"Bunu etməsək, ölümlər artacaq"

11:50 20-09-2021 | icon 230 | Sağlamlıq
"Bunu etməsək, ölümlər artacaq"

Rəşad Mahmudov: "Bu səhvi düzəltmək də hamımızın işidir”

 

“İnsanları çaşdıran vəziyyət odur ki, həkimlərin reseptləri, hansı ki, bu, sosial şəbəkələrdə dolaşır. Bunlar daha çox immun fazada istifadə olunan ağır antibiotiklərin hormonal dərmanların istifadəsinin məcbur olduğu bir mərhələdir. Həmin mərhələdə bu dərmanların istifadəsinə icazə varkən bu dərmanların erkən dönəmdə istifadəsi isə tam tərsinə əks göstəriş, hətta ölümcül nəticələrə səbəb ola bilən əlavə təsirlər var”.

 

Versus.Az xəbər verir ki, bunu Tibb üzrə elmlər doktoru, millət vəkili Rəşad Mahmudov deyib.

 

O bildirib ki, 2 fərqli fazada istifadə olunan dərmanlar bəzən bir-birinə zidd ola bilir:

“Bunların başında deksametazon və metipred, prednol-L, deyilən hormonal dərmanlar və antibiotiklər dayanır. Bu prepararlaraın viral fazada, yəni ilk 7 gündə istifadəsi qəbuledilmədir. Belə dərmanların ilkin mərhələdə istifadəsi xəstənin ağırlaşması və reanimasiyaya düşməsi ilə nəticələnə bilir. Əgər ağırlaşma olarsa, həmin immun fazada virus artıq ikinci hüceyrə içərisinə girərək bədəndə ciddi şəkildə reaksiya yaradır ki, onun fəsadları olaraq ağciyıər tutulması və digər orqan tutulmalarına bağlı reanimasiyalara düşmələr və həyati təhlükələr əmələ gəlir”.

 

R.Mahmudov həmçinin ilk günlərdən dexametazon, metipred, prednol-L, antibiyotiklər, sistemlər yazan infeksionist, terapevt və pulmunoloqlara səslənib:

"Belə bir vəziyyətdə həkim olaraq heç birimizin susqun oturmağa haqqımız yoxdur. Bu qədər yüklənmə qarşısında dövlət qurumlarından bu məsələdə nə isə etməsini gözləmək yanlışdır. İnsanları vaxtında səhv yoldan döndərməsək, ölümlər daha da artacaq. Buna adım kimi əminəm. İnsanları evlərdə ilk gündən sistem və güclü dərman istifadəsinə inandıran siz, biz, bəlkə də hamımız olmuşuq. Bu səhvi düzəltmək də hamımızın işidir”.

 

Həkim onu da qeyd edib ki, cəmiyyət içərisində həmin dərmanlardan ilkin mərhələdə istifadə edərək sağalan insanlar olsa da, bilməlidirlər ki, bu metdoddan istifadə etməsələr, daha tez sağalacaqlar. R.Mahmudovun sözlərinə görə, vətəndaşlar evdə ağırlaşma olmadığı halda bol maye qəbul edərək qızdırma yüksəkdirsə, qızdırmanı salan dərmanlarla və istirahət etməklə bu xəstəliyin öhdəsindən gələ bilərlər. /ölkə.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Prezidentin çıxışındakı ÖNƏMLİ MESAJ

Nizami Gəncəvinin "Xəmsə"si işıq şousunun vasitəsi ilə CANLANDI

Xırdalan sakinlərinə ŞAD XƏBƏR

Dörd gün ardıcıl qeyri-iş günü olacaq

Yardımlı Xeyriyyə Cəmiyyətindən Mehriban Əliyevaya MÜRACİƏT

3 gün Bakıda yağış yağacaq

Narkotik qəbul etdiyi iddia olunan uşaqla bağlı DİN-dən AÇIQLAMA

Bir aya 7000 manat gəlir vəd edən PEŞƏ

Atasının istəyi ilə anasını YANDIRDI

Qanunsuz erməni silahlılarından növbəti TƏXRİBATA CƏHD

Bərbad vəziyyətdə olan SAĞLAMLIQ MƏRKƏZİ

Prezidentin MDB Dövlət Başçıları Şurasının iclasında çıxışının TAM MƏTNİ

"Bəzən həkimlər haqqında yalan məlumatlar çıxır"

Bu məktəbin də üç sinfi distant təhsilə keçdi

Yazıçılar Birliyində “üzvlük haqqı” QALMAQALI