"Böyük bir burulğan başlayıb - iki qüvvə vuruşur" - MÜSAHİBƏ

15:50 08-09-2021 | icon 398 | Siyasət
"Böyük bir burulğan başlayıb - iki qüvvə vuruşur" - MÜSAHİBƏ

Gülər Əhmədova: "Bu, fərdlərin mübarizəsi deyil, Azərbaycanda üz-üzə gələn iki sistemin müqayisəsidir"

 

Versus.Az Müasir Müsavat Partiyasının sədr müavini Gülər Əhmədovanın Yenisabah.az-a verdiyi müsahibəsini təqdim edir:

 

- Gülər xanım, son zamanlar qadın qətllərinin durmadan artmasının səbəbi nədir?

 

- Azərbaycan cəmiyyəti zorakılıq məsələlərinin nəticələri ilə maraqlanır, lakin baş vermə səbəblərini araşdıran yoxdur. İlk səbəb odur ki, Azərbaycan demokratik ölkə olsa da, ailələrdə və məişətdə adət-ənənələr çox köklüdür. İkinci səbəb isə internetin, sosial şəbəkələrin inkşafı patriarxal ailələrdə böyüyən uşaqları liberal düşüncə tərzinə aparıb çıxarır. Məsələn ailə qərar verir ki, qızları necə davranmalıdır, evə nə zaman gəlməlidir, harada işləməlidir və s. Lakin qız bunları qəbul etmir hesab edir ki, saat 10-11-də evə gedə bilər, istədiyi hər şeyi edə bilər və s. Artıq ata-ana ilə övlad arasında  münaqişələr yaranır. 

Cəmiyyətdə böyük bir burulğan başlayıb. İki qüvvə, iki sistem vuruşur. Patriarxal cəmiyyətlə liberalist cəmiyyət bir-biri ilə üz-üzədir. Bu səbəbdən qurbanların sayı durmadan artır.  

Qloballaşmanın, Avropanın, Qərbin gənclərə təsiri güclüdür. Onlar sürətlə Qərb standartlarına uyğunlaşırlar. Lakin Azərbaycan cəmiyyətinin böyük bir kəsimi Şərq mentaliteti yanında dayanıb. Şərq mentaliteti yanında dayananlarla Qərbə üz tutanlar arasında böyük bir qarşıdurma var. Bu qarşıdurmanın qabarıq şəkildə üzə çıxdığı nöqtələrdən biri ailə münasibərləridir. Cəmiyyətin başqa sahələrində də var. Lakin ailə münasibətlərində daha qabarıq görünür. Bu qarşıdurmalar hər gün cinayət xəbərləri eşitməyimizə səbəb olur. Ər arvadının başını kəsdi, qardaş bacısını bıçaqladı və sair. Cinayət xəbərləri birmənalı şəkildə artan xətt üzrə davam edəcək. Bu, fərdlərin mübarizəsi deyil, Azərbaycanda üz-üzə gələn iki sistemin müqayisəsidir və yaxın vaxtlarda həll olunmayacaq.

 

- Nəyə görə həll olunmayacaq, hansı problemlər yarana bilər?

 

- Azərbaycan geopolitik, coğrafi ərazidə yerləşir. Bir tərəf İrandan keçən narkotik vasitələr,dini təsirlər, təriqətlərə yönələn gənclərdən ibarətdir. Digər tərəf isə şübhəsiz ki, həm Avropa təhsili alıb geri dönən gənclər həm də o təhsili almasa belə, Avropaya doğru gedən gənclərdir. Onları bir neçə qrupa bölmək olar. Məsələn feministlər, LGBT tərəfdarları, ekoloji problemlə məşğul olanlar və sair. Bu kəsimlər arasında gözlə görünməyən ciddi mübarizə gedir.

 

- Bu durumda dövlətimiz nə etməlidir, hansı addımlar atıla bilər?

 

- 1998-ci ildə Gənclər Təşkilatlarının iştirak etdiyi ikinci Gənclər forumu keçirildi. Həmin Gənclər Forumunda Heydər Əliyev cənabları, proqram xarakterli çıxışı zamanı bu günkü günün proqnozunu vermişdi. Bu günkü gündən çıxış yolu olaraq isə İslam əxlaqı üzərində sabitlənmiş dərsliklər, bilik sistemi yaradılmasını Nazirlər kabinetinə tapşırdı. Lakin bu işlə məşğul olmadı. 

Bu gün orta məktəblər, məktəbəqədər təhsil müəssisələrində  ideologiyasızlaşdırılmış kəsimin yetişməsi çox böyük problemdir. İslam əxlaqı üzərində, Azərbaycançılıq ideologiyasının orta məktəblərdə, məktəbəqədər hazırlıq müəssisələrində uşaqlara işlənilməsi və müvafiq ideoloji xəttin hazırlanması üçün Heydər Əliyevin verdiyi tapşırılar həyata keçirilmədi, ən azından indiki dövrdə dövlətimizin bir tədbir görməsi mütləqdir.

 

- Gənc nəsillə yaşlı nəsil arasında münaqişə nədən irəli gəlir? 

 

- Bu gün cəmiyyətdə ailə insitutu məhv olur. Gənc nəsillə yaşlı nəsil arasında olan münasibətlərin biyabırçı bir formaasına gəlib çıxmışıq. Qadınlara, uşaqlara münasibət çox dözülməz hal alıb. Söyüş söymək, kobud davranış, insanlara yuxarıdan aşağı baxmaq təssüfki cəmiyyətimizdə, mətbuatımızda adi hala çevrilib. 

Bu gün Azərbaycan cəmiyyətinin tərbiyə götürəcəyi insanlar şou-biznes nümayəndələri olub. Həmin şou-biznes əhli ki, onların özlərinin də bir çox məsələlərdə, ailə həyatlarında problemləri var. Azərbaycan televiziyaları, internet məkanı şou biznes əhlinin həyatını süni surətdə gənclərimizə "sırıyır". 

Ailə problemlərinin ən önəmli səbəbi Azərbaycan gəncliyinin ideasızlaşdırılmasıdır. Hər kəs müxtəlif ölkələrdən bir idea gətirir və ölkədə xaos yaranır. Bu xaosun nəticələri qətillər, çox böyük boşanma faizlərinə səbəb olur".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əgər bunları bir özü, bir papkası olan partiyalar qane edirsə, getsinlər…”

“Qarabağda anti-terror əməliyyatlarına başlayacaqsa…”

Partiya sədri Gülər Əhmədovadan üzür istədi - FOTO

Deputat Ruaiyaya SƏSLƏNDİ

“Fizioterapiya ilə müalicə hər zaman effektlidir”

“İran müsəlmanları qətlə yetirən cinayətkarlara dəstək verib”

Ramin Bayramlı vəzifəsindən azad edildi

Kiber TƏHLÜKƏ

“Jurnalistlər əziyyət çəkir, sosial şəbəkələr qazanır”

Qənirə Paşayevanın “Addım-addım Özbəkistan”-ı rezonans doğurub

İki rayona yeni icra başçısı təyin edildi

Ramin Bayramlı istefa verdi

Koronavirusun simptomları DƏYİŞDİ

Bu savaş baş verərsə...

Nazirlik əməkdaşı koronavirusdan vəfat etdi