Texnoloji ixtisaslar üzrə tələbə qəbulu 75 faiz artırılıb - Nazir müavini

18:35 24-09-2021 | icon 215 | Təhsil
Texnoloji ixtisaslar üzrə tələbə qəbulu 75 faiz artırılıb - Nazir müavini

Ötən dövrlərə nisbətən texnoloji ixtisaslar üzrə tələbə qəbulu 75 faiz artırılıb.

 

Versus.az  xəbər verir ki, bunu təhsil nazirİnin müavini İdris İsayev “Nizami Gəncəvi İli"nə həsr olunmuş “Post COVID -19 və 4-cü sənaye inqilabı perspektivlərində təhsilin dizaynı” mövzusunda beynəlxalq konfransda deyib.

 

Nazir müavini bildirib ki, xüsusilə də dövlət sifarişi üzrə tələbə qəbulu dəfələrlə artıb:

 

“Məsələn, kompüter elmləri üzrə 1.9 dəfə, kompüter mühəndisliyi üzrə 2.4 dəfə, informasiya texnologiyaları üzrə 2.6 dəfə, informasiya təhlükəsizliyi ixtisası üzrə 3.9 dəfə tələbə qəbulu sayı artıb.

 

Universitetlərimizdə beynəlxalq akreditasiyadan keçən 11 proqramın 4-ü məhz texniki və texnoloji ixtisaslardır. Bu gün bizim ali təhsil müəssisələrimizdə tətbiq olunan 25 ikili diplom proqramlarının 7-si məhz texniki və texnoloji ixtisaslara aiddir. Bütün bunlar onu göstərir ki, təhsil sistemi qlobal çağırışlara hazır olmalıdır”.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xanım siyasətçidən “avtobus müxalifəti” deyənlərə TUTARLI CAVAB

"Bunun fonunda İranın Azərbaycana “xox” gəlməsi mənasız görünür" - MÜSAHİBƏ

"O əldəqayırma deputat gedib işi ilə məşğul olsun"

Partiya sədri mer postuna İDDİALIDIR

Söz atdı, cavabını da aldı

"Bu agentura şəbəkələri ifşa olunmalıdır"

Morton nevroması daha çox qadınlara qənim kəsilib

Daha bir qadağa qüvvəyə mindi

Prezidentin çıxışındakı ÖNƏMLİ MESAJ

Hüquq müdafiəçisi beynəlxalq təşkilatları QINADI

İran yeni, çox böyük təlimlərə BAŞLADI

Ərdoğan Baydenlə Qarabağı müzakirə edəcək

Uşaq bağçasının müdiri barəsində cinayət işi başlandı

Dünya çempionatına gedəcək samboçular bilindi

Toy qaydaları POZULDU