"Qazandığımız qələbə İranı da sındırdı"

08:49 17-09-2021 | icon 301 | Siyasət
"Qazandığımız qələbə İranı da sındırdı"

Fuad Əliyev: "Bu gün də İran Qarabağdakı ermənilərə yanacaq daşıyırsa..."

 

"İslam Respublikası olan İran haqqın, ədalətin yanında durmalıdır".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

Partiya sədri qeyd edib ki, İran tarixən Azərbaycana düşmən gözü ilə baxıb. Özünü İslam Respublikası adlandırsa da, islam qaydalarına həmişə arxa çevirib, ona zidd hərəkətlər edib, siyasət yürüdüb:

 

"Uzağa getməyək, ötən ayın əvvəlində İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri, səfirliyin hərbi attaşesi polkovnik Bəhmən Sadeginlə birlikdə Ermənistan Müdafiə Nazirliyi nümayəndələrinin müşayiəti ilə Qeqarkunik bölgəsinə səfər ediblər. Hərbi hissənin komandiri, general-mayor Arayik Arutyunyan qonaqlara Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə məlumat verib. Qeyd edək ki, indiyədək yalnız ABŞ və Fransa səfirlərinin ziyarət etdikləri Ermənistanın Azərbaycanla həmsərhəd ərazilərinə İran rəsmilərinin səfəri bir sıra haqlı suallar doğurur. Ermənistan-Azərbaycan sərhəddini yalnız ABŞ və Fransanın Ermənistandakı səfirləri ziyarət edib. Təkcə onu xatırlamaq kifayətdir ki, ikinci Qarabağ müharibəsi zamanı İranın xarici işlər naziri Cavad Zərif Ermənistanın ərazi bütövlüyünü İranın qırmızı xətti adlandırıb. Bu vaxtadək İran Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından islam abidələrini dağıtmasına bir etiraz edibmi? Əksinə, orada Azərbaycana məxsus dini abidə və ibadət yerlərini öz adına çıxarmağa cəhdlər ediblər. İran şirkətləri Qarabağda yeraltı və yerüstü bütün sərvətlərimizi talan edib. Ermənilər farslara böyük qucaq açmışdılar".

 

Partiya sədri onu da vurğulayıb ki, bu gün də İran Qarabağdakı ermənilərə yanacaq daşıyırsa, buna heç də təəccüblənmək lazım deyil:

"Paşinyan seçkidən sonra ilk səfərini İrana etdi və bununla da İrəvanın Tehranın qardaşı olduğunu göstərdi. İran həmişə Azərbaycanın uğuruna göz yumub, qəbul etməyib. Xüsusən də 44 günlük müharibədə qazandığımız qələbə İranı da sındırdı. Azərbaycan-Türkiyə qardaşlığı da İranın kürkünə birə salıb. İran regionda özünü güc, məğlubedilməz hesab edir. Amma unudur ki, 30 milyondan çox soydaşımız var. Onların üçdə bir hissəsi ayağa qalxarsa İran diz üstə çökə bilər. İranın Azərbaycana qarşı nə Rusiyaya, nə də Ermənistana dostluq əlinin uzatmasının vaxtıdır. İranın özü bu gün Azərbaycandan asılıdır, bunu unutmasın. İslam haqq, ədalət dinidir. İslam Respublikası olan İran haqqın, ədalətin yanında durmalıdır". /"xalq cəbhəsi"/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xırdalan sakinlərinə ŞAD XƏBƏR

Yeni siyasi partiya təsis edildi

“Müstəqilliyimiz əbədidir” - VİDEOÇARX

Deputat şəhid ailəsinin ağır vəziyyətini ictimailəşdirdi

Xalq bundan sonra da dövlətçiliyin sədaqətli əsgəri olacaq

Çiyin ağrıları: səbəbləri və müalicəsi - MÜSAHİBƏ

Bu məktəb-lisey koronavirusa görə BAĞLANDI

Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan İşçi Qrupunun iclası keçiriləcək

20.10.2020-ci il: Zəngilan şəhəri işğaldan azad olundu!

Məktəblər bağlanır?

Bu məktəb distant tədrisə keçdi

Bu orta məktəbdə tikinti işləri yekunlaşır

Ordumuz Laçında təlimlərə başladı

2021-ci ilin ən nüfuzlu MÜSƏLMANI

Vahid məktəbli geyimi dəyişdirilə bilər