Partiya sədri yeni icra başçıları haqqında: Gərək oğurluq etsinlər?

14:13 15-09-2021 | icon 239 | Siyasət
Partiya sədri yeni icra başçıları haqqında: Gərək oğurluq etsinlər?

Hafiz Hacıyev: "Canları çıxsın, prezident deyənləri icra etsinlər"

 

“Dövlət başçısı yeni kadrlara öz tapşırıqlarını verdi və onlar da “gözü çıxan qardaşlar”ından nümunə götürməlidirlər”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında prezident İlham Əliyevin Cəlilabad (Rafiq Cəlilov) və Şəmkir (Rəşad Tağıyev) rayonlarına təyin etdiyi yeni icra başçılarının bu etimadı nə dərəcədə doğruldacaqlarına münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

 

MMP sədrinin sözlərinə görə, yeni təyin olunan icra başçıları prezidentin tapşırıqlarını dəqiq yerinə yetirməlidirlər:

“Mən bu yeni təyin olunan icra başçıları arasında Rafiq müəllimi tanıyıram. Bacarıqlı və təcrübəli kadrdır. Hər halda, cənab prezident kadr təyinatında yanılmır. Şəmkirə təyin olunan kadrı isə tanımadığm üçün onun barəsində nəsə deyə bilmərəm. Şəmkir də böyük rayondur, oraya da ləyaqətli insanlar təyin olunmalıdır.

Bütün hallarda dövlət başçısı yeni kadrlara öz tapşırıqlarını verdi və onlar da “gözü çıxan qardaşlar”ından nümunə götürməlidirlər. Prezident bütün məsələləri ən açıq formada onlara deyir, izah edir. Onlar da canları çıxsın, gedib prezident deyənləri icra etsinlər. Gərək oğurluq etsinlər?” /Yenicag.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədri Gülər Əhmədovadan üzür istədi - FOTO

Doğru yolun sahibi və yolçusu

İmam-cümənin təqlid etdiyi müctəhidin müqəllidləri

Təhsil Nazirliyindən hökumətə MÜRACİƏT

"Diplomların tanınması başqa formata keçəcək”

Nazirlər Kabineti təhsillə bağlı yeni qərar verəcək

ALDP-dən BƏYANAT

"Qərb Rusiyada uğur qazanmayacaq"

Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı”na namizədliyi təqdim edilib

Vətən müharibəsi şəhidinin doğum günüdür

"Mənim anam təkbaşına böyük bir cəmiyyətdir"

Deputatdan SƏRT TƏNQİD

Qırıcılarımız İstanbul səmasında şou göstərəcək

"Bunu etməsək, ölümlər artacaq"

Koronavirusla bağlı ən qorxulu proqnoz gerçəkləşdi