“Bu, dünya üçün maraqlı, Azərbaycan üçün faydalı bir mesajdır”

18:29 24-09-2021 | icon 274 | Siyasət
“Bu, dünya üçün maraqlı, Azərbaycan üçün faydalı bir mesajdır”

Razi Nurullayev: “Azərbaycan heç bir halda ərazilərinin bölünməsinə razılıq verməyəcək”

 

Sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev bir daha Azərbaycan həqiqətlərini və ölkənin əsas strateji xəttini və hədəfləri dünya ictimaiyyəti qarşısında bəyan edib. Sessiyada Prezident dünyaya Azərbaycanda artıq “Dağlıq Qarabağ” adında inzibati ərazi vahidinin mövcud olmadığını bəyan edib.

 

Versus.Az xəbər verir ki, Milli Məclisin deputatı Razi Nurullayev Prezidentin “Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur” ifadəsini şərh edib.

 

O, ölkə başçısının bu fikrinin arxasında dünyaya yönələn böyük bir mesajın olduğunu deyib. Bildirib ki, sessiyada prezidentin dilindən Azərbaycanla bağlı mövcud reallıqlar səslənib:

 

“Azərbaycan prezidentinin sərəncam, fərmanı ilə artıq Qarabağ iqtisadi zonası var. Azərbaycan BMT-nin tam hüquqlu üzvüdür, bu təşkilat Azərbaycanın ərazi bütövlüyünü tanıyır və buna görə də Azərbaycanın qanunvericiliyinə uyğun olaraq ifadələr seçməlidir. Və həmin çıxışda Azərbaycanın qanunvericiliyində nəzərdə tutulan mövcud məsələlərə istinad edilməsi rica edilib”.

 

R.Nurullayev deyib ki, ermənilər müxtəlif lobbilərin, mediaların vasitəsi ilə yenidən “Dağlıq Qarabağ münaqişəsi”, “Artsax” sözünü işlədirlər. Bəzən BMT-nin özü, bir çox ölkələr, media qurumları ermənilərin təsirinə düşərək bu adlardan istifadə edirlər. Deputat hesab edir ki, zamanla bu problem həll olunacaq:

 

“Böyük tədbirlərdə Azərbaycan nümayəndələri “Qarabağ İqtisadi zonası”, “Şərqi Zəngəzur” deyəcəklər. Bu, yavaş-yavaş yaddaşlara, Azərbaycanın təqdim etdiyi sənədlərə də hopacaq. İctimaiyyət bu ada öyrəşəcək. Təbii ki, böyük tribunalardan bu fikirlər səslənməlidir ki, digər ölkələr də reallığı bilsin. Həmin sessiyada dünya ölkələrinin demək olar ki, hamısı iştirak edirdi. Amma bəlkə də yarıdan çoxunun bu barədə məlumatı yoxdur”.

 

Deputat bildirib ki, Prezident İlham Əliyevin BMT tribunasından verdiyi xatırlatma Azərbaycan üçün çox böyük bir addımdır. Türkiyə prezidenti Tayyib Ərdoğanın da “Qarabağ münaqişəsində Azərbaycan BMT-nin qətnamələrini özü yerinə yetirib” deməsi həqiqətin çatdırılması baxımından çox böyük effekt verdi.

 

R.Nurullayev vurğulayıb ki, Şərqi Zəngəzur, Qarabağ İqtisadi Zonası deyilməklə beynəlxalq təşkilatlara, dünyaya belə bir mesaj verildi ki, Azərbaycan heç bir halda ərazilərinin bölünməsinə razılıq verilməyəcək:

 

“Azərbaycan “Dağlıq Qarabağ” termini olan hər hansı bir sənədin müzakirəsi üçün heç bir beynəlxalq qurum çərçivəsində masada oturmayacaq. Bu o deməkdir ki, Azərbaycan “Dağlıq Qarabağ” sözü, Artsax” sözü olan toplantıda iştirak edib, bunu müzakirə etməyəcək. Prezident bu mesajları verir. Bu, dünya üçün maraqlı, Azərbaycan üçün faydalı bir mesajdır. Ona görə verilir ki, Azərbaycanın qəbul etməyəcəyi heç bir məsələdə ona təzyiq göstərməsinlər”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xanım siyasətçidən “avtobus müxalifəti” deyənlərə TUTARLI CAVAB

"Bunun fonunda İranın Azərbaycana “xox” gəlməsi mənasız görünür" - MÜSAHİBƏ

"O əldəqayırma deputat gedib işi ilə məşğul olsun"

Partiya sədri mer postuna İDDİALIDIR

Söz atdı, cavabını da aldı

"Bu agentura şəbəkələri ifşa olunmalıdır"

Morton nevroması daha çox qadınlara qənim kəsilib

Daha bir qadağa qüvvəyə mindi

Prezidentin çıxışındakı ÖNƏMLİ MESAJ

Hüquq müdafiəçisi beynəlxalq təşkilatları QINADI

İran yeni, çox böyük təlimlərə BAŞLADI

Ərdoğan Baydenlə Qarabağı müzakirə edəcək

Uşaq bağçasının müdiri barəsində cinayət işi başlandı

Dünya çempionatına gedəcək samboçular bilindi

Toy qaydaları POZULDU