“İranın Azərbaycana qarşı bu davranışları onunla bağldır ki...”

12:58 14-09-2021 | icon 197 | Siyasət
“İranın Azərbaycana qarşı bu davranışları onunla bağldır ki...”

Qabil Hüseynli: “İsraillə əlaqələrimiz daha da genişləndirilməlidir”

 

Yenə İrandan Ermənistana və separatçılara tırlar vasitəsilə yüklər daşınır. Azərbaycan bu yükdaşımalarına görə dəfələrlə bu ölkəyə etiraz etsə də, proses davam edir. Ermənistan yenə 24 kilometrlik ərazi ilə bağlı çığır-bağır salır. Məlum Gorus-Qafan yolunda İran nömrəli maşınlar sərhədçilərimiz tərəfindən yoxlanır. İran belə davranışı ilə nəyə nail olmağa çalışır.

 

Versus.Az xəbər verir ki, politoloq Qabil Hüseynli şərhində bildirib ki, iran bu davranışları ilə açıq-aşkar Azərbaycanın istiqlalını qəbul etmədiyini göstərir.

 

Politoloqun sözlərinə görə, İran qorxur ki, Azərbaycanın istiqlalı güneydə yaşayan 45 milyonluq Azərbaycan türkləri üçün bir nümunə olar və onlar da vahid Azərbaycan ideyasına köklənmiş olarlar:

 

“Ona görə də şiyə, islam həmrəyliyindən dəm vuran İran xristianlığın bir qolu olan qriqoriyan erməniləri ilə daha çox əməkdaşlıq edirlər və çalışırlar ki, Azərbaycana daha çox ziyan vursunlar. 44 günlük müharibə dövründə Rusiyadan gələn hərbi yüklərin bir çoxu iranın aeroportları vasitəsilə Ermənistana və Qarabağın dağlıq hissəsinə daşınıb ekstremistlərə verilirdi. Orda yaşayan Azərbaycan türkləri iki tank yüklənmiş tıra od vurub yandırdılar. Təbrizdə bir sıra etiraz nümayişi keçirdilər ki, Ermənistana kömək qardaş Azərbaycana xəyanətdir. O zaman özlərini bir qədər yığışdırdılar. Müharibədəki qələbəmizdən sonra onlar yenə də separatçı, ekstremist qüvvələri ayaqda saxlamaq üçün  köməklərini daha da artırıblar. Azərbaycan nota verdi və İranın bu hərəkətlərini pislədi, İranı yaxın qonşuluq münasibətlərinə riayət etməyə çalışdı. Amma nə fayda, fars rejimi ona verilən notalardan sonra Ermənistana yardımını dayandırmadı”.

 

Politoloq hesab edir ki, İranın bu davranışları onunla bağldır ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bilməsin. Onlar Ermənistana dəstək durub, erməni ordusunun yenidən qurulmasına çalışılır:

 

“İran bölgədə balans yaratmaq istədiyini bildirir. Əgər balans yaratmaq istəyirsənsə, bu davranışların nədir? Sən balans yaratmırsan, sən faşistpərəst qüvvələri Azərbaycana qarşı müharibəyə təhrik edirsən. Bu, molla rejiminin əqidəsi beyninin altındadır. Bunlarda islama məhəbbət boş şeydir. Bunlar Azərbaycanın ermənilərə qarşı apardığı mübarizədə sübut etdilər ki, onlar üçün islam dəyərləri mənasız bir yanaşmadır”.

 

Politoloq bildirib ki, Azərbaycan Gorus-Qafan yolunda polis postları qurub İrandan Ermənistana, Qarabağa gedən maşınları geriyə qaytarır:

 

“Bu, onun suveren hüququdur. Eyni zamanda, Azərbaycan peykləri regionu nəzarətdə saxlayır, nəzarət edir. İranda yaşayan azərbaycanlılar hökumətə təsir göstərməlidir. İran azərbaycanlılarına xüsusi təbliğat televiziyası, mətbuat açmaq lazımdır.

İranın bölgədəki ən böyük qənimi İsraildir. İsraillə əlaqələrimiz daha da genişləndirilməlidir. Orda təcili bizim səfirliyimiz açılmalıdır. İran vaxtilə bizi ittiham edirdi ki, guya Azərbaycan İsrailə bölgədə hərbi baza yaratmaq üçün imkan yaradıb. Əslində belə bir məsələ yox idi, amma bunlar bizi sınağa çəkirdilər. İndi Azərbaycanın geosiyasi rolu elədir ki, bu ərazidən İrana qarşı, istənilən dövlətə qarşı da baza yaratmaq olar. Azərbaycanın belə bir niyyəti yoxdur. Türkiyə bölgədə olduğu şəraitdə daha kimlərinsə bölgəyə gəlməsini istəmərik. Bıçaq sümüyə dirəndiyi zaman biz İranın düşmənləri ilə də əlaqə yarada bilərik. İranın da düşmənləri dünyada en qədərdir. Dövlət adından danışa bilmərik, amma belə məsələləri gördükcə, bizim də verə biləcəyimiz tövsiyələr bu cür olur”. /hafta.az/

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədri Gülər Əhmədovadan üzür istədi - FOTO

Doğru yolun sahibi və yolçusu

İmam-cümənin təqlid etdiyi müctəhidin müqəllidləri

"Diplomların tanınması başqa formata keçəcək”

Nazirlər Kabineti təhsillə bağlı yeni qərar verəcək

ALDP-dən BƏYANAT

"Qərb Rusiyada uğur qazanmayacaq"

Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı”na namizədliyi təqdim edilib

"Mənim anam təkbaşına böyük bir cəmiyyətdir"

Deputatdan SƏRT TƏNQİD

"Bunu etməsək, ölümlər artacaq"

Koronavirusla bağlı ən qorxulu proqnoz gerçəkləşdi

Qırıcılarımız İstanbul səmasında şou göstərəcək

Azərbaycan qırıcılarından İstanbul səmasında ŞOU - VİDEO

15 məktəbə yeni direktor təyin olundu