“Yeni doğulan körpələrə dastana dönən igidlərin adı verilsin”

11:34 06-09-2021 | icon 142 | Cəmiyyət
“Yeni doğulan körpələrə dastana dönən igidlərin adı verilsin”

Cəlal Qurbanov: "Sanki qəhrəmanlarımızın qazandığı zəfəri bir daha yaşayırıq"

 

“Şəhidimiz Xudayar Yusifzadənin ifası da özü kimi dastana döndü. Bu Vətən yaşadıqca bu ifa yaşayacaq, xalqımızın dilindən düşməyəcək. Xudayarımızın anası Radə xanımın dediyi kimi, “o səs təkcə Xudayarın səsi deyil, bütün şəhidlərimizin səsidir”.

 

Bu sözləri “Mənim Atam Qəhrəmandır” layihəsinin rəhbəri Cəlal Qurbanov deyib:

 

“Hər dəfə bu ifanı eşitdikcə insanın qəlbi riqqətə gəlir, sanki qəhrəmanlarımızın qazandığı zəfəri bir daha yaşayırıq. Vətən uğrunda canından, qanından keçən qəhrəmanlarımız heç vaxt unudulmur və unudulmayacaq! Çox istərdim ki, yeni doğulan körpələrə dastana dönən igidlərimizin adı verilsin, körpələrimiz Mübariz, Polad, Muxtar, Xudayar, Cəbrayıl, Turqut, Ruhid, Şəhriyar, Sübhan, Sinan, Səlimxan, Ziyadxan, Əli, İbrahim, Məhəmməd və digər qəhrəmanlarımızın adını daşısınlar! Qoy bu balalar adlarını daşıdıqları qəhrəmanlar kimi igid, mərd böyüsünlər. Şəhidlərimizin cəsarəti qarşısında diz çökən düşmən qəhrəmanlarımızın hər dəfə adı səsləndikcə başlarının necə əzildiyini, haqq savaşında necə məğlub olduqlarını bir daha xatırlasınlar”.

 

#mənimatamqəhrəmandır

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Gecə-gündüz iş düşünən vətəndaşı siyasət maraqlanmır"

“Park Cinema Flame Towers” kinoteatrı yenidən fəaliyyətdə

Bu gün Mincivanın azad edildiyi gündür

Zakir Həsənov Kəlbəcər və Laçın rayonlarına gedib

Azərbaycan Ordusunun Türkiyə sisteminə uyğunlaşdırılması - NÖVBƏTİ ADDIM

"Rusiya Ermənistan və Azərbaycandan başqasını istəmir"

Hamilə qadın xəstəxanada öldü

II Yelizaveta “İlin yaşlısı” mükafatını qəbul etmədi

Çəkini nəzarətdə saxlamaq üçün SADƏ QAYDALAR

Pandemiyadan daha təhlükəli qlobal FƏLAKƏT

Türkiyə ilə İran arasında mühüm RAZILAŞMA

Yoluxmanın artması ilə bağlı HESABAT

“YouTube”da yeni FUNKSİYA

Şəhid ailələrinə güzəştlərlə bağlı qanunda DƏYİŞİKLİK

Pensioner kişi polisi güllələdi