Komitə sədri Şuşada Bülbülün ermənilər tərəfindən dağıdılmış evindən danışdı

14:32 03-09-2021 | icon 269 | Qarabağ
Komitə sədri Şuşada Bülbülün ermənilər tərəfindən dağıdılmış evindən danışdı

Bağçasından bir neçə ağ gül dərdim, onun məzarına qoymaq üçün...

 

Mədəniyyət paytaxtımız olan qədim Şuşamızda doğulmuş böyük sənətkarımız Bülbülün evini, ev muzeyini ziyarət etdik. İşğalçı Ermənistan vandalizminin, barbarlığının dəhşətlərini görüb bu ev, bu muzey…

 

Ali Baş Komandanımızın rəhbərliyi altında işğaldan azad edilmiş əziz Şuşamızda böyük quruculuq, abadlıq işləri aparılır. Böyük sənətkarımız Bülbülün evində, ev muzeyində də təmir-bərpa işləri artıq başa çatır və bu evin,bu muzeyin qapısı artıq Şuşaya gələn ziyarətçilərə açılıb. Erməni vandalizminin, barbarlığının izləri isə gələcək nəsillərin görməsi üçün qorunub saxlanılıb. Biz əminik ki, çox yaxın zamanlarda gözəl Şuşamız bütün dünyada ən gözəl mədəniyyət şəhərlərindən biri kimi tanınacaq. Amma erməni vandalizmini, erməni faşizminin iç üzünü görmək, duymaq istəməyənlərə gerçəklikləri hər bir azərbaycanlı yorulmadan çatdırmalıdır. Çünki ermənilərin əsl məqsədi işğal etdikləri torpaqlarımızdan xalqımızın tarixini və mədəniyyətini də tamamilə silmək olub. Bu dəhşətli barbarlığı bütün dünyaya daha çox duyurmalıyıq. Bülbülün evinin, ev muzeyinin bağçasından bir neçə ağ gül dərdim onun məzarına qoymaq üçün. Ruhu şad olsun!

#Azərbaycan #Azerbaijan #Qarabağ #Kharabagh #Şuşa #Shusha #AddımAddımŞuşa

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əgər bunları bir özü, bir papkası olan partiyalar qane edirsə, getsinlər…”

“Qarabağda anti-terror əməliyyatlarına başlayacaqsa…”

Partiya sədri Gülər Əhmədovadan üzür istədi - FOTO

Deputat Ruaiyaya SƏSLƏNDİ

“Fizioterapiya ilə müalicə hər zaman effektlidir”

“İran müsəlmanları qətlə yetirən cinayətkarlara dəstək verib”

Ramin Bayramlı vəzifəsindən azad edildi

Kiber TƏHLÜKƏ

“Jurnalistlər əziyyət çəkir, sosial şəbəkələr qazanır”

Qənirə Paşayevanın “Addım-addım Özbəkistan”-ı rezonans doğurub

Ramin Bayramlı istefa verdi

İki rayona yeni icra başçısı təyin edildi

Koronavirusun simptomları DƏYİŞDİ

Bu savaş baş verərsə...

Nazirlik əməkdaşı koronavirusdan vəfat etdi