hər zaman effektlidir”