Qrant layihəsi başa çatıb

12:04 01-09-2021 | icon 169 | İqtisadiyyat
Qrant layihəsi başa çatıb

“Meliorasiya və su təsərrüfatı obyektlərinin elektron məlumat bazasının yaradılması” qrant layihəsi başa çatıb.

 

Versus.Az xəbər verir ki, bu barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifovun verdiyi məlumata görə, Azərbaycan höküməti ilə Çin hökuməti arasında 8 dekabr 2014-cü il tarixdə bağlanmış iqtisadi və texnoloji əməkdaşlıq müqaviləsi əsasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC üçün həyata keçirilmiş “meliorasiya və su təsərrüfatı obyektlərinin elektron məlumat bazasının yaradılması” qrant layihəsi çərçivəsində Çin Xalq Respublikasından gətirilmiş zəruri avadanlıqlar aidiyyəti üzrə quraşdırılmış və Səhmdar Cəmiyyətin əməkdaşları üçün SuperMAP proqram təminatının mənimsənilməsi üzrə təlimlər başa çatmışdır.

 

Bu münasibətlə avqust ayının 31-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində tədbir həyata keçirilmişdir. Tədbir zamanı Səhmdar Cəmiyyətin rəhbərliyi və qrant layihəsinin icraçısı olan Çin Xalq Respublikasının “AVİC-İNTL” Layihə Mühəndislik şirkətinin səlahiyyətli nümayəndəsi layihənin başa çatması ilə əlaqdar müvafiq sənədləri imzalamışdır. Layihə çərçivəsində iştirakçılara beynəlxalq sertifikatlar təqdim olunub.   

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əgər bunları bir özü, bir papkası olan partiyalar qane edirsə, getsinlər…”

“Qarabağda anti-terror əməliyyatlarına başlayacaqsa…”

Partiya sədri Gülər Əhmədovadan üzür istədi - FOTO

Deputat Ruaiyaya SƏSLƏNDİ

“Fizioterapiya ilə müalicə hər zaman effektlidir”

“İran müsəlmanları qətlə yetirən cinayətkarlara dəstək verib”

Ramin Bayramlı vəzifəsindən azad edildi

Kiber TƏHLÜKƏ

“Jurnalistlər əziyyət çəkir, sosial şəbəkələr qazanır”

Qənirə Paşayevanın “Addım-addım Özbəkistan”-ı rezonans doğurub

İki rayona yeni icra başçısı təyin edildi

Ramin Bayramlı istefa verdi

Koronavirusun simptomları DƏYİŞDİ

Bu savaş baş verərsə...

Nazirlik əməkdaşı koronavirusdan vəfat etdi