Nazirlər Kabineti təhsillə bağlı yeni qərar verəcək

17:19 17-09-2021 | icon 239 | Təhsil
Nazirlər Kabineti təhsillə bağlı yeni qərar verəcək

“Yaxın günlərdə ali və orta ixtisas təhsil müəssisələrində xüsusi karantin dövründə tədrisin təşkili qaydaları ilə bağlı Nazirlər Kabinetinin qərarının qəbul edilməsi gözlənilir”.

 

Versus.Az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elmi, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli “Media və təhsil dialoqu” mövzusunda təlimdə deyib. 

 

Onun sözlərinə görə, ənənəvi tədris bərpa olunduğu üçün əvvəllər mövcud olan qərara dəyişikliyin olması gözlənilir:

 

“Pandemiyanın davam etdiyini nəzərə alaraq, ali təhsil müəssisələrində auditoriyalarda çox sayda tələbənin olmasının əleyhinəyik. Biz aidiyyəti ali təhsil müəssisələrinin təklif verməsini gözləyirdik. Alternativlər universitet rəhbərlikləri ilə müzakirə olunur. Təkliflər təxminən ondan ibarətdir ki, mühazirə dərslərində auditoriyada tələblərin sayı çoxdursa, bu halda həmin dərslər onlayn keçirilə bilər. Yaxud da bir çox universitetlər də təklif edirlər ki, təhsil növbəli şəkildə olsun. Hesab edir ki, auditoriyada çoxlu sayda tələbənin toplanmasının qarşısı alınacaq”.

 

O qeyd edib ki, təkliflərin universitetlərin öz öhdəsinə buraxılması düşünülür:

“Təhsil Nazirliyi ilə razılaşdırmaq şərti ilə təklif etdikləri həll yollarını icra edəcəklər”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xırdalan sakinlərinə ŞAD XƏBƏR

Yeni siyasi partiya təsis edildi

“Müstəqilliyimiz əbədidir” - VİDEOÇARX

Deputat şəhid ailəsinin ağır vəziyyətini ictimailəşdirdi

Xalq bundan sonra da dövlətçiliyin sədaqətli əsgəri olacaq

Çiyin ağrıları: səbəbləri və müalicəsi - MÜSAHİBƏ

Bu məktəb-lisey koronavirusa görə BAĞLANDI

Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan İşçi Qrupunun iclası keçiriləcək

20.10.2020-ci il: Zəngilan şəhəri işğaldan azad olundu!

Məktəblər bağlanır?

Bu məktəb distant tədrisə keçdi

Bu orta məktəbdə tikinti işləri yekunlaşır

Ordumuz Laçında təlimlərə başladı

2021-ci ilin ən nüfuzlu MÜSƏLMANI

Vahid məktəbli geyimi dəyişdirilə bilər