ALDP-dən BƏYANAT

10:39 21-09-2021 | icon 315 | Cəmiyyət
ALDP-dən BƏYANAT

Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) 27 sentyabr Anım günü ilə bağlı bəyanat qəbul edib.

 

Versus.Az xəbər verir ki, bu barədə ALDP Mətbuat Xidmətinin məlumatında bildirilib.

 

Bəyanatda deyilir:

 

Azərbaycanın torpaqlarından erməni silahlı birləşmələrinin çıxarılması ilə bağlı BMT-nin  4 qətnamə qəbul etməsinə baxmayaraq işğalçı Ermənistan Respublikası 30 ilə yaxın Azərbaycanın tarixi torpaqlarını işğal altında saxlayaraq, tarixi abidələri, məscidləri, qəbirsanlıqları darmadağın edib, bir milyona yaxın azərbaycanlıları didərgin etdilər. Azərbaycan xalqı bu illər ərzində minlərlə şəhid verdi. Ermənistan Respublikası təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla bəşəri cinayətlər törədiblər.

 

Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlayıb.

 

İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunub.

 

ALDP olaraq Vətən müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıranların qarşısında, eyni zamanda ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizin ruhu qarşısında baş əyir.

 

Qəbul olunan Bayanat inglis dilinə tərcümə olaraq əməkdaşlıq etdiyi partiyalara və beynəlxalq təşkilatlara göndərilib.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xanım siyasətçidən “avtobus müxalifəti” deyənlərə TUTARLI CAVAB

"Bunun fonunda İranın Azərbaycana “xox” gəlməsi mənasız görünür" - MÜSAHİBƏ

"O əldəqayırma deputat gedib işi ilə məşğul olsun"

Partiya sədri mer postuna İDDİALIDIR

Söz atdı, cavabını da aldı

"Bu agentura şəbəkələri ifşa olunmalıdır"

Morton nevroması daha çox qadınlara qənim kəsilib

Daha bir qadağa qüvvəyə mindi

Prezidentin çıxışındakı ÖNƏMLİ MESAJ

Hüquq müdafiəçisi beynəlxalq təşkilatları QINADI

İran yeni, çox böyük təlimlərə BAŞLADI

Ərdoğan Baydenlə Qarabağı müzakirə edəcək

Uşaq bağçasının müdiri barəsində cinayət işi başlandı

Dünya çempionatına gedəcək samboçular bilindi

Toy qaydaları POZULDU