Valideyn övladını məktəbə göndərməyə bilər, amma...

13:03 14-09-2021 | icon 248 | Təhsil
Valideyn övladını məktəbə göndərməyə bilər, amma...

Övladını məktəbə göndərmək istəməyən valideynlər iki halda iltizam ərizəsi yazacaqlar.

 

Versus.az xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev jurnalistlərə açıqlamasında bildirib.

 

O vurğulayıb ki, birinci hal yoluxma sayının yüksək olduğu zonaya görə olacaq:

"Həmin zonada yaşayan valideynlər ərizə yazaraq övladını məktəbə göndərməyə bilər. İkinci halda isə evlərində koronavirus xəstəsi olan, yaxud hər hansı respirator virus infeksiyası olan valideynlər övladını məktəbə göndərməməlidir. Eləcə də xəstəlik barədə məktəb rəhbərliyinə məlumat verməlidir".

 

Xatırladaq ki, pandemiya şəraitində ötən ilki tədris ilində valideynlərin övladlarını məktəbə göndərməməsi məsələsi könüllü idi.

 

Qeyd edək ki, sentyabrın 22-də ümumtəhsil müəssisələrində aşağı sinif şagirdləri, sentyabrın 29-da isə orta və yuxarı sinif, eləcə də ali və orta ixtisas təhsil müəssisələrində ənənəvi tədris bərpa ediləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Gecə-gündüz iş düşünən vətəndaşı siyasət maraqlanmır"

“Park Cinema Flame Towers” kinoteatrı yenidən fəaliyyətdə

Bu gün Mincivanın azad edildiyi gündür

Zakir Həsənov Kəlbəcər və Laçın rayonlarına gedib

Azərbaycan Ordusunun Türkiyə sisteminə uyğunlaşdırılması - NÖVBƏTİ ADDIM

"Rusiya Ermənistan və Azərbaycandan başqasını istəmir"

Hamilə qadın xəstəxanada öldü

II Yelizaveta “İlin yaşlısı” mükafatını qəbul etmədi

Çəkini nəzarətdə saxlamaq üçün SADƏ QAYDALAR

Pandemiyadan daha təhlükəli qlobal FƏLAKƏT

Türkiyə ilə İran arasında mühüm RAZILAŞMA

Yoluxmanın artması ilə bağlı HESABAT

“YouTube”da yeni FUNKSİYA

Şəhid ailələrinə güzəştlərlə bağlı qanunda DƏYİŞİKLİK

Pensioner kişi polisi güllələdi