Müqəddəs Müdafiə Həftəsi mərasimi BAKIDA

14:22 25-09-2021 | icon 218 | Cəmiyyət
Müqəddəs Müdafiə Həftəsi mərasimi BAKIDA

İranın Müqəddəs Müdafiə Həftəsi mərasimi Bakıda da keçirildi.

 

Versus.az xəbər verir ki, İran-İraq müharibəsinin başlamasının 41-cu ildönümünə həsr olunan İran İslam Respublikasının Müqəddəs Müdafiə həftəsi ilə bağlı mərasim cümə axşamı Bakıda qeyd olunub.


Mərasimdə İran İslam Respublikasının səfiri, Azərbaycan Respublikasının müdafiə və müdafiə sənayesi nazirlərinin müavinləri və digər siyasi rəsmilər, eləcə də xarici ölkələrin Azərbaycan Respublikasındakı hərbi attaşeləri, İranın Azərbaycanda fəaliyyət göstərən rəsmi qurumlarının nümayəndələri iştirak edirdilər.


İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyyid Abbas Musəvi mərasimdə çıxış edərək bildirdi ki, İran xalqı 41 il öncə baş vermiş müharibədə bütün çətinliklərə sinə gərərək, ölkələrinin müqəddəs müdafiəsinə qalxmış və bu müharibədə qalib gəlmişlər.

 

Müsəvi sözlərinə davam edərək bildirdi ki, İran İslam Respublikası hal–hazırda hərbi cəhətdən dünyanın ən qüdrətli ölkələrindən biri hesab olunur və ölkənin müdafiə sənayesi nəzərəçarpacaq inkişaf yolunu keçmişdir.
O, həmçinin İranın hərbi qüdrətinin həmişə regionda sülh və təhlükəsizliyin xidmətində olduğunu nəzərə çatdırmışdır.

 

Cavad Forutəni İran İslam Respublikasının Azərbaycan Respublikasındakı hərbi ataşesi də çıxışında İran xalqının şücaət və qəhrəmanlıqla ölkələrinə qarşı olan qeyri–bərabər müharibədə qalib gəldiyini bildirərək qeyd etdi ki, buna görə də bu həftə müqəddəs müdafiə həftəsi adlanır.

 

Forutəni İran xalqının səkkiz illik müharibə tarixini , azad bir xalqın qəhrəmanlıq salnaməsi adlandıraraq , əlavə etdi ki, bu yolda canından keçərək şəhid olanların xatirəsi heç vaxt yaddaşalrdan silinməyəcək və İran xalqı onları heç vaxt unutmayacaq.

 


Ağanisə Əliqaraqızı
/Versus.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Prezidentin çıxışındakı ÖNƏMLİ MESAJ

Nizami Gəncəvinin "Xəmsə"si işıq şousunun vasitəsi ilə CANLANDI

Xırdalan sakinlərinə ŞAD XƏBƏR

Dörd gün ardıcıl qeyri-iş günü olacaq

Yardımlı Xeyriyyə Cəmiyyətindən Mehriban Əliyevaya MÜRACİƏT

3 gün Bakıda yağış yağacaq

Narkotik qəbul etdiyi iddia olunan uşaqla bağlı DİN-dən AÇIQLAMA

Bir aya 7000 manat gəlir vəd edən PEŞƏ

Atasının istəyi ilə anasını YANDIRDI

Qanunsuz erməni silahlılarından növbəti TƏXRİBATA CƏHD

Bərbad vəziyyətdə olan SAĞLAMLIQ MƏRKƏZİ

Prezidentin MDB Dövlət Başçıları Şurasının iclasında çıxışının TAM MƏTNİ

"Bəzən həkimlər haqqında yalan məlumatlar çıxır"

Bu məktəbin də üç sinfi distant təhsilə keçdi

Yazıçılar Birliyində “üzvlük haqqı” QALMAQALI