O, təcavüzün təfərrüatlarından və Pittin reaksiyasından danışdı

08:06 07-09-2021 | icon 116 | Şou-biznes
O, təcavüzün təfərrüatlarından və Pittin reaksiyasından danışdı

Tanınmış aktrisa Ancelina Coli Hollivud prodüseri Harvey Vaynşteyn tərəfindən edilən təcavüzün təfərrüatlarını açıqlayıb və keçmiş əri Bred Pittin hadisəyə reaksiyasından danışıb.

 

Coli icraçı prodüsseri Vaynşteyn olan “Playing by Heart” filminin çəkilişləri zamanı 21 yaşında olduğunu vurğulayıb. Onun sözlərinə görə, qadınlar adətən belə təcavüzdən qaçmağı bacararkən bunu artıq hücum saymırlar.

 

“Otaqdan çıxmağı bacardığınızda, təcavüzkarın cəhd etdiyini, amma bunu bacarmadığını düşünürsünüz, elə deyilmi? Ancaq həqiqət budur ki, nəticəsindən asılı olmayaraq bu təcavüzdür”, - deyə o, vurğulayıb.

 

Aktrisa başına gələnlərin “bütün sərhədləri aşdığını” qeyd edib.

 

“Mən qaçmalı oldum. (Vaynşteyndən) uzaq gəzirdim və hamını onun barəsində xəbərdar edirdim. Bunu ilk ərim Conniyə (Lee Miller) danışdım, o da digər gənclərə segililərini Vaynşteynlə tək qoymamaq barədə xəbərdarlıq edirdi”, - deyə Coli əlavə edib.

 

Aktrisa “Aviator” filminin çəkilmək üçün dəvət aldığını ancaq Vaynşteynin bu filmin üzərində işlədiyi üçün imtina etdiyini, Bred Pittin isə baş verənləri bildiyinə baxmayaraq Vaynşteynlə əlaqədar filmlərdə dəfələrlə çalışdığını vurğulayıb.

 

“Bir daha Vaynşteynlə heç vaxt əməkdaşlıq etmədim. Bredin onunla işləməsi isə mənim üçün çox çətin oldu. Biz bunun üstündə dava edirdik və əlbəttə ki, bu çox ağrılı idi”, - deyə Coli bildirib.

 

Qeyd edək ki, Vaynşteyn 2020 -ci ilin mart ayında 23 il müddətinə azadlıqdan məhrum edilib. O, üçüncü dərəcəli təcavüz və birinci dərəcəli seksual təhrikdə təqsirli bilinib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əgər bunları bir özü, bir papkası olan partiyalar qane edirsə, getsinlər…”

“Qarabağda anti-terror əməliyyatlarına başlayacaqsa…”

Partiya sədri Gülər Əhmədovadan üzür istədi - FOTO

Deputat Ruaiyaya SƏSLƏNDİ

“Fizioterapiya ilə müalicə hər zaman effektlidir”

“İran müsəlmanları qətlə yetirən cinayətkarlara dəstək verib”

Ramin Bayramlı vəzifəsindən azad edildi

Kiber TƏHLÜKƏ

“Jurnalistlər əziyyət çəkir, sosial şəbəkələr qazanır”

Qənirə Paşayevanın “Addım-addım Özbəkistan”-ı rezonans doğurub

İki rayona yeni icra başçısı təyin edildi

Ramin Bayramlı istefa verdi

Koronavirusun simptomları DƏYİŞDİ

Bu savaş baş verərsə...

Nazirlik əməkdaşı koronavirusdan vəfat etdi