Deputatdan SƏRT TƏNQİD

17:05 21-09-2021 | icon 273 | Siyasət
Deputatdan SƏRT TƏNQİD

Bu gün Azərbaycan gənci ev ala bilirmi?!

 

Azərbaycan gəncinin ən böyük problemlərindən biri də ailə qurmaq və ev almaqdır. Çünki Azərbaycan gənci üçün ailə qurmaq, sözün əsl mənasında, problemdir. Belə ki, gənc ailələrin hər biri ehtiyaclarını qarşılamaq üçün kifayət qədər əmək haqqı almadığından və ev sahibi olmaq üçün şərait yaradılmadığından şikayətlənir.

 

Bəs gənclər şikayətlənməkdə haqlıdır?

 

Versus.Az xəbər verir ki, deputat Razi Nurullayev açıqlamasında bildirib ki, bu gün Azərbaycan gəncinin yalnız 3-4 faizi ev ala bilir.

 

Onun sözlərinə görə, Azərbaycan gəncləri, bəlkə də dünya ölkələri içərisində ən çətin durumla üzləşən gənclərdəndir:

 

"Ona görə ki, tanıdığım gənclər içərisində yaşı ötmüş, gənc yaşında artıq saçı-saqqalı ağarmış adamlar var, ancaq hələ də ailə həyatı qura bilməyiblər. Sevdiyi xanımı kafeyə dəvət edib yemək ala bilməyən, ad günündə hədiyyə ala bilmədiyi üçün utandığından sevgilisindən ayrılan gənclər tanıyıram. Belə bir gəncin gələcəyə hansı ümidi olacaq?! Azərbaycanda Gənclər və İdman Nazirliyi gənclər və idmanla məşğul olmalıdır. Həmişə demişəm, bu gün də təkrar etmək istəyirəm ki, gənclərlə məşğul olmaq onları dörd divar arasına yığıb mühazirə oxumaq, dərs demək, tərbiyə öyrətmək, ancaq vətənpərvərlik dərsləri vermək deyil. Gəncin təminatı da lazımdır. O dediyiniz dəyərləri yerinə yetirmək üçün gəncin işi, imkanı, evi olmalıdır. Amma bu gün Azərbaycan gənci ev ala bilirmi?! Yox! Çünki ev ala bilməsi üçün dövlət işində işləməli və yüksək əmək haqqı almalıdır. Ancaq bu gün Azərbaycanda neçə faiz gənc özünün aldığı əmək haqqı vasitəsilə ipoteka ilə ev ala bilər?! Ehtimal ki, maksimum 3-4%-i bunu edə bilər. O baxımdan, bu mövzu gənclərimiz və cəmiyyətimiz üçün çox ağrılı, ciddi bir məsələdir".

 

R.Nurullayev qeyd edib ki, gənclərin öz həyatını qurması üçün bir neçə addım atmağa ehtiyac var:

 

"Birinci addım ondan ibarətdir ki, Azərbaycanda hər bir gənc ali təhsil ala bilmir. Ali təhsil alan gəncin də bütün bilik və bacarıqlara malik olduğunu istənilən yerdə iş tapa biləcəyini deyə bilmərik. Xeyli gəncin isə təhsil ala bilmədiyi üçün bilik və bacarıqları zəif olur. Bu insanların hamısına kütləvi şəkildə peşə təhsilinə yönləndirmək lazımdır. Lakin bizdə peşə təhsili verən məktəblər çox azdır. Üçüncüsü, gənclərin ləyaqətli əmək haqqı ala biləcəyi işlə təmin edilməsi çox vacibdir. Əlavə olaraq, təbii ki, bu gün Azərbaycan reallıqlarını, əmək haqqını və insanların sosial statusunu, nəzərə alaraq, ona uyğun ipoteka şərtləri qoymaq lazımdır ki, hər bir Azərbaycan gənci özünə ev ala bilsin. Bu gün Azərbaycanda sosial evlər tikilir və o evlər evə ehtiyacı olanların 1%-ni belə təmin etmək hüququnda deyil. Bəs bunun 99%-i neyləsin?! Deməli, bu prosesi sürətləndirmək lazımdır. Düşünürəm ki, Azərbaycanın neft fondundan bir milyard dollar götürüb gənclər üçün sosial evlərin tikintisinə yönləndirmək olar. o gəncləri də işlə təmin etmək lazımdır ki, 40 ilə də ödəsə, ən azından 200 manat pul ödəyib ev ala bilsin. Yoxsa bu gəncin saçı-saqqalı ağarıb nə vaxt ev alacaq, ailə sahibi olub yararlı bir vətəndaşa çevriləcək?!"

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xırdalan sakinlərinə ŞAD XƏBƏR

Yeni siyasi partiya təsis edildi

“Müstəqilliyimiz əbədidir” - VİDEOÇARX

Deputat şəhid ailəsinin ağır vəziyyətini ictimailəşdirdi

Xalq bundan sonra da dövlətçiliyin sədaqətli əsgəri olacaq

Çiyin ağrıları: səbəbləri və müalicəsi - MÜSAHİBƏ

Bu məktəb-lisey koronavirusa görə BAĞLANDI

Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan İşçi Qrupunun iclası keçiriləcək

20.10.2020-ci il: Zəngilan şəhəri işğaldan azad olundu!

Məktəblər bağlanır?

Bu məktəb distant tədrisə keçdi

Bu orta məktəbdə tikinti işləri yekunlaşır

Ordumuz Laçında təlimlərə başladı

2021-ci ilin ən nüfuzlu MÜSƏLMANI

Vahid məktəbli geyimi dəyişdirilə bilər