Deputatdan ÇAĞIRIŞ

17:08 31-08-2021 | icon 94 | Siyasət
Deputatdan ÇAĞIRIŞ

Fazil Mustafa: “Karantin cərimələrini bağışlamaq lazımdır”

 

Karantin qaydalarını pozduğu üçün cərimələnən şəxslər cəriməni ödəməsə, axtarışa verilə bilər. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev izah edib ki, İnzibati Xətalar Məcəlləsində müvafiq norma var və bu normaya əsasən karantin qaydalarının pozulması ilə əlaqədar tətbiq edilən cərimələrin 30 gün müddətində ödənilməsi təmin edilməlidir.

 

Bu xəbərdarlıq cəmiyyətdə birmənalı qarşılanmayıb. Vətəndaşlar hesab edirlər ki, pandemiyanın və karantin rejiminin davam etdiyi vəziyyətdə belə bir addımın atılması əhalini yenidən çətin duruma sala bilər.

 

Versus.Az xəbər verir ki, məsələ barədə açıqlama verən deputat Fazil Mustafa karantin cərimələrini ödəməyənlərin axtarışa verilməsinə etirazını bildirib.

 

Onun sözlərinə görə, cərimədən yayınanlara güzəşt etmək, onları bağışlamaz lazımdır:

 

“Pandemiyanın şərtləri, yaratdığı çətinlik getdikcə ağırlaşır. İnsanları daha çıxılmaz vəziyyətə salmağımız düzgün deyil. Hesab edirəm ki, həmin cərimələrin bağışlanması mümkündür”.

 

Parlament səviyyəsində məsələ ilə bağlı fikir səsləndirilməsinə gəlincə, Fazil Mustafa xatırladıb ki, Milli Məclisin payız sessiyasının başlamasına hələ müəyyən qədər vaxt var:

 

“Ona görə hələlik bu problemlə bağlı yalnız fikir söyləyə bilərik. Ciddi narazılığa səbəb olduğu halda məsələ parlamentə daşına bilər”. /modernt.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

ALDP-dən BƏYANAT

“Buduna qədər ayağı kəsilib, hələ də get-gələ salırlar” - MÜSAHİBƏ

Deputatdan SƏRT TƏNQİD

Niyə susursuz, hörmətli cənab demokratlar? 

"Azərbaycanın möhtəşəm qələbəsi Kuzey Kıbrıs xalqını çox sevindirdi" - MÜSAHİBƏ

Fuad Əliyev Pakistan səfiri ilə görüşüb

MMP 27 Sentyabr – Anım günü ilə bağlı Bəyanat verdi

Meydan hərəkatının lideri Nemət Pənahlı bu gün niyə siyasətdə görünmür? - MÜSAHİBƏ

Ermənilər etiraf etdi

DOST-un səlahiyyətləri azaldıldı

COVID-19 pasportu olmayan sürücülər aşkarlanarsa...

Murovdağ tunelinin bir hissəsi TAMAMLANDI

Yerin altından od püskürdü

Portuqaliya çempionatında qol hesabını açdı

“İstiqlal” başlayır