Kəlbəcərdə Başlıbel qurbanlarının məzarları açıldı 

09:16 07-09-2021 | icon 144 | Qarabağ
Kəlbəcərdə Başlıbel qurbanlarının məzarları açıldı 

Kəlbəcərdə Başlıbel qurbanlarının məzarları açıldı.

 

Qeyd edək ki, 1993-cü ilin aprel ayının əvvəllərində Kəlbəcər rayonu ermənilər tərəfindən işğal olunub.

Bu zaman 2 minə yaxın əhalisi olan Başlıbel kəndinin 73 nəfər sakini evlərini vaxtında tərk edə bilməyiblər. 

 
Aprelin 2-də kənd sakinlərinin bir qrupu mühasirədən çıxmağa çalışsalar da, buna nail ola bilməyiblər. Bu zaman sakinlərdən doqquz nəfər yolda qətlə yetirilib, beş nəfər girov götürülüb.

 

Digər 62 nəfər isə dağlara çəkilərək kahalara sığınmaqla özlərini qorumağa çalışıblar.

Amma onlar cəmi 18 gün gizli yaşaya bildilər. 

 

Aprelin 18-də erməni silahlı birləşmələri dinc sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçdilər. Nəticədə dinc sakinlərdən 14 nəfər girov götürülüb, 18 nəfər qətlə yetirilib.

Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalara dəyişərək mühasirə həyatını davam etdirib.

Onlar 113 gündən sonra - iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

 

Versus.az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədri Gülər Əhmədovadan üzür istədi - FOTO

Doğru yolun sahibi və yolçusu

İmam-cümənin təqlid etdiyi müctəhidin müqəllidləri

Təhsil Nazirliyindən hökumətə MÜRACİƏT

"Diplomların tanınması başqa formata keçəcək”

Nazirlər Kabineti təhsillə bağlı yeni qərar verəcək

ALDP-dən BƏYANAT

"Qərb Rusiyada uğur qazanmayacaq"

Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı”na namizədliyi təqdim edilib

Vətən müharibəsi şəhidinin doğum günüdür

"Mənim anam təkbaşına böyük bir cəmiyyətdir"

Deputatdan SƏRT TƏNQİD

"Bunu etməsək, ölümlər artacaq"

Koronavirusla bağlı ən qorxulu proqnoz gerçəkləşdi

Qırıcılarımız İstanbul səmasında şou göstərəcək