"Məhdudiyyətlərin vaxtı noyabrın 1-nə uzadılsın"

13:56 02-09-2021 | icon 525 | Siyasət
"Məhdudiyyətlərin vaxtı noyabrın 1-nə uzadılsın"

ALDP Əli Əsədova müraciət etdi

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev partiyanın Rəyasət Heyətinin online iclasını keçirib.

 

Bu barədə Versus.Az-a partiyanın Mətbuat Xidmətindən bildirilib.

 

Məlumata görə, iclasda partiyanın yay tətilindən sonra fəaliyyət proqramı, əhalinin vaksinasiya ilə bağlı problemlər və bəzi təşkilati məsələlər müzakirə olunub.

 

Müzakirələrdən sonra vaksinasiya ilə bağlı Azərbaycan Respublikasının baş naziri Əli Əsədova müraciət qəbul olunub. Müraciətdə deyilir:

 

"Hörmətli Əli müəllim, məlum olduğu kimi, 1 ildən çoxdur ki, bütün dünyada COVİD-19 pandemiyası tuğyan edir. Bu xəstəlik Azərbaycandan da yan keçməyib. Pandemiyanın ilk günlərindən Azərbaycan hakimiyyətinin qabağlayıcı tədbirlər görməsini təqdirəlayiq hesab etdik və partiya olaraq "evdəqal" kampaniyasının aktiv təbliğatçısı olduq. Bir neçə ay bundan əvvəl COVİD-19-un yeni ştamlarının yayılması nəticəsində, ölkəmizdə xəstələrin sayı yenidən yüksəldi. Artıq bu ilin əvvəlindən əhalinin vaksinasiya işlərinə start verilib. Vaksinasiyanın ilk günlərindən TƏBİB rəhbərliyinin "vaksinasiya könüllüdir" deməsi, vətəndaşlarda arxayınçılıq yaratmışdı. Daha sonra "vaksinasiya mütləqdir" və sentyabrın 1-dən COVİD-pasportsuz ictimai yerlərə və böyük marketlərə buraxılmaması, vaksinasiya olmaq istəyənlərin sayı artdı. Bunun nəticəsində səhiyyə müəssisələrində böyük sıxlıq müşahidə olunur. Bu müşahidə olunan sıxlıq dolayısı ilə yoluxanların sayının artmasına gətirib çıxardır.

Hörmətli Əli müəllim, səhiyyə müəssisələrində sıxlığın qarşısının alınmasını və vətənaşların vaksinasiya olunmasının istəyini nəzərə alaraq, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarına bir də baxılması və məhdudiyyətlərin vaxtının (noyabrın 1-nə) uzadılmasını xahiş edirik".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Prezidentin çıxışındakı ÖNƏMLİ MESAJ

Nizami Gəncəvinin "Xəmsə"si işıq şousunun vasitəsi ilə CANLANDI

Azərbaycan tərəfindən xülasə SƏNƏD

Kral ailəsinin üzvləri eynicinsli nikaha girə biləcək

Ən çox kitab oxuyan ÖLKƏLƏR

“Bu dövlət mütləq dəyişəcək”

"...Ölümlərin sayı son bir ilin ən aşağı səviyyəsinə düşüb"

Evdə “Wi-Fi”ın sürətini artırmağın ÜSULU

Velosipedçilərdən ibarət TOY KARVANI

“Bu, İrana dvident gətirə bilərdi”

Ənənəvi tədris DAYANDIRILDI

Sərnişinlərin NƏZƏRİNƏ

Vətəndaşların pulunu mənimsəyən makler SAXLANILIB

Qanunsuz erməni silahlı dəstələrinə məxsus PUA ələ keçirildi

Xalq artistinin qızına HÖKM OXUNDU