Azıx mağarası dünyanın DİQQƏTİNDƏ

12:01 24-09-2021 | icon 149 | Cəmiyyət
Azıx mağarası dünyanın DİQQƏTİNDƏ

Azərbaycan ərazisində yerləşən Azıx mağarasında beynəlxalq səviyyədə tədqiqatlar aparılması gözlənilir.

 

Versus.Az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Fərhad Quliyev məlumat verib.

 

O, hazırda Türkiyənin Şanlıurfa şəhərində keçirilən, 2023-cü ildə baş tutacaq “Daş təpələr” (Göbəklitəpə) neolit dövrünə həsr olunacaq beynəlxalq konfransın təqdimatında iştirak edir.

 

“Azıx mağarası elmi mahiyyətinə görə YUNESKO-nun mədəni irs siyahısına daxil olmağa layiq abidədir. Bu abidənin unikallığı haqqında dünya ictimaiyyətində kifayət qədər məlumat var. 1970-1980-ci illərdə Azərbaycan və ümumilikdə SSRİ arxeoloqlarının onun tədqiq edilməsində iştirak edib. Bizim əsas fikrimiz budur ki, gələcəkdə Azıxdakı tədqiqatlar beynəlxalq səviyyədə aparılsın. Artıq bir neçə ölkədən təklif var. Xüsusilə də Yaponiyanın Tokio Universiteti bu abidə ilə çox maraqlanır. Biz Azərbaycan qanunlarına hörmət edən, ərazi bütövlüyümüzü tanıyan bütün tədqiqatçılarla əməkdaşlıq etməyə hazırıq. Çünki o abidənin unikallığı təkcə Azərbaycan üçün yox, bütün dünya üçün önəmlidir”, - deyə F.Quliyev məlumat verib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xanım siyasətçidən “avtobus müxalifəti” deyənlərə TUTARLI CAVAB

"Bunun fonunda İranın Azərbaycana “xox” gəlməsi mənasız görünür" - MÜSAHİBƏ

"O əldəqayırma deputat gedib işi ilə məşğul olsun"

Partiya sədri mer postuna İDDİALIDIR

Söz atdı, cavabını da aldı

"Bu agentura şəbəkələri ifşa olunmalıdır"

Morton nevroması daha çox qadınlara qənim kəsilib

Daha bir qadağa qüvvəyə mindi

Prezidentin çıxışındakı ÖNƏMLİ MESAJ

Hüquq müdafiəçisi beynəlxalq təşkilatları QINADI

İran yeni, çox böyük təlimlərə BAŞLADI

Ərdoğan Baydenlə Qarabağı müzakirə edəcək

Uşaq bağçasının müdiri barəsində cinayət işi başlandı

Dünya çempionatına gedəcək samboçular bilindi

Toy qaydaları POZULDU