Parlament jurnalistləri Kəlbəcərə səfər edib

12:51 06-09-2021 | icon 184 | Cəmiyyət
Parlament jurnalistləri Kəlbəcərə səfər edib

Parlament Jurnalistləri Birliyinin bir qrup üzvü Kəlbəcər rayonuna səfər ediblər.

Versus.az  Musavat.com-a istinadən xəbər verir ki, iki günlük səfər zamanı jurnalistlər Kəlbəcər şəhərində, həmçinin rayonun bir neçə istiqamətindəki kəndlərdə, o cümlədən İstisu sanatoriyasında, Söyüdlü və Zar yaylaqlarında olublar, burada xidmət keçən, gecəli-gündüzlü Kəlbəcərin abadlaşması üçün çalışan fədakar insanlarla görüşüblər. Hazırda Kəlbəcərdə yol, elektrik enerjisi, rabitə xidməti və digər sahələrlə bağlı qızğın iş gedir.

PJB üzvləri həmçinin Rusiya sülhməramlılarının nəzarət etdiyi Xudavəng məbədində olublar. İşğalçı Ermənistanın 30 ilə yaxın müddətdə erməniləşdirməyə çalışdığı qədim alban məbədini media mənsubları uzaqdan da olsa müşahidə etmək, fotolar çəkmək imkanı əldə ediblər. Özünü cavabdeh şəxs kimi təqdim edən “İlya” adlı rus əsgər məbəddə iki erməni keşişin olduğu desə də, onları müşahidə etmək mümkün olmayıb. Bu yerdə qeyd edək ki, Kəlbəcərdəki mənbələrimiz erməni keşişlərin Xudavəngi tərk etdiyini demişdilər.

 

Xatırladaq ki, Azərbaycanın alban irsinə məxsus, IX əsr yadigarı olan bu “Tanrı məbədi”nə ermənilər işğal dövründə müxtəlif yarlıqlar yapışdırıblar, alban məbədinə aid xaç və yazıları balta ilə çaparaq yox ediblər. Azərbaycanın qəhrəman əsgəri bu unikal abidəni də xalqımıza qaytarıb və müvəqqəti şəkildə sülhməramlıların nəzarətində olsa da, artıq məbəd Azərbaycan xalqına məxsusdur, buna ermənilər özləri də şübhə etmirlər. Sadəcə vicdan çatışmazlığı sindromunu yaşadıqları üçün etirafa gücləri çatmır.
Səfər çərçivəsində Kəlbəcərdə məskunlaşan fermerlər - arıçılar və kənd təsərrüfatı ilə məşğul olan digər şəxslərlə də görüş olub. Media mənsublarının Kəlbəcər səfərilə bağlı daha ətraflı məlumatlar və yazılarla dəyərli oxucularımızı tanış edəcəyik.

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Gecə-gündüz iş düşünən vətəndaşı siyasət maraqlanmır"

“Park Cinema Flame Towers” kinoteatrı yenidən fəaliyyətdə

Bu gün Mincivanın azad edildiyi gündür

Zakir Həsənov Kəlbəcər və Laçın rayonlarına gedib

Azərbaycan Ordusunun Türkiyə sisteminə uyğunlaşdırılması - NÖVBƏTİ ADDIM

"Rusiya Ermənistan və Azərbaycandan başqasını istəmir"

Hamilə qadın xəstəxanada öldü

II Yelizaveta “İlin yaşlısı” mükafatını qəbul etmədi

Çəkini nəzarətdə saxlamaq üçün SADƏ QAYDALAR

Pandemiyadan daha təhlükəli qlobal FƏLAKƏT

Türkiyə ilə İran arasında mühüm RAZILAŞMA

Yoluxmanın artması ilə bağlı HESABAT

“YouTube”da yeni FUNKSİYA

Şəhid ailələrinə güzəştlərlə bağlı qanunda DƏYİŞİKLİK

Pensioner kişi polisi güllələdi