Şuşada hərbi yürüş keçirildi

14:04 15-09-2021 | icon 127 | Cəmiyyət
Şuşada hərbi yürüş keçirildi

Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü münasibətilə daha bir yürüş keçirilib.

 

Versus.Az xəbər verir ki, ildönüm münasibətilə keçirilən tədbirlərdən biri Şuşa şəhərində təşkil edilib.

 

Qeyd edək ki, 103 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Azərbaycan və türk əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazırlar.

 

Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyuldu.

 

Osmanlı qoşunları bu döyüşlərdə 1130 şəhid verib.

 

Bu şərəfli və tarixi gün heç zaman azərbaycanlıların xatirindən çıxmayacaq, bu qəhrəmanlıq və qardaşlıq dastanı Azərbaycan xalqı nəsillərdən-nəsillərə ötürəcək.

 

Qəhrəmanlıq dastanının məntiqi davamı 2020-ci ilin sentyabrın 27-də başlayıb noyabrın 10-da bitən Vətən müharibəsi idi. Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad etdi. Azərbaycana isə Türkiyə siyasi və mənəvi dəstək verdi.

 

Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əsl qardaşlıq nümunəsi göstərdilər.

 

Bu gün əminliklə deyə bilərik ki, istər 1918-ci ildə, istər Birinci Qarabağ müharibəsində, istərsə də ondan sonra şəhid olanların hamısının intiqamı alınıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əgər bunları bir özü, bir papkası olan partiyalar qane edirsə, getsinlər…”

“Qarabağda anti-terror əməliyyatlarına başlayacaqsa…”

Partiya sədri Gülər Əhmədovadan üzür istədi - FOTO

Deputat Ruaiyaya SƏSLƏNDİ

“Fizioterapiya ilə müalicə hər zaman effektlidir”

“İran müsəlmanları qətlə yetirən cinayətkarlara dəstək verib”

Ramin Bayramlı vəzifəsindən azad edildi

Kiber TƏHLÜKƏ

“Jurnalistlər əziyyət çəkir, sosial şəbəkələr qazanır”

Qənirə Paşayevanın “Addım-addım Özbəkistan”-ı rezonans doğurub

Ramin Bayramlı istefa verdi

İki rayona yeni icra başçısı təyin edildi

Koronavirusun simptomları DƏYİŞDİ

Bu savaş baş verərsə...

Nazirlik əməkdaşı koronavirusdan vəfat etdi