Bu gün bütün fizioterapevtlərin PEŞƏ BAYRAMIDIR

12:06 08-09-2021 | icon 237 | Sağlamlıq
Bu gün bütün fizioterapevtlərin PEŞƏ BAYRAMIDIR

Fizioterapevtlərin insanları sağlam etməkdə önəmli rolunu hər kəsə duyurmaq şansı

 

8 sentyabr – Dünya Fizioterapiya Günüdür. Bu gün fizioterapevtlərə onların insanları sağlam, azad və yaxşı etməkdə önəmli rola malik olduqlarını hər kəsə duyurmaq üçün şans verir.

 

Versus.Az xəbər verir ki, Dünya Fizioterapiya Günü bütün fizioterapevtlərin peşə bayramıdır. Hər il həmin peşənin sahibləri məsləklərini gənclər arasında təşviq etmək və hər kəs üçün əhəmiyyətini qəbul etdirmək səbəbi ilə müxtəlif kampaniya və aksiyalar təşkil edirlər.

 

Bu günlə bağlı saytımıza açıqlama verən Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi NƏRMİNƏ ABBASOVA bildirdi ki, fizioterapevtlərin əsas işləri idman zədələrinin sağaldılması ilə əlaqədardır:

 

“Lakin onlar cərrahi əməliyyat, bədbəxt hadisələr və qəzalardan sonra reabilitasiya, xroniki ağrılar, nevroloji və tənəffüs pozğunluqları kimi müxtəlif vəziyyətlərdə yardım edirlər. Fizioterapevtlər, həmçinin ürək-damar xəstəlikləri, piylənmə, şəkərli diabet və insult xəstəlikləri üçün də vacib, qabaqlayıcı, profilaktik müalicə üsulları tətbiq edirlər”.

 

Nərminə xanım qeyd etdi ki, Dünya Fizioterapiya Günü hər kəsə fizioterapevtlərə “təşəkkür etmək” və onların əməyini dəyərləndirmək fürsəti verir.

 

Versus.Az olaraq, bütün fizioterapevtləri bu gün münasibətilə təbrik edir və SİZƏ TƏŞƏKKÜR EDİRİK deyirik.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədri Gülər Əhmədovadan üzür istədi - FOTO

Doğru yolun sahibi və yolçusu

İmam-cümənin təqlid etdiyi müctəhidin müqəllidləri

Təhsil Nazirliyindən hökumətə MÜRACİƏT

"Diplomların tanınması başqa formata keçəcək”

Nazirlər Kabineti təhsillə bağlı yeni qərar verəcək

ALDP-dən BƏYANAT

"Qərb Rusiyada uğur qazanmayacaq"

Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı”na namizədliyi təqdim edilib

Vətən müharibəsi şəhidinin doğum günüdür

"Mənim anam təkbaşına böyük bir cəmiyyətdir"

Deputatdan SƏRT TƏNQİD

"Bunu etməsək, ölümlər artacaq"

Koronavirusla bağlı ən qorxulu proqnoz gerçəkləşdi

Qırıcılarımız İstanbul səmasında şou göstərəcək