Sabah Bakının bəzi mərkəzi yolları bağlanacaq

19:37 14-09-2021 | icon 183 | Cəmiyyət
Sabah Bakının bəzi mərkəzi yolları bağlanacaq

15 sentyabr 2021-ci il tarixində saat 09:00-da Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü münasibətilə hərbi orkestr və şəxsi heyətin şəhərin küçə və meydanlarında yürüşləri nəzərdə tutulub. Bu səbəblə tədbirin davam edəcəyi müddətdə sakinlərin sadalanan istiqamətlərdə yollara çıxmaması xahiş olunur.

 

Versus.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

 

O bildirib ki, birinci marşrut Şəhidlər xiyabanı - Türk Şəhidləri abidəsinin önü - İçərişəhər metrosu - İqtisadiyyat Universitetinin binası - Qala Qapısı - “AzNeft” dairəsi - Bəhram Gur heykəlinə qədər, kinci marşrut  S.Vurğun bağı - 28 may küçəsi - Bülbül prospekti - Neftçilər prospekti - Azadlıq meydanı istiqamətində olacaq.

 

“Tədbirdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 150 (yüz əlli) nəfər şəxsi heyətinin iştirakı və hərbi orkestr olacaq. Qeyd olunan istiqamətlərdə vətəndaşların yola çıxmaması, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması və tədbir iştirakçılarının maneəsiz hərəkəti üçün zəruri sayda polis əməkdaşları ərazidə xidmət aparacaq və müvafiq təhlükəsizlik tədbirləri görüləcək”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

ALDP-dən BƏYANAT

“Buduna qədər ayağı kəsilib, hələ də get-gələ salırlar” - MÜSAHİBƏ

Deputatdan SƏRT TƏNQİD

Niyə susursuz, hörmətli cənab demokratlar? 

"Azərbaycanın möhtəşəm qələbəsi Kuzey Kıbrıs xalqını çox sevindirdi" - MÜSAHİBƏ

Fuad Əliyev Pakistan səfiri ilə görüşüb

MMP 27 Sentyabr – Anım günü ilə bağlı Bəyanat verdi

Meydan hərəkatının lideri Nemət Pənahlı bu gün niyə siyasətdə görünmür? - MÜSAHİBƏ

Ermənilər etiraf etdi

DOST-un səlahiyyətləri azaldıldı

COVID-19 pasportu olmayan sürücülər aşkarlanarsa...

Murovdağ tunelinin bir hissəsi TAMAMLANDI

Yerin altından od püskürdü

Portuqaliya çempionatında qol hesabını açdı

“İstiqlal” başlayır