Fuad Əliyev Mustafa Kamal Bəyazbayramla görüşüb

13:35 06-09-2021 | icon 280 | Siyasət
Fuad Əliyev Mustafa Kamal Bəyazbayramla görüşüb

Görüşdə ölkələrarası siyasi əlaqələrin və əməkdaşlığın vacibliyi vurğulanıb

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin yeni təyin olunan Bakı təmsilçisi Mustafa Kamal Bəyazbayramla görüşüb.

 

Versus.Az xəbər verir ki, bu barədə ALDP-nin Mətbuat Xidmətinin məlumatında bildirilir.

 

Məlumatda qeyd edilir ki, Fuad Əliyev ilk görüş olduğuna görə, cənab Mustafa Kamal Bəyazbayrama partiya haqqında qısa məlumat verib və partiyanın beynəlxalq əlaqələrindən danışıb:

 

"ALDP-nın geniş beynəlxalq əlaqələri var. Bu əlaqələrdən istifadə edərək, Şimali Kipr Türk Cümhuriyyətinin tanınmasında onların dəstəyini almağa çalıçacağıq".

 

Fuad Əliyev Azərbaycanın qardaş Şimali Kipr Türk Cümhuriyyətilə əlaqələrin dərinləşməsi və genişlənməsini arzulayıb.

 

Öz növbəsində cənab Mustafa Kamal Bəyazbayram xoş sözlərə görə Fuad Əliyevə təşəkkürünü bildirərək, görüşlərin davamlı olduğunu arzulayıb.

 

Hər iki tərəf ölkələrarası siyasi əlaqələrin və əməkdaşlığın vacibliyini vurğulayıblar.

 

Görüş "Üç dövlət bir millət" şuarı altında çox səmimi və mehriban şəraitdə keçib.

 

 

 

Ağanisə Əliqaraqızı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

ALDP-dən BƏYANAT

“Buduna qədər ayağı kəsilib, hələ də get-gələ salırlar” - MÜSAHİBƏ

Deputatdan SƏRT TƏNQİD

Niyə susursuz, hörmətli cənab demokratlar? 

Fuad Əliyev Pakistan səfiri ilə görüşüb

"Azərbaycanın möhtəşəm qələbəsi Kuzey Kıbrıs xalqını çox sevindirdi" - MÜSAHİBƏ

MMP 27 Sentyabr – Anım günü ilə bağlı Bəyanat verdi

Meydan hərəkatının lideri Nemət Pənahlı bu gün niyə siyasətdə görünmür? - MÜSAHİBƏ

Ermənilər etiraf etdi

DOST-un səlahiyyətləri azaldıldı

COVID-19 pasportu olmayan sürücülər aşkarlanarsa...

Murovdağ tunelinin bir hissəsi TAMAMLANDI

Yerin altından od püskürdü

Portuqaliya çempionatında qol hesabını açdı

“İstiqlal” başlayır