Xüsusi təyinatlıların antiterror HAZIRLIĞI

18:34 31-08-2021 | icon 690 | Gündəm
Xüsusi təyinatlıların antiterror HAZIRLIĞI

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələrində taktiki-xüsusi təlim keçirilib.

 

Versus.az xəbər verir ki, təlimin ssenarisinə əsasən Əlahiddə Ümumqoşun Ordunun aviabazasında xidmət edən bir hərbi qulluqçu şərti düşmənin təxribat-diversiya qrupu tərəfindən qaçırılır. Terrorçular qaçırdıqları pilotla birlikdə tərk edilmiş binada gizlənirlər.

 

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin və Türkiyə Silahlı Qüvvələri mənsublarının izlədikləri təlimdə şəxsi heyətin əsir və girovların azad edilməsi üçün binalarda döyüş əməliyyatlarının aparılması bacarıqları yoxlanılıb.

 

Təxribatçıların gizləndikləri binada səssizcə mövqelənən snayper cütlükləri qrupların təhlükəsiz hərəkətini təmin etmək üçün fəaliyyət göstərirlər.

 

Xüsusi təyinatlı qruplar terrorçuların gizləndikləri binaya gizli şəkildə daxil olaraq təxribatçıları zərərsizləşdirməyə başlayırlar.

 

Antiterror əməliyyatını itkisiz başa vurmaq və qaçırılmış pilotun sağ şəkildə azad edilməsi üçün digər bir qrup da helikopterlə binaya endirilir.

 

Xüsusi təyinatlılarımız şərti düşmənin təxribat-diversiya qrupunu zərərsizləşdirmək üçün antiterror əməliyyatları zamanı binalarda tətbiq edilən yaxın məsafədə döyüş elementlərini yerinə yetirirlər.

 

Şərti düşmənin təxribat cəhdinin qarşısını alan xüsusi təyinatlı qruplar terrorçuları tam tərkibdə məhv edir, aviabazanın pilotunu azad edərək kimliyini dəqiqləşdirir və əməliyyat rayonundan uzaqlaşırlar.

 

Türkiyə Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun müşahidəçi və təlimatçı qismində iştirak etdiyi təlimin uğurla başa çatması münasibətilə mükafatlandırma mərasimi keçirilib.

 

Mərasimdə sarsılmaz qardaşlığın nümunəsi olan Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının əhəmiyyətindən danışan Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev taktiki-xüsusi təlimdə xüsusi təyinatlı bölmələrin şəxsi heyətinin yüksək peşəkarlıq, vətənpərvərlik və döyüş təcrübəsi nümayiş etdirdiyini diqqətə çatdırıb.

 

Sonda hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim edilib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədri Gülər Əhmədovadan üzür istədi - FOTO

Doğru yolun sahibi və yolçusu

İmam-cümənin təqlid etdiyi müctəhidin müqəllidləri

"Diplomların tanınması başqa formata keçəcək”

Nazirlər Kabineti təhsillə bağlı yeni qərar verəcək

ALDP-dən BƏYANAT

"Qərb Rusiyada uğur qazanmayacaq"

Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı”na namizədliyi təqdim edilib

"Mənim anam təkbaşına böyük bir cəmiyyətdir"

Deputatdan SƏRT TƏNQİD

"Bunu etməsək, ölümlər artacaq"

Koronavirusla bağlı ən qorxulu proqnoz gerçəkləşdi

Qırıcılarımız İstanbul səmasında şou göstərəcək

Azərbaycan qırıcılarından İstanbul səmasında ŞOU - VİDEO

15 məktəbə yeni direktor təyin olundu