Sabahkı hava dəyişkən olacaq

14:19 24-09-2021 | icon 151 | Cəmiyyət
Sabahkı hava dəyişkən olacaq

Sentyabrın 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

 

Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 17-19, gündüz 21-23, Bakıda gecə 17-19, gündüz 21-23 dərəcə olacaq.

 

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.

 

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.

 

Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 13-16, gündüz 21-25, dağlarda gecə 5-9, gündüz 10-15 dərəcə olacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Prezidentin çıxışındakı ÖNƏMLİ MESAJ

Nizami Gəncəvinin "Xəmsə"si işıq şousunun vasitəsi ilə CANLANDI

Xırdalan sakinlərinə ŞAD XƏBƏR

Dörd gün ardıcıl qeyri-iş günü olacaq

Yardımlı Xeyriyyə Cəmiyyətindən Mehriban Əliyevaya MÜRACİƏT

3 gün Bakıda yağış yağacaq

Narkotik qəbul etdiyi iddia olunan uşaqla bağlı DİN-dən AÇIQLAMA

Bir aya 7000 manat gəlir vəd edən PEŞƏ

Atasının istəyi ilə anasını YANDIRDI

Qanunsuz erməni silahlılarından növbəti TƏXRİBATA CƏHD

Bərbad vəziyyətdə olan SAĞLAMLIQ MƏRKƏZİ

Prezidentin MDB Dövlət Başçıları Şurasının iclasında çıxışının TAM MƏTNİ

"Bəzən həkimlər haqqında yalan məlumatlar çıxır"

Bu məktəbin də üç sinfi distant təhsilə keçdi

Yazıçılar Birliyində “üzvlük haqqı” QALMAQALI