ABŞ səfirinin həddi aşan “statusu”

10:50 17-09-2021 | icon 218 | Siyasət
ABŞ səfirinin həddi aşan “statusu”

”Status" haqda tez-tez danışması ABŞ-ın xarici siyasət xəttinə kölgə salır"

 

Vaşinqton ya diplomatından həddini aşan, Azərbaycanın ərazi bütövlüyünə qarşı qəsd olan “status açıqlamalarını” dayandırmağı tələb etməli, ya da etiraf etməlidir ki, Ağ Evdə, Dövlət Departamentində separatizmi dəstəkləyirlər...

 

ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi özünü bu ölkənin “qulbeçəsi” kimi aparır. Amerikalı səfir sanki Ermənistan Xarici İşlər Nazirliyində işə düzəlib və bir ağızdan İrəvanın ürəyindən keçənləri dilə gətirməkdən yorulmur.

 

Hətta Rusiya və Fransa Ermənistandakı səfirləri bu dərəcədə qırmızı xətti keçərək həddi aşmırlar. Amma xanım Treysi “Dağlıq Qarabağın statusu” haqda danışmaqdan bezməyib, imkanı olsa Xankəndinə köçər. Əslində Azərbaycan Prezidenti müharibədən sonra ermənilərə “status” istəyənlərə Marseldə, yaxud başqa şəhərdə muxtariyyət verilməsini təklif etmişdi. Bu “resept” ABŞ səfiri üçün də keçərlidir, Kaliforniyada ermənilərə status verilə bilər. Amma maraqlıdır ki, Treysi digər həmsədr ölkələrin səfirlərindən daha çox dəridən-qabıqdan çıxır. 

 

Səfir bu dəfə “Amerika Birləşmiş Ştatları Qarabağın ”statusu" məsələsini həll edilmiş hesab etmir" söyləyib. O, “bu məsələnin hərtərəfli həllinə ehtiyac olduğunu” qeyd edib. Səfirin oxşar açıqlama verməsi ilk dəfə deyil. Ötən həftəsonu Azərbaycan Xarici İşlər Nazirliyi onun bəyanatını qəbuledilməz hesab etmişdi. ABŞ-ın Ermənistandakı səfirinin “status nağıllarını” davamlı olaraq gündəmə gətirməsini təkcə ermənilərə xoş gəlməklə deyil, İrəvanda içdiyi konyak və ya çaxırın “məstliyi” ilə də izah etmək olar. Çünki xanım diplomat az qala hər mümkün məqamda bu mövzuda danışır. 

 

Hər şeydən əvvəl, onun tutduğu mövqe bu həssas bölgədə gərginliyi artırmaq cəhdi, Ermənistandakı revanşist qüvvələrin “dəyirmanına su daşımaq” səyidir. ABŞ-ın indidən sonrakı ədalətli mövqeyi yalnız bu ola bilər ki, postmüharibə dövrünə öz töhfəsini versin, Ermənistanı üçtərəfli bəyanatda nəzərdə tutulan müddəalara əməl etməyə çağırsın, sülh müqaviləsini imzalamaq istiqamətində dəstəyini əsirgəməsin. Ancaq işğal dövründə münaqişənin həlli üçün bir addım belə irəliləyişə nail olmayan Minsk Qrupunda təmsil olunan ABŞ indi yenidən “qollarını çırmalayıb” və heç də səmimi görünmür. Təbii ki, Azərbaycan ABŞ-la münasibətlərini ağzının danışığını bilməyən bir diplomata görə korlamaz. Amma Vaşinqton da səmimi olmalı, ya diplomatını həddini aşan, Azərbaycanın ərazi bütövlüyünə qarşı qəsd olan “status açıqlamalarını” dayandırmağı tələb etməli, ya da etiraf etməlidir ki, Ağ Evdə, Dövlət Departamentində separatizmi dəstəkləyirlər.

 

 Vaşinqton Bakının bu etirazlarına reaksiya verəcəkmi, İrəvandakı səfirin missiyasını onun yadına salacaqmı?

 

Prezidentdən Qabil Hüseynli ilə bağlı sərəncam – Yenicag.Az

 

Professor Qabil Hüseynli bildirib ki, ABŞ Minsk Qrupunda əvvəllər elə təəssürat yaratmışdı ki, Qarabağ məsələsində daha obyektiv mövqe tutur:

“Ən azından Azərbaycanın ərazi bütövlüyü məsələsini amerikalı səfirlər həmişə çıxışlarında dəstəkləyiblər. Amma bu xanım ermənilərə o dərəcədə yaxınlaşıb, onların içki məclislərində o qədər iştirak edib ki, əsas missiyasını tamamilə unudub. Amerika heç vaxt bu səfirin sərgilədiyi mövqeyə yaxın bir açıqlama ilə çıxış etməyib. Amma səfirin sərhədlərə getməsi, nümayişkaranə şəkildə mövqeyini söyləməsi, ”status" haqda tez-tez danışması ABŞ-ın xarici siyasət xəttinə kölgə salır".

 

Q.Hüseynlinin sözlərinə görə, Amerika NATO-da birinci yeri tutan ölkədir və bu alyans öz toplantılarında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələr qəbul edib, eləcə də BMT oxşar qətnamələr çıxarıb:

“Amma bu ədası, zahiri ilə Amerika səfirinə oxşamayan xanım erməni lobbisi tərəfindən pulla alınmış qulluqçu təsiri bağışlayır. Cənubi Qafqazda sülh çağırışları ilə çıxış edən ABŞ-ın səfirinin bu bəyanatları regionda vəziyyəti gərginləşdirməyə körükləyən mövqedir. Başqa, kiçik ölkənin nümayəndəsi olsaydı, əhəmiyyət verməmək də olardı, amma söhbət Amerikadan gedir. Səfirin ölçüsüz-biçisiz, obıvatel davranışları, diplomata yaraşmayan fəaliyyəti barədə Dövlət Departamentinə məlumat verilməlidir. Bildirilməlidir ki, səfir işini bir kənara qoyaraq ”status"la məşğuldur".

 

Xəyal Bəşirov yazır: Dizel yanacağı tökülərək diri-diri yandırılan və başı  kəsilən insanlar » Newscenter.az

 

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov bildirdi ki, amerikalı səfirin çıxışları absurddur. Onun fikrincə, səfir öz dövlətinin diplomatik kursuna hörmətsizlik nümayiş etdirir, hətta belə yanaşması ilə ABŞ xarici siyasətini təhqir etmiş olur. X.Bəşirovun sözlərinə görə, Ermənistanın xarici işlər naziri var və ölkənin məsələyə yanaşmasını bəyan edir, amerikalı səfirin onun yerinə çıxış etməsi missiyadan kənar davranışdır:

 

“Bu bir daha göstərir ki, Ermənistandakı idarəçilik çürükdür. Səfirin isə heç bir haqqı yoxdur ki, iki ölkə arasında olan məsələ ilə bağlı fikir bildirsin. Bu cür bəyanatlar təsdiqləyir ki, Azərbaycan öz 44 günlük savaşında haqlı imiş, danışıqlar yolu ilə işğala son qoymaq mümkün olmayacaqdır”.

 

Politoloq hesab edir ki, Dövlət Departamenti tərəfindən səfirlə bağlı addımlar atılmalıdır:

“Əgər o, yenə çıxışlarını davam edərsə, Bakıdakı ABŞ səfirinə nota çatdırıla bilər. Çünki ərazi bütövlüyümüzün bərpa olunması dünya tərəfindən qəbul olunur, səfirin fərqli fikir bildirməsi isə ABŞ xarici siyasətinin mahiyyətini təşkil etmir”. /"Yeni Müsavat”/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xanım siyasətçidən “avtobus müxalifəti” deyənlərə TUTARLI CAVAB

"Bunun fonunda İranın Azərbaycana “xox” gəlməsi mənasız görünür" - MÜSAHİBƏ

"O əldəqayırma deputat gedib işi ilə məşğul olsun"

Partiya sədri mer postuna İDDİALIDIR

Söz atdı, cavabını da aldı

"Bu agentura şəbəkələri ifşa olunmalıdır"

Morton nevroması daha çox qadınlara qənim kəsilib

Daha bir qadağa qüvvəyə mindi

Prezidentin çıxışındakı ÖNƏMLİ MESAJ

Hüquq müdafiəçisi beynəlxalq təşkilatları QINADI

İran yeni, çox böyük təlimlərə BAŞLADI

Ərdoğan Baydenlə Qarabağı müzakirə edəcək

Uşaq bağçasının müdiri barəsində cinayət işi başlandı

Dünya çempionatına gedəcək samboçular bilindi

Toy qaydaları POZULDU