Şəhidlərimizin tanıdılması məqsədilə hərbi hissələrdə tədbirlər keçirilir

13:24 24-09-2021 | icon 148 | Cəmiyyət
Şəhidlərimizin tanıdılması məqsədilə hərbi hissələrdə tədbirlər keçirilir

Azad edilən ərazilərdə yerləşən hərbi hissələrdə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə tədbirlər keçirilib.

 

Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbirlərin məqsədi Vətən müharibəsində canından keçən şəhidlərimizin, eləcə də döyüşlərdə iştirak edən igid Azərbaycan övladlarının tanınması və tanıdılması, xatirələrinin ehtiramla yad edilməsidir.

 

Görüşlər zamanı ehtiyatda olan hərbi qulluqçular şəhid və yaralı döyüş yoldaşları haqqında xatirələrini bölüşüblər.

 

Tədbirlərdə tarixi Qələbə haqqında viktorina keçirilib və qaliblərə xatirə hədiyyələri təqdim edilib.

 

Sonda şəxsi heyətə Vətən müharibəsinə həsr olunmuş sənədli film nümayiş olunub və “Əsgər məktubu” layihəsi çərçivəsində hərbi qulluqçular doğmalarına məktublar yazıblar.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xırdalan sakinlərinə ŞAD XƏBƏR

Yeni siyasi partiya təsis edildi

“Müstəqilliyimiz əbədidir” - VİDEOÇARX

Deputat şəhid ailəsinin ağır vəziyyətini ictimailəşdirdi

Xalq bundan sonra da dövlətçiliyin sədaqətli əsgəri olacaq

Çiyin ağrıları: səbəbləri və müalicəsi - MÜSAHİBƏ

Beynəlxalq avtovağzalda bilet qalmaqalı

Bu məktəb-lisey koronavirusa görə BAĞLANDI

Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan İşçi Qrupunun iclası keçiriləcək

20.10.2020-ci il: Zəngilan şəhəri işğaldan azad olundu!

Məktəblər bağlanır?

Bu məktəb distant tədrisə keçdi

Bu orta məktəbdə tikinti işləri yekunlaşır

2021-ci ilin ən nüfuzlu MÜSƏLMANI

Ordumuz Laçında təlimlərə başladı