Tarix Muzeyində Belarus nümayəndə heyəti ilə GÖRÜŞ

14:56 07-09-2021 | icon 280 | Cəmiyyət
Tarix Muzeyində Belarus nümayəndə heyəti ilə GÖRÜŞ

II Dünya müharibəsində Belarus cəbhəsində döyüşmüş azərbaycanlılar haqqında kitab hazırlanması məqsədi ilə 6-11 sentyabr 2021-ci il tarixlərində Belarus nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri planlaşdırılıb.

 

Versus.Az xəbər verir ki, bu səfər proqramı çərçivəsində Belarus jurnalist yazarları Larisa Kuçerova və Dmitriy Koşevar ilə AMEA Milli Azərbaycan Tarixi Muzeyində görüş keçirilib.

 

Görüşdə qeyd olunan kitabın hazırlanması ətrafında müzakirələr aparılıb. Baş direktor, akademik N.Vəlixanlı Milli Azərbaycan Tarixi Muzeyinin kitabın hazırlanmasında dəstək göstərəcəyini qeyd etdi.

 

Müzakirə çərçivəsində muzeyin fondlarında mövzu ilə əlaqədar bir çox materialların olduğu və həmin materialların kitabın hazırlanması zaman istifadə olunacağı vurğulandı. Həmçinin qonaqlara Muzeyin nəfis tərtibatlı nəşrləri təqdim olundu. Sonda qonaqlar Muzeyin ekspozisiyası, "Anadır arzulara hər zaman Qarabağ" və “Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti” adlı sərgiləri ilə tanış oldular. Belarusun ən böyük nəşriyyatlarından biri olan “Adukasiya i vıxavane” nəşriyyatının əməkdaşı yazıçı-jurnalist Larisa Kuçerova VersusS.az bildirib ki, II Dünya müharibəsi dövründə azərbaycanlılar Belarus uğrunda qəhrəmancasına döyüşüblər və Belarus xalqı bunu heç vaxt unutmayacaq. 44 günlük II Qarabağ müharibəsində də həmin əzmkarlıqla döyüşlərdə iştirak edən azərbaycanlılar öz igidliyi və qəhrəmanlıqları ilə bir daha güclü xalq olduğunu sübut etdilər.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədri Gülər Əhmədovadan üzür istədi - FOTO

Doğru yolun sahibi və yolçusu

İmam-cümənin təqlid etdiyi müctəhidin müqəllidləri

"Diplomların tanınması başqa formata keçəcək”

Nazirlər Kabineti təhsillə bağlı yeni qərar verəcək

ALDP-dən BƏYANAT

"Qərb Rusiyada uğur qazanmayacaq"

Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı”na namizədliyi təqdim edilib

"Mənim anam təkbaşına böyük bir cəmiyyətdir"

Deputatdan SƏRT TƏNQİD

"Bunu etməsək, ölümlər artacaq"

Koronavirusla bağlı ən qorxulu proqnoz gerçəkləşdi

Qırıcılarımız İstanbul səmasında şou göstərəcək

Azərbaycan qırıcılarından İstanbul səmasında ŞOU - VİDEO

15 məktəbə yeni direktor təyin olundu