“Azercell” yenidən jurnalistlər üçün ingilis dili kursları elan edir

11:54 03-09-2021 | icon 247 | KİV
“Azercell” yenidən jurnalistlər üçün ingilis dili kursları elan edir

Fəaliyyət illəri ərzində KİV nümayəndələrinin inkişafına, onların peşəkar bacarıqlarının artırılmasına və beynəlxalq əlaqələrinin qurulmasına, həmçinin, rəqəmsal ingilis dilli mənbələrdən sərbəst istifadəsinə yardımçı olmaq məqsədilə çoxsaylı layihələr həyata keçirən ölkənin lider mobil operatoru "Azercell Telekom", jurnalistlər üçün növbəti ingilis dili kurslarını təşkil edir.

Yay mövsümünün bitməsilə başlayacaq kurslar çap, elektron və teleradio kütləvi ınformasiya vasitələrində çalışan aktiv peşəkarlar üçün açıqdır. Kurslarda iştirak etmək üçün jurnalistikada ən azı bir il iş təcrübəsinə malik olan şəxslər KİV-də dərc olunan 3 məqaləsini və jurnalist vəsiqəsinin surətini 20.09.2021 tarixinə qədər [email protected] elektron ünvanı vasitəsilə şirkətə təqdim etməlidirlər.

İxtisaslaşmış ingilis dili müəllimləri tərəfindən aparılacaq dərslərdə media nümayəndələrinə qrammatika, danışıq, dinləmə, yazı qabiliyyəti üzrə ingilis dili biliklərini gücləndirmək imkanı yaradılacaq.

Qeyd edək ki, Azercell 13 ildən artıq bir müddət ərzində jurnalistlər üçün dil kursları təşkil edir. İndiyədək yüzlərlə KİV nümayəndəsi ingilis dili üzrə ixtisaslaşmış kurslarda iştirak edib. Bundan əlavə, media sahəsində baş verən yenilik və trendlərlə yerli jurnlaistləri tanış etmək, fərqli təcrübələrlə bölüşmək, beynəlxalq jurnlalistika məktəbi ilə tanışlıq və təcrübə mübadiləsi məqsədilə şirkət tərəfindən mütəmadi olaraq xaricdən dəvət olunmuş tanınmış təlimçilərin maraqlı mövzularda seminar və təlimləri təşkil olunur.

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi "Azercell"i seçir. Bazar payı 49 %, ölkə ərazisi üzrə əhatə dairəsi: 94 %, ölkə əhalisi üzrə əhatə dairəsi: 98,7 % təşkil edir. "Azercell" ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq "Qızıl Stevie" mükafatı alan ölkənin yeganə şirkətidir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz "Azercell" gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, "Azercell Ekspres" ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s.

Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. "Azercell"in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, "Azercell"in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Gecə-gündüz iş düşünən vətəndaşı siyasət maraqlanmır"

“Park Cinema Flame Towers” kinoteatrı yenidən fəaliyyətdə

Bu gün Mincivanın azad edildiyi gündür

Zakir Həsənov Kəlbəcər və Laçın rayonlarına gedib

Azərbaycan Ordusunun Türkiyə sisteminə uyğunlaşdırılması - NÖVBƏTİ ADDIM

"Rusiya Ermənistan və Azərbaycandan başqasını istəmir"

Hamilə qadın xəstəxanada öldü

II Yelizaveta “İlin yaşlısı” mükafatını qəbul etmədi

Çəkini nəzarətdə saxlamaq üçün SADƏ QAYDALAR

Pandemiyadan daha təhlükəli qlobal FƏLAKƏT

Türkiyə ilə İran arasında mühüm RAZILAŞMA

Yoluxmanın artması ilə bağlı HESABAT

“YouTube”da yeni FUNKSİYA

Şəhid ailələrinə güzəştlərlə bağlı qanunda DƏYİŞİKLİK

Pensioner kişi polisi güllələdi