Gürcüstanda Vətən müharibəsi şəhidləri anıldı

14:04 27-09-2021 | icon 137 | Cəmiyyət
Gürcüstanda Vətən müharibəsi şəhidləri anıldı

Azərbaycanın Gürcüstandakı səfirliyində Anım Gününə həsr olunan mərasim keçirilib.

 

Versus.Az xəbər verir ki, iştirakçılar saat 12:00-da bir dəqiqəlik sükutla Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla yad ediblər.

 

Mərasimdə Azərbaycan və Türkiyənin hərbi attaşeləri - polkovnik-leytenant Fuad İbrahimov və polkovnik Murat Altınər, səfirlik və SOCAR şirkətinin əməkdaşları, Gürcüstanın ictimai xadimləri, azərbaycanlı icmanın üzvləri, KİV təmsilçiləri iştirak ediblər.

 

Səfirliyin müşaviri Eldar Bayramov çıxışında bildirib ki, bu gün həmçinin Suxumi şəhərinin süqutundan 28 il ötür və mərasimdə Abxaziya münaqişəsində həlak olanların da xatirəsi anılır.

 

Tədbir çərçivəsində Vətən müharibəsi, Ermənistanın Azərbaycana qarşı hərbi cinayətləri və Zəfər sevincini əks etdirən fotoşəkillər də sərgilənib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyevdən hakimiyyətlə təcili görüş barədə ŞOK SƏBƏBLƏR

Leykoz xəstəliyindən əziyyət çəkənlərin NƏZƏRİNƏ

Qəzetlərin tirajındakı saxtakarlıqlar məlum oldu

"Putin özbaşınalığına görə mütləq Paşinyana “dərs verəcək”"

Yardımlı şəhər küçələrinin İLHAM RZAYEV PROBLEMİ

105 yaşlı qadının uzunömürlülüyünün SİRRİ

"Ermənistan Rusiyaya mesaj verir ki..."

"Hərbi əsriləri saxlamaq dövlət üçün o qədər də əhəmiyyətli deyil”

Ov mövsümü başladı...

“WhatsApp”da çoxdan gözlənilən yenilik

Bakıda Zəfər avtoyürüşü

EMIN x JAH KHALIB - "Улетай" - PREMYERA

Hərbiçilərə sosial şəbəkələrlə bağlı QADAĞA

“Azəriqaz”dan sayğaclarla bağlı YENİLİK

Soçidə üçtərəfli görüş başladı