Qarabağda yol tikintisi

14:45 13-09-2021 | icon 104 | İqtisadiyyat
Qarabağda yol tikintisi

Bərdə-Ağdam avtomobil yolunun tikintisi davam etdirilir.

 

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə icra olunan bu cür yol infrastrukturu layihələrindən biri də Bərdə-Ağdam avtomobil yoludur.

 

Başlanğıcını Bərdə şəhərindən götürən Bərdə-Ağdam avtomobil yolunun uzunluğu 44,5 kilometr təşkil edəcək. Bərdə-Ağdam avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir.

 

Hazırda Bərdə-Ağdam avtomobil yolunun 14-40-cı kilometrləri arasında olan hissələrində torpaq işlərinin icrası davam etdirilir. 

 

Belə ki, Bərdə-Ağdam avtomobil yolunun 25 və 40-cı kilometrlik hissəsində yerləşən 18.2 metr uzunluğa malik 1 aşırımlı körpü və 32.2 metrlik yol ötürücü üçün svay qazma işləri və dayaqların inşası aparılır. Uzunluğu 91.3 metr təşkil edən körpünün hazır olan dayaqları üzərinə isə aşırım tirləri quraşdırılır.

 

Qeyd edək ki, Bərdə-Ağdam avtomobil yolu işğaldan azad edilmiş Ağdam şəhərinə qədər inşa edilir. Avtomobil yolunun ilk 14 kilometrlik hissəsi Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsinin daxilindən keçir. Ümumilikdə isə yol Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, sözügedən rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edəcək.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əgər bunları bir özü, bir papkası olan partiyalar qane edirsə, getsinlər…”

“Qarabağda anti-terror əməliyyatlarına başlayacaqsa…”

“Milli maraqlarımızı qorumalı və xarici təpkilərə qarşı çıxmalıyıq”

YAP-dan qovuldu

“Nəzarətimizdə olmayan yolların istifadəsinin də yollarını tapacağıq”

Deputat Romada Qarabağla bağlı Azərbaycanın mövqeyindən danışıb

“Ermənistanla haqq-hesabı yenidən çürütmək lazım gələcək”

Alqış Musayev yenidən baş redaktor oldu

YAP-ın bir sıra rayon təşkilatlarına təyin edilən YENİ SƏDRLƏR

Ramiz Göyüşovdan müsahibə alan jurnalist SAXLANILIB

Türkdilli ölkələr arasında anlaşma memorandumu imzalanıb

Sayt rəhbəri həbs edildi

Hacıbala Abutalıbov və Tağı Əhmədovun YENİ İŞ YERİ

Əsgərin ölümü ilə bağlı baş çavuş həbs edildi

“Fizioterapiya ilə müalicə hər zaman effektlidir”