Bu ölkə də sərhədlərini açdı

08:32 17-09-2021 | icon 160 | Dünya
Bu ölkə də sərhədlərini açdı

Çili ölkə səlahiyyətliləri tərəfindən təsdiq edilmiş koronavirus peyvəndi sertifikatı olan əcnəbilərin ölkəyə girişinə qoyulan qadağanı ləğv edib.

 

Bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb. “Hökumət oktyabrın 1-dən peyvənd edilmiş əcnəbilərin ölkəyə girişinə icazə verəcək”, -  deyə məlumatda bildirilir.

 

Qeyd edilir ki, əcnəbilər ölkəyə daxil olmaq üçün əvvəlcə peyvənd sertifikatlarını təsdiqlətməlidirlər.

 

Bundan əlavə, bütün ziyarətçilər beş günlük karantin rejiminə riayət etməlidirlər. 14 gün ərzində sağlamlıqları və harada olduqları barədə də məlumat verməlidirlər.

 

Eyni zamanda, peyvənd edilməyən çilililər hələ də yalnız xüsusi icazə ilə ölkəni tərk edə bilərlər.

 

Nazirlikdən bildirilib ki, yumşaldılma yoluxma sayının davamlı olaraq azalması ilə əlaqədardır.

 

Çilidə pandemiya başlayandan ölkədə 1,6 milyon insan koronavirusa yoluxub, onlardan 408-i son gündə olmaqla, 37 min xəstə dünyasını dəyişib. 19,6 milyon insanın yaşadığı ölkədə 13,3 milyon insan koronavirusa qarşı tam peyvənd edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xırdalan sakinlərinə ŞAD XƏBƏR

Yeni siyasi partiya təsis edildi

“Müstəqilliyimiz əbədidir” - VİDEOÇARX

Deputat şəhid ailəsinin ağır vəziyyətini ictimailəşdirdi

Xalq bundan sonra da dövlətçiliyin sədaqətli əsgəri olacaq

Çiyin ağrıları: səbəbləri və müalicəsi - MÜSAHİBƏ

Bu məktəb-lisey koronavirusa görə BAĞLANDI

Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan İşçi Qrupunun iclası keçiriləcək

20.10.2020-ci il: Zəngilan şəhəri işğaldan azad olundu!

Məktəblər bağlanır?

Bu məktəb distant tədrisə keçdi

Bu orta məktəbdə tikinti işləri yekunlaşır

2021-ci ilin ən nüfuzlu MÜSƏLMANI

Ordumuz Laçında təlimlərə başladı

Vahid məktəbli geyimi dəyişdirilə bilər