“ÜST-ün məktəblərin açılması ilə bağlı təklifi hökm deyil,tövsiyədir”-Sədr müavini

18:07 03-09-2021 | icon 305 | Təhsil
“ÜST-ün məktəblərin açılması ilə bağlı təklifi hökm deyil,tövsiyədir”-Sədr müavini

“Razılaşmalıyıq  ki, bir tərəfdən dərs məşğələlərinin başlanmasına saylı günlər qaldıqca, digər tərəfdən də tədris prosesinin nə vaxt və hansı formada başlanacağı barədə rəsmi məlumatın gecikməsi cəmiyyətdə narahatçılığı bir qədər də artırıb”

 

Versus.az  xəbər  verir  ki, bunu  Təhsil  Nazirliyi yanında  İctimai Şuranın  sədr  müavini  Nadir  İsrafilov  deyib.

 

Sadr  müavini  tədrisin  bərpası  ilə  bağlı  sosial  şəbəkələrdə  irəli  sürülən  fərziyələrdən  danışıb:

 

“Baxmayaraq ki, pandemiya şəraitində tədrisin təşkili ilə bağlı müxtəlif ölkələrin təcrübəsinin araşdırılması və burada əsas məqsədin ənənəvi təhsilə qayıtmaq imkanlarını öyrənmək olduğu barədə dəfələrlə rəsmi açıqlamalar verilib. Bununla belə sosial şəbəkələrdə müxtəlif fərziyələr, ehtimallar irəli sürülür ki, bu da cəmiyyətdə müəyyən çaşqınlıq yaranmasına səbəb olur. Bu da başa düşüləndir və bu halı təbii qəbul etmək lazımdır. Lakin, bu şəraitdə yeganə istinad  mənbəyi hər hansı bir subyektiv proqnoz deyil, yalnız rəsmi məlumatlar  olmalıdır”.

 

O  ənənəvi  təhsilə  qayıtmağın  yolunun  vaksinasiya  olduğunu  vurğulayıb:

 

“Onu da qəbul etməliyik ki, bu kimi fövqaladə situasiyalarda tələskənliyə yol verib, hansısa konkret bir qərar vermək düşündüyümüz qədər də asan məsələ deyil.  İstənilən halda yekun qərar vermək üçün Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri var, Nazirlər Kabineti yanında Operativ Qərargah var, Təhsil Nazirliyinin mövqeyi var, digər əlaqədar və aidiyyati qurumlarla məsləhətləşmələr amili var. Yəni, bu hansısa fərdin və ya qurumun iradəsində asılı olan məsələ deyil. Nazirin də bir müddət əvvəl qeyd etdiyi kimi kifayət qədər qeyri-müəyyənliklər yenə də var. Amma biz çox ümidliyik. Və inandığımız budur ki, ənənəvi təhsilə  qayıtmağın yolu vaksinasiyadır”. 

 

Sədr  müavini  ÜST-ün  məktəbləri açmaqla  bağlı təklifinin  sadəcə  tövsiyə olduğunu bildirib:

 

“Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan da daxil olmaqla, ölkələrə COVID-19 riski və virusun fərqli variantlarının yayılmasını minimuma endirmək üçün tədbirlər görərkən məktəbləri açıq saxlamaq təklifinə qaldıqda isə bu hökm deyil, yalnız tövsiyədir və hər bir ölkə məsələyə mümkün risk səviyyəsinə uyğun yanaşır. Deyək ki, Türkiyədə məsələyə bir cür, Gürcüstanda başqa çür, digər ölkələrdə bir başqa çür fərqli yanaşmalar var. Bu baxımdan təsdiq olunacaq  yeni Qaydalarda yerli şəraitə və mövcud vəziyyətə uyğun bütün məqamlar nəzərə alınmalıdır”.

 

O  peyvəndləmə  prosesini  yekunlaşdırmaq  məqsədi  ilə  zaman  qazanmaq  üçün  ertələmənin  mümkün  olduğunu  bildirib:

 

“O ki, qaldı mənim subyektiv mövqeyimə, tədrisə başlanılması birmənalıdır, hansı formada başlanılması isə son təhlillərdən, zəruri tədbirlərin hansı səviyyədə görülməsindən asılı olacaq. Şəraitə və situasiyaya uyğun lokal xarakterli diferensial yanaşmanın tətbiq olunacağı da istisna olunmur. Təhsilin müxtəlif pillələri üzrə əyani, hibrid, distant formalar da tətbiq oluna bilər.  Peyvəndləmə prosesini yekunlaşdırmaq, zaman qazanmaq üçün ertələmə də mümkündür. İstənilən halda müşahidələrimin nəticəsi ondan ibarətdir ki, yoluxmanın yüksək olduğuğu dövrdə belə, uşaqların küçələrdə, valideynləri ilə əyləncə mərkəzlərində gün keçirməsi ilə müqayisədə məktəblər daha etibarlı və təhlükəsiz məkandır, çünki, bu sahədə artıq məktəblərdə kifayət qədər təcrübə qazanılıb”.

 

Son olaraq  sədr  müavini  vaksinasiyanın  zəruriliyini  dərk  etməli  olduğumuzu qeyd  edib:

 

“Yəqin ki, yeni dərs ilində tədrisin təşkili ilə bağlı  bu gün-sabah keçiriləcək  brifinqdə bütün bu məqamlara aydınlıq gətiriləcək. Vaksinasiyanın məcburiliyini qəbul etməsək də, zəruriliyini dərk etməliyik. Yalnız, bütün norma və şərtlərə əməl eməklə, arzuladığımız ənənəvi təhsilə başlanılmasına öz töhvəmizi verə bilərik. Unutmayaq ki, bu kimi taleyüklü məsələlərdə tələsik qərarlar çıxarmaq ağır fəsadlara yol aça bilər. Necə deyərlər, gec olsun, güc olsun…”

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əgər bunları bir özü, bir papkası olan partiyalar qane edirsə, getsinlər…”

“Qarabağda anti-terror əməliyyatlarına başlayacaqsa…”

“Milli maraqlarımızı qorumalı və xarici təpkilərə qarşı çıxmalıyıq”

YAP-dan qovuldu

“Nəzarətimizdə olmayan yolların istifadəsinin də yollarını tapacağıq”

Deputat Romada Qarabağla bağlı Azərbaycanın mövqeyindən danışıb

“Ermənistanla haqq-hesabı yenidən çürütmək lazım gələcək”

Alqış Musayev yenidən baş redaktor oldu

YAP-ın bir sıra rayon təşkilatlarına təyin edilən YENİ SƏDRLƏR

Ramiz Göyüşovdan müsahibə alan jurnalist SAXLANILIB

Türkdilli ölkələr arasında anlaşma memorandumu imzalanıb

Sayt rəhbəri həbs edildi

Hacıbala Abutalıbov və Tağı Əhmədovun YENİ İŞ YERİ

Əsgərin ölümü ilə bağlı baş çavuş həbs edildi

“Fizioterapiya ilə müalicə hər zaman effektlidir”