Maliyyə Nazirliyi 10 milyon manatlıq HƏRRAC

11:50 03-09-2021 | icon 373 | İqtisadiyyat
Maliyyə Nazirliyi 10 milyon manatlıq HƏRRAC

Maliyyə Nazirliyindən 10 milyon manatlıq HƏRRAC: Ağır şərtlər irəli sürüldü

Sentyabrın 7-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10 milyon manatlıq Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək.

Valyuta.az xəbər verir ki, BFB bu barədə məlumat yayıb. 

Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Dövlət istiqrazının növü

Faizli, ortamüddətli dövlət istiqrazları

Qiymətli kağızın ISIN kodu

AZ0108028884

Emissiya həcmi

10 000 000 manat

Nominal dəyəri

100 manat

İstiqrazların tədavül müddəti

1820  gün

Faiz ödənişləri (olduqda)

8 mart 2022-ci il,  6 sentyabr 2022-ci il,

7 mart 2023-cü il, 5 sentyabr 2023-cü il,

5 mart 2024-cü il, 3 sentyabr 2024-cü il

4 mart 2025-ci il,  2 sentyabr 2025-ci il

3 mart 2026-cı il,  1 sentyabr 2026-cı il

Faiz gəliri

6.5 %

Ödəmə tarixi

01.09.2026

Anderrayter

                 “PAŞA Kapital İŞ” QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.

Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. 

 

Versus.az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Prezidentin çıxışındakı ÖNƏMLİ MESAJ

Nizami Gəncəvinin "Xəmsə"si işıq şousunun vasitəsi ilə CANLANDI

Azərbaycan tərəfindən xülasə SƏNƏD

Kral ailəsinin üzvləri eynicinsli nikaha girə biləcək

“Bu dövlət mütləq dəyişəcək”

Ən çox kitab oxuyan ÖLKƏLƏR

"...Ölümlərin sayı son bir ilin ən aşağı səviyyəsinə düşüb"

Evdə “Wi-Fi”ın sürətini artırmağın ÜSULU

Velosipedçilərdən ibarət TOY KARVANI

“Bu, İrana dvident gətirə bilərdi”

Ənənəvi tədris DAYANDIRILDI

Sərnişinlərin NƏZƏRİNƏ

Vətəndaşların pulunu mənimsəyən makler SAXLANILIB

Qanunsuz erməni silahlı dəstələrinə məxsus PUA ələ keçirildi

Xalq artistinin qızına HÖKM OXUNDU