Hafiz Hacıyev siyasi meydanı QIZIŞDIRACAQ

16:04 03-09-2021 | icon 399 | Siyasət
Hafiz Hacıyev siyasi meydanı QIZIŞDIRACAQ

"Müəyyən dəstə var ki, ölkəni talan edir və..."

 

Xeyli müddətdir siyasi meydanda sükutu seçən, səhhəti ilə bağlı xaricdə olduğu bilinən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev sentyabrın 6-dan sükutu pozmaq qərarına gəlib.

 

Bu barədə Versus.Az-a partiya sədrinin özü məlumat verib.

 

Hafiz Hacıyev bildirib ki, Azərbaycanı artıq talayıb aparıblar, elə bir şey qoymayıblar:

 

"Bu qədər icra başçıları həbs edilir, amma yenə də bunlara dərs olmur. Bunlar Azərbaycana qənim kəsilən insanlardır. Dəfələrlə demişəm ki, nə qədər ki, Ramiz Mehdiyevin komandası Prezident Aparatındadır, belə də olacaq".

 

Partiya sədri ölkəni talayan məmurlarla bundan sonra daha sərt mübarizə aparacaqlarını bildirib:

 

“İndi də talançılıqla məşğuldurlar, rayonlarımız başlı-başına qalıb. Partiyamızın rayon təşkilatlarının verdiyi məlumatlar bizi dəhşətə gətirir. Qazilərimizi incidirlər. Bu gün dövləti müdafiə edənlərin əksəriyyətini küncə sıxışdırırlar. Bu məmurların balaları artıq xarici vətəndaşlıq alıblar. Bir Prezidentdən və xanımından başqa bu proseslərdə üçüncü bir adamı görürsünüzmü, yox. Hər yer dağılıb gedir, özbaşınalıqdır. Nazirliklər vətəndaşların müraciətlərinə cavab vermir. Ona görə də Biləsuvarın keçmiş icra başçısı Mahir Quliyevin 4 milyon və digər məmurların ondan da çox pul mənimsəməsi faktları var. Bunlar dövləti artıq poliqona çevirmək istəyirlər. Təhsil sistemində 60 milyon yeyinti var və buna baxan varmı, yox. Müəyyən dəstə var ki, ölkəni talan edir və xalqı dövlət başçısının üzərinə qaldırmağa çalışırlar. Amma biz buna imkan verməyəcəyik".

 

H.Hacıyev vurğulayıb ki, həftənin birinci gününü, yəni sentyabrın 6-da işə çıxacaq və imkan verməyəcək ki, bu oğrular, quldurlar Azərbaycanı bu vəziyyətə salsınlar.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

ALDP-dən BƏYANAT

“Buduna qədər ayağı kəsilib, hələ də get-gələ salırlar” - MÜSAHİBƏ

Deputatdan SƏRT TƏNQİD

Niyə susursuz, hörmətli cənab demokratlar? 

"Azərbaycanın möhtəşəm qələbəsi Kuzey Kıbrıs xalqını çox sevindirdi" - MÜSAHİBƏ

Fuad Əliyev Pakistan səfiri ilə görüşüb

MMP 27 Sentyabr – Anım günü ilə bağlı Bəyanat verdi

Meydan hərəkatının lideri Nemət Pənahlı bu gün niyə siyasətdə görünmür? - MÜSAHİBƏ

Ermənilər etiraf etdi

DOST-un səlahiyyətləri azaldıldı

COVID-19 pasportu olmayan sürücülər aşkarlanarsa...

Murovdağ tunelinin bir hissəsi TAMAMLANDI

Yerin altından od püskürdü

Portuqaliya çempionatında qol hesabını açdı

“İstiqlal” başlayır