Bütün dünyaya mesaj və Azərbaycan xalqının öz ruhuna qayıdışı - MÜSAHİBƏ

10:47 03-09-2021 | icon 346 | Cəmiyyət
Bütün dünyaya mesaj və Azərbaycan xalqının öz ruhuna qayıdışı - MÜSAHİBƏ

Zahid Abbasov: “Həmin gün Şuşada cismimizlə ruhumuz qovuşdu”

 

Mədəniyyət Paytaxtı olan Şuşamız bu gün yenidən bərpa olunur. “Xarıbülbül” Festivalı, Muğamın səsi ilə dünyaya musiqi ilə sevgi bəxş edən, yenidən pərvazlanan Muğam sənətinin beşiyi Şuşanın musiqi ruhu bu dəfə şair, mütəfəkkir Molla Pənah Vaqifin Poeziyasının günü ilə tarixi keçmişinə dönüş etdi. Şuşadan musiqi, şeir duyğusu ilə verilən mesajlarda bir cəngi sədası da var. Azərbaycan Ordusu müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı azad etdi və özünün hünərini bu gün torpaqlarının abadlaşdırılması ilə davam edir. Yumruğu dəmir, Məmləkəti Azərbycan olan bu diyar bəşəriyyətə sülh aşıladığını bir daha nümayiş etdirir, düşməni silahı yerə qoymağa çağırır.

 

Mədəniyyət Paytaxtı olan Şuşa bu gün hansı tarixi proseslərə şahdlik edir?

 

Versus.Az xəbər verir ki, Şuşa Mədəniyyət və Turizm İdarəsinin sədri Zahid Abbasov bu barədə müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

 

- Zahid müəllim, ölkə prezidenti İlham Əliyevin son Şuşa səfəri və orada etdiyi çıxışların əhəmiyyətinə diqqət çəksək, bu, ölkə başçımızın dünyaya verdiyi hansı mesajlardır və Xan şəhəri Şuşamızın gələcəyi üçün hansı vədlərin verilməsidir?

 

- Şuşanın dünəni və bu gününə diqqət çəkərək bu məsələyə daha geniş aspektdən yanaşsaq daha gözəl olar. Ölkə başçısı Şuşada etdiyi çıxışlarında bir daha müzəffər Ali Baş Komandanın Dəmir Yumruqla birlikdə tarixi torpaqlarını yağı düşmənin tapdağı altında qoymayacağını və bunun üçün bütün gücünü səfərbər etməyə hazır olduğunu bəyan etdi. Təbii ki, bu prosesin xalq, ordu, Ali Baş Komandan vahidliyi bir daha ortaya qoyulur. Düşmən bir daha xəbərdar edilir və sülhə çağırılır...

 

Həmin o sovet dövrlərinin çətin anlarında ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində bir məsələ öz təsdiqini tapıb ki, Şuşa Azərbaycanın incisi, ayrılmaz hissəsidir. Onun hər bir daşı Azərbaycan türkünə məxsusdur. O zamanlar Dağlıq Qarabağda Xan sarayının vəziri, şair Molla Pənah Vaqifə belə bir böyük movzaleyin ucaldılması bir daha Qarabağın, Şuşanın Azərbaycan məkanını təsdiq edən ən böyük sənədlərdən biridir. O vaxtlar ulu öndər o movzoleyi çətinliklə də olsa Şuşada tikdirməyə nail ola bildi. Sonradan Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bir daha bəyan edildi ki, bura Şuşa şəhəridir, qədim Azərbaycan diyarıdır. Burda Azərbaycanın görkəmli ədibləri yaşayıb-yaradıb, millətə, bütövükdə bəşəriyyətin svilizasiyası prosesində özünün töhfələrini veriblər. Bu, eyni zamanda bizim poeziyamıza, şairlərimizə, ziyalılarımıza verilən böyük diqqətin nümunəsidir, rəmzidir.

 

Biz 30 il işğal dövründə gördük ki, Dağlıq Qarabağ məsələsini hərə bir cür başa düşür, qəbul edir. Az qala guya buranın müsəlman şəhəri olduğunu tanıya bilmirlər. Bütün vasitələrdən istifadə edilməlidir ki, Azərbaycan tarixi irsi, istər siyasi, istərsə də mədəniyyət, memarlq və milli arxitekturamızda özünün təsdiqini tapsın. Və bu gün fərəhləndirici haldır ki, özünün təsdiqini tapır.

 

- Vaqif Poeziya Günləri necə keçdi?

 

- Şuşada Vaqif Poeziya Günlərinin keçirilməsi bütün dünyaya bir mesaj, Azərbaycan xalqının isə öz ruhuna qayıdışıdır.  Şuşada Poeziya gününü keçirmək cismimizlə ruhun qovuşduğu gün idi. Bu gün bizim yenidən doğuşumuz və torpağa, millətə verilən sevinci yenidən yaşadığımız möhtəşəm gün idi. Poeziya günləri çox möhtəşəm idi. Həmin gün həsrətlilər qovuşdu. Şeirlə, musiqi kimi. Şuşamız canlandı sanki...

 

- Tez-tez Şuşaya səfər edən bir şuşalı, bir mədəniyyət işçisi kimi necə hesab edirsiz, Mədəniyyət Paytaxtı Şuşa şəhərində bərpa işləri necə gedir?

 

- Mən Şuşada doğulmuşam, orada böya-başa çatmışam. Bir şuşalı kimi Şuşa ilə nəfəs almışam. Qaçqınlıq həyatı boyunca mən və mənim kimi minlərlə şuşalı bir gün də olsa Şuşadan ayrı düşmədik. Biz Şuşadan cismən ayrılmışdıq. Ruhən hamımız Şuşada idik, onun dərdi ilə yaşayırdıq, hər axşam fikrimizdə onun küçələrində gəzirdik. Biz ruhən heç bir vaxt Şuşadan ayrı qalmamışıq.

 

- Zahid müəllim, yeni plana əsasən Şuşada 5 mərtəbədən ibarət yeni məhəllələrin salınacağı deyilir. Bu məlumat nə dərəcədə dəqiqdir?

 

- Bilirsiz ki, Şuşanın yeni planı təsdiq olundu. O planla tanış olmuşam və bir şuşalı kimi ondan çox razıyam. Allahın köməkliyi ilə Şuşamız tezliklə, Heydər Əliyev Fondunun böyük dəstəyi sayəsində tikilib, Şuşa əhalisinin öz evlərinə qayıtmasına şərait yaradacaqdır. Aparılan işlər imkan verəcək ki, biz yaxın zamanlarda köçüb Şuşamızda yaşayaq. Sizi inandırım ki, çox gözəl layihələrdir.

Ümumiyyətlə, Şuşa 1751-ci ildə salınanda xüsusi memarlıq üslubu ilə tikilmişdi. Şuşada bütün məhəllələri, məşhur memar Səfixan Qarabaği salmışdı. Səfixan Qarabaği əslən Ərdəbildən olub. Şuşaya gedəndə eşidib ki, Pənah xan belə gözəl qala salmaq istəyir, gəlib Şuşaya və o qalanın salınmasına birbaşa rəhbərlik edib.

 

5 mərtəbədən ibarət tikilən binalara gəlincə, onlara məhəllə demək olmaz. Şəhərin elə yerləri var ki, orda yeni evlər tikilə bilər. Şuşa abidələr şəhəridir. Orda heç nə dəyişilməyib. Hər məhəllənin özünün məscidi, məhəllə bulağı, məhəllə çayxanası, məhəllə hamamı olmaqla salınmış qədim, gözəl şəhərdir. İndi də yeni plandan görünür ki, həmin o memarlıq üslubunun qorunmasına çalışılacaq. Düzdür, şəhərin müəyyən hissələrində yeni tikililər tikmək olar və düşünürəm ki, tikiləcək. Amma qalan o köhnə məhəllələr, tarixi abidələr necə var, elə də təmir olunacaq. Bu da çox müsbət haldır.

 

Məlumdur ki, sovet illərində - 70-80-ci illərdə Şuşada beşmərtəbəli binalar tikilib. Onlara “Xruşovka”da deyilir. O binalar həm istifadəyə yararsızdır, həm də Şuşaya yaraşmır. Onlar söküləcək və yerində 4-5 mərtəbəli yeni arxitekturalı, keçmişlə müasirliyi birləşdirən, Şuşanın ümumi mənzərəsinə uyğun gözəl binalar tikiləcək. Amma həmin binanın belə tez tikilməsindən söz gedə bilməz, çünki hələ şəhərin planı iki gündür təsdiq olunub. Amma artıq harda tikiləcəkləri müəyyən olunub, yerləri hazırlanıb. Sökülən köhnə binaların, yaxud top, mərmi dəymiş sıradan çıxmış binaların yerində tikiləcək. Hələ də söküləcək binalar var.

 

- Yeni tikilən binalar həm də yeni məhəllələrin salınmasını özündə ehtiva edəcəkmi və yaxud həyət evlərinin taleyi necə olacaq?

 

- Əvvəla, buna yeni məhəllə demək olmaz. Ola bilər ki, nəsə şəhər ətrafında tikililər getsin. Eyni zamanda Şuşanın aşağı hissələrinə toxunulmayacaq. Yəni orada olan həyət evləri təmir olunacaq və olduğu kimi də qalacaq. Şuşada 17 məhəllədir, elə 17 məhəllə də saxlanılacaq.

 

- Qurulan məhəllələrə nə qədər adam köçürülə bilər, məlumdurmu?

 

- Bunu deyə bilmərəm. Amma bir şuşalı, bir ziyalı kimi deyə bilərərm ki, Şuşada 32 min nəfər əhali yaşayıb. Yəqin ki, hamı öz evlərinə dönəcək.

 

- Şuşada hansı mədəniyyət abidələri bərpa olunub və növbəti mərhələlərdə hansı işlər görüləcək?

 

- Şuşanın Mədəniyyət və Turizm İdarəsinin rəhbəri kimi 30 ildir tarixi abidələrin araşdırılması ilə məşğuluq. 30 ildir həmin o tarixi abidələrin, həmin o məhəllələrin hamısının şəkillərini yağlı boya ilə çəkdirmişəm. Mən bunu sizə dəqiq deyirəm ki, Şuşada invertar nömrəsi ilə dövlət tərəfindən 248 abidə olub.  Amma mən həmişə demişəm ki, Şuşada 300-dən də çox abidə olub. Bilirsiz ki, Şuşada adi asfaltdan yol çəkilməyib. Bütün küçələr  qaya daşları ilə tikilib. Şuşanın hər bir daşı tarixi abidədir. Onun dəyəri ölçüyəgəlməzdir. Qeyd edim ki, arixi abidələrin araşdırılması və invertarlaşdırılması ilə bağlı komissiya yaradılmışdı və mən də o komissiyanın tərkibində idim. Apardığımız işlər əsasında hələlik 300-dən artıq abidələrimiz invertarlaşdırılıb. Bununla yanaşı işlər davam edir. Yəqin ki, hələ sayı artacaq. /hafta.az/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Gecə-gündüz iş düşünən vətəndaşı siyasət maraqlanmır"

“Park Cinema Flame Towers” kinoteatrı yenidən fəaliyyətdə

Bu gün Mincivanın azad edildiyi gündür

Zakir Həsənov Kəlbəcər və Laçın rayonlarına gedib

Azərbaycan Ordusunun Türkiyə sisteminə uyğunlaşdırılması - NÖVBƏTİ ADDIM

"Rusiya Ermənistan və Azərbaycandan başqasını istəmir"

Hamilə qadın xəstəxanada öldü

II Yelizaveta “İlin yaşlısı” mükafatını qəbul etmədi

Çəkini nəzarətdə saxlamaq üçün SADƏ QAYDALAR

Pandemiyadan daha təhlükəli qlobal FƏLAKƏT

Türkiyə ilə İran arasında mühüm RAZILAŞMA

Yoluxmanın artması ilə bağlı HESABAT

“YouTube”da yeni FUNKSİYA

Şəhid ailələrinə güzəştlərlə bağlı qanunda DƏYİŞİKLİK

Pensioner kişi polisi güllələdi